Ukraynaya növbəti humanitar yardım
09.12.2023 [11:50]
Azərbaycanın bu addımı təqdir edilir
Dekabrın 8-də Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.
Energetika Nazirliyindən verilən məlumata görə, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.
Xatırladaq ki, ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddətdə göndərilməsi planlaşdırılır.
Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi böyük humanitar fəsadlarla müşayiət olunur. Müharibə başlayandan bəri milyonlarla ukraynalı doğma ev-eşiyini tərk edərək xarici ölkələrə sığınmaq məcburiyyətində qalıb. Ölkədən çıxa bilməyən insanlar isə mülki infrastrukturun dağılması səbəbindən su, qaz, elektrik enerjisi ilə təminatda ciddi çətinliklər çəkirlər. Azərbaycan da müharibə və onun ağır fəsadları ilə üzləşən ölkədir. Respublikamız müstəqilliyinin elə ilk vaxtlarından Ermənistanın təcavüzkarlıq siyasəti ilə üzləşdi. Bu təcavüz siyasəti 30 il davam etdi. Ermənistanın törətdiyi müharibə cinayətləri səbəbindən bir milyondan çox soydaşımız ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qaldı.
Müharibənin törətdiyi humanitar fəlakətlərin nə demək olduğunu yaxşı bilən Azərbaycan Ukrayna xalqının üzləşdiyi çətinliklərə biganə qalmır. Respublikamız Ukraynaya yardımlar göndərən ilk ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq müharibə başlayandan sonra ölkəmizdən Ukraynaya humanitar yardımlar göndərilməyə başlanıb. Ölkəmizdən tədarük olunan humanitar yüklərin tərkibinə dərman vasitələri, tibbi sərfiyyat malları, tibbi avadanlıqlar, ərzaq və körpə uşaq qayğısı məhsulları və s. daxildir. Bunlarla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ukraynalı uşaqlar tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib. Ölkəmiz cari il martın 20-də - Novruz bayramı günlərində Ukraynaya ümumi dəyəri 360 min ABŞ dolları olan yardım partiyası ünvanlayıb.
Kaxovka su anbarının partladılması isə Ukraynada humanitar böhranı daha dərinləşdirdi. Bununla əlaqədar da Azərbaycandan Ukraynaya humanitar yardım partiyası göndərilib. Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir.
Qeyd edək ki, müharibə başlayandan bəri ölkəmizin müxtəlif dövlət qurumları və özəl şirkətlər Ukraynaya humanitar dəstək kampaniyasına qoşulublar. Məsələn, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Bu prosesdə Azərbaycan Dövlət Neft Şirkəti yaxından iştirak edib. Belə ki, zəruri avadanlıqlarla yanaşı, Ukraynaya yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edib.
Qey edək ki, Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi bu ölkədə xüsusi minnətdarlıqla qarşılanır. Hələ iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib və bunu çox yüksək qiymətləndirildiyini deyib. Eləcə də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də Ukraynaya humanitar yardımın göstərilməsinə görə dövlətimizə və xalqımıza dəfələrlə təşəkkürünü bildirib. Eyni zamanda, Ukraynanın aparıcı kütləvi informasiya vasitələri də Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycandan Ukraynaya humanitar yardımların göndərilməsini təqdir edirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

