158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edildi
05.12.2023 [15:19]
Azərbaycanda əhalinin dərman vasitələri ilə etibarlı təchizatının təmin edilməsi üçün müxtəlif tədbirlər görülür. Xarici qeydiyyatın tanınması üçün dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətləri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının müvafiq fərmanı ilə Tarif (qiymət) Şurasına bu xidmətlərin tariflərininin təsdiq edilməsi tapşırılıb.
Şuranın bu gün keçirilən iclasında dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertiza, o cümlədən, xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib.
Tarif dəyişikliyinin dərman vasitələrinin qiymətinə təsiri yoxdur. Sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən təxminən 20-29% azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiqlənib. Sadələşdirilmiş ekspertizanın tariflərinin daha aşağı olması həmin dərmanların qeydiyyatını, yenidən qeydiyyatını və idxalını daha səmərəli etməklə dərman təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq. Bu hal dərman şirkətlərininin yüksək keyfiyyətli, effektivliyi təsdiqlənmiş dərman vasitələrini ölkəyə idxal etməsini stimullaşdıracaq.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanuna olunan dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib. Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xarici qeydiyyatın tanınması üçün sadələşdirilmiş ekspertiza üzrə qısa müddət - 11 iş günü təsbit edilib.
Yeni tariflər sadələşdirilmiş ekspertiza ilə əlaqədar Nazirlər Kabinetinin “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nda dəyişikliyi nəzərdə tutan Qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.
İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.
Qərar 8 dekabr 2023-cü il tarixindən qüvvəyə minir.
Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az ) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf ) yerləşdirilib.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

