“İdealist mübarizə” taktikası nədir?
10.01.2024 [10:20]
MÜBARİZ
Ölkəmizin siyasi həyatında varlığı ilə yoxluğu bilinməyən redikül müxalifət üçün xarakterik olan bir cəhət var: AXCP sədri Əli Kərimlinin bütünlüklə inhisara aldığı bu kəsim bir qayda olaraq proseslərin yedəyində gedir və ölkə həyatında baş verən hadisələri əyri güzgüdən baxaraq dəyərləndirir. Redikül müxalifət özünün bu pis ənənəsinə “sadiqliyini” respublikamızda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərinə münasibətdə də ortaya qoyub.
Prezident, parlament, bələdiyyə seçkiləri hər bir siyasi partiya üçün bir sınaqdır. Seçkilərdə onlara siyasi proseslərdə özlərini təsdiqləmək, reytinq qazanmaq üçün şanslar yaranır. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda görürük ki, siyasi partiyalar seçki marafonuna illər boyunca davamlı hazırlıq görürlər və hansısa bir formatda keçiriləcək seçkilərin vaxtının elan olunmasını gözləyirlər. Etiraf edilir ki, seçkilərin 5 və yaxud 3 ildən bir keçirilməsinin onlar üçün hansısa bir önəmi yoxdur.
Ancaq bu fikirləri ölkəmizdəki redikül müxalifətə şamil etmək mümkün deyil. Bu düşərgədə cəm olanlar Əli Kərimlinin, Tofiq Yaqublunun və digərlərinin dili ilə bəyan ediblər ki, qarşıdan gələn seçkilərə qatılmayacaqlar. Ölkəmizdəki redikül müxalifətin “siyasi fəallığı” isə yalnız sosial şəbəkələrdə, xaricdəki azərbaycanafob dairələrin suflyorları qismində çıxış edən Qənimət Zahidin və Sevinc Osmanqızının internet televiziyalarında hiss olunur. Redikül müxalifətin xaç atası sayılan Əli Kərimli bəhs etdiyimiz TV-lərdən seçkilərə qatılmamalarının səbəbinin özüsayağı “izahını” verib: O, real müstəvidə deyil, hansısa absurd “idealist mübarizə” apardıqlarını və bu səbəbdən də seçkilərə qatılmadıqlarını ərz edib. “İdealist mübarizə” necə olur, görəsən? Bu mücərrəd “tezisin” izahını yəqin ki, ancaq Əli Kərimlinin özü verə bilər. Əslində isə redikül müxalifətin özünü siyasi proseslərdən təcrid etməsinin - bu dəfə Prezident seçkilərinə qatılmamasının səbəbi bəllidir. Əli Kərimli redikül müxalifətin qabında nəyin olduğunu yaxşı bilir. O anlayır ki, seçkilərə qatılmaq cəmiyyətdə dayağı olmayan rediküllərin növbəti ifşasına çevriləcək. Buna görə də sərt rəqabət tələb edən real mübarizə metodlarından geri çəkilərək mövcudluğunu və “fəaliyyətini” ancaq idealist, utopik bir mühitdə görür. Nə edək, əli kərimlilərə, tofiq yaqublulara və bütövlükdə, rediküllərə məhz belə “mübarizə” uyğundur...
Əli Kərimlini ilgiləndirən digər mühüm səbəb seçkilərin bir növ hesabat məqamı olması ilə bağlıdır. Onilliklərdir ki, redikül müxalifət başda Əli Kərimli olmaqla xaricdəki bəlli dairələri sağmal inək kimi sağır- onlardan külli miqdarda vəsaitlər alır. Təbii ki, həmin vəsaitlərin hesabatı da tələb olunur. Əli Kərimli Qərbə verdiyi hesabatlarında, əlbəttə ki, rəhbərlik etdiyi kəsimin hansısa fəaliyyətlər göstərdiyini yazır. Bu “fəaliyyətlərin” nəticələri real müstəvidə - seçkilərdə qazanılan səslərlə ölçülür. Əli Kərimli yaxşı anlayır ki, azərbaycanafob dairələrin tələb etdiyi səsləri seçkilərdə qazana bilməyəcəklər. Məhz buna görə də özüsayağı “idealist mübarizə” taktikasını seçib. Dünya praktikasında analoqu olmayan bu seçki taktikasının redikül müxalifətə növbəti dəfə başıaşağılıq gətirəcəyi isə şəksizdir...
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

