/ / Milli Məclisin deputatı Ağalar Vəliyev: Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrdən zirvələrə yüksəldir
Milli Məclisin deputatı Ağalar Vəliyev: Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrdən zirvələrə yüksəldir
11.12.2023 [09:25]
“Ölkəmizdə hər il dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü əsl el məhəbbəti ilə qeyd olunur. Respublikanın hər bir guşəsində insanlar, bütün dünya azərbaycanlıları bu dahi şəxsiyyəti dərin hörmətlə anır, ruhuna sonsuz ehtiramlarını bildirirlər. Artıq illərdir ki, Heydər Əliyev cismən aramızda yoxdur. Ancaq ötən illər Onu bizdən uzaqlaşdırmır, əksinə bir qədər də yaxınlaşdırır, insanlarda Ulu Öndərə olan məhəbbət azalmır, əksinə daha da artır, Onun yeri getdikcə daha çox görünür. Biz illər ötdükcə Heydər Əliyevin xalqımızın və ölkəmizin həyatında necə böyük rol oynadığını daha da dərindən anlayırıq”.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev ifadə edib. Onun sözlərinə görə Ulu Öndər məhz parlaq, zamanı qabaqlayan ideyaları, Azərbaycana həmişə böyük uğrlar gətirən əməlləri ilə əbədiyaşarlıq qazanıb, hər bir azərbaycanlının qəlbində özünə heykəl ucaldıb və Ümummilli Lider səviyyəsinə yüksəlib. Fikirlərinə davam edən Ağalar Vəliyev vurğulayıb: “Özünün dərin bilik və bacarığı ilə keçmiş ittifaq kimi nəhəng bir dövlətin rəhbərliyində yer almağa nail olan Heydər Əliyev hər şeydən əvvəl bir azərbaycanlı olmaqdan qürur duyurdu və Özünün böyük missiyasını doğma Vətənə ləyaqətlə xidmət etməkdə görürdü.
Buna aid çoxlu nümunələr sadalamaq mümkündür. Uzaqgörən siyasətçi olan Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri isə onun Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyi qoruması və onun möhkəmlənməsi üçün fundamental əsaslar yaratması olub. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş respublikamız çox çətin vəziyyətə düşmüşdü - bir tərəfdən Ermənistanın apardığı işğalçılıq siyasəti, torpaqlarımızın təcavüzə məruz qalması, digər tərəfdən isə daxildəki çaxnaşmalar, vətəndaş qarşıdurması təhlükəsi, sosial-iqtisadi vəziyyətin kritik dərəcədə kəskinləşməsi səbəbindən müstəqilliyimizin itirilməsi təhlükəsi tam real idi.
Belə bir şəraitdə xalqımız növbəti dəfə müdrik addım ataraq o dövrdə Naxçıvanda yaşayıb çalışan, bu qədim diyarı çətinliklərdən qoruyan Heydər Əliyevin ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Bəli, növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı məhz O xilas edə bilərdi və etdi də. Heydər Əliyevin 1993-cü ilin yayında Naxçıvandan Bakıya gələrək xalqın böyük etimadı əsasında ölkəyə rəhbərliyi ələ alması müstəqil Azərbaycanın həyatında bir dönüş nöqtəsi oldu. Heydər Əliyev aldığı müdrik qərarlarla əvvəlcə daxili sabitliyi təmin etdi, sonra isə bu əsasda ölkənin inkişafının möhkəm dayaqlarını yaratdı”.
Ağalar Vəliyevin qənaətinə görə Azərbaycan xoşbəxt və uğurlu ölkədir. O bildirib ki, beynəlxalq səviyyədə son dərəcədə ciddi kataklizmlərin müşahidə edildiyi, geosiyasi gərginliyin artdığı bir dönəmdə respublikamız inkişaf və sabitlik adası kimi fərqlənir. Ölkədə möhkəm xalq-iqtidar həmrəyliyi var, eyni zamanda Azərbaycan yüksək inkişaf templərini qoruyub saxlayır. “Uğurlarımızın təməlində dayanan əsas amil isə ölkəmizdə Heydər Əliyev irsinin yaşadılması, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilməsi və yeni çağrışların adekvat şəkildə qarşılanması ilə bağlıdır.
Ulu Öndərin ideyaları ölkəmizi zirvələrdən-zirvələrə yüksəldir. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi, O, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Zəngilanın və işğal altına düşmüş digər ərazilərimizin geri qaytarılacağna inanırdı və qətiyyətlə bildirirdi ki, biz mütləq o yerlərə qayıdacağıq. Prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək ölkənin ərazi bütövlüyünə nail oldu. İş elə gətirdi ki, Qarabağda suverenliyimizin tam bərpası, Xankəndidə üçrəngli bayrağımızın yenidən dalğalandırılması məhz “Heydər Əliyev İli”nə təsadüf etdi. Hesab edirəm ki, bütün ölkə ərazisində suverenliyimizin bərpası “Heydər Əliyev İli”nin ən mühüm hadisəsidir”, - deyə Ağalar Vəliyev bildirib.
Azərbaycanın uğurlar seriyasını bundan sonra da davam etdirəcəyinə əminliyini bildirən Milli Məclisin deputatı qeyd edib ki, bu baxımdan gələn il fevralın 7-də keçiriləcək prezident seçkiləri xüsusi aktuallıq daşıyır. “Mən bu seçkiləri Zəfər seçkiləri kimi dəyərləndirərdim. İlk dəfədir ki, prezident seçkiləri müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu, bizdən ötrü qürur mənbəyi olmaqla bərabər, həm də hər birimiz üçün böyük məsuliyyət yaradır”, - deyə Ağalar Vəliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

