Yeni reallıqların müəllifi Prezident İlham Əliyevdir
25.01.2024 [12:07]
YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadənin yap.org.az-a müsahibəsi
- Cavanşir müəllim, fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan seçkilərə hansı reallıqlar fonunda gedir?
- Ümumiyyətlə, seçkilər ölkəmizin həyatında çox mühüm hadisədir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra yeni şərait yaranıb. Digər tərəfdən, bu seçkilər Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin hesabatıdır. Qarşıdan gələn seçkilər və onun nəticələri gələcək üçün nəzərdə tutulan məqsədlərə bir baxış olacaq.
Biz hansı sahəyə diqqət yetirsək, görərik ki, ötən 20 il ərzində Azərbaycan hər bir sahə üzrə inkişaf edib. Şübhəsiz ki, burada ən əsas məqam güclü ordumuzun yaradılması və milli birliyimizin təmin olunmasıdır. Xalqımız hər zaman Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Eyni zamanda, bu dövrdə yüksək vətənpərvərlik ruhunda gənc nəsil yetişdi. Ali Baş Komandan İlham Əliyev də dəfələrlə deyib ki, “mənim hakimiyyətim dövründə yetişən gənclər torpaqlarımızı işğaldan azad etdi”. Bu, həqiqətən də belədir. 44 günlük Vətən müharibəsində düşmən ordusunda fərarilik baş alıb gedirdi. Amma Azərbaycanda gənclərimiz könüllü surətdə döyüşlərə getmək üçün müraciət edirdilər, hətta ailəsindən gizlin olaraq döyüşə gedən oğullarımız var idi. Çünki onlar Vətən uğrunda döyüşə gedirdilər. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir.
Azərbaycanın müstəqilliyinin sarsılmaz təməllərini Ulu Öndər Heydər Əliyev atıb. 2003-cü ildə Ulu Öndərimiz xalqa müraciətində İlham Əliyevə özü qədər inandığını və axıra çatdıra bilmədiyi işləri İlham Əliyevin yerinə yetirəcəyini bildirdi. Heydər Əliyev həmişə deyirdi ki, bizim torpaqlarımız işğaldan azad olunacaq, bayrağımızı həmin torpaqlarda yüksəldəcəyik. Bu müqəddəs missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.
Ötən 20 ildə əhalinin rifah halı da yüksəlib. Davamlı olaraq islahatlar həyata keçirilir. ASAN Xidmətin yaradılması bu islahatların mühüm bir nümunəsidir. Dünyanın bir sıra ölkələri bizim ASAN Xidmət modelindən nümunə kimi istifadə edirlər. Ötən 20 il ərzində regionlarımızda da möhtəşəm işlər həyata keçirilib. 2004-cü ildən Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları həyata keçirilir. Artıq mənzərə göz önündədir. Bütövlükdə, ötən 20 ildə digər bölgələrimiz də xeyli inkişaf edib. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edir, yeni təməllər atır və ya açılışlar edir. Xüsusilə sosial obyektlər, məktəblər, xəstəxanalar, müəssisələr istifadəyə verilir. Xalqımız bütün bu işləri görür və qiymətləndirir.
Bir sözlə, bütün nailiyyətlərimizin zirvəsində Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət görünür. Bu nailiyyətlər gələcək işlərimizin təməlini təşkil edir.
- Məhz bu nailiyyətlər fonunda qarşıdan gələn seçkilər Zəfər seçkisi adlandırılır...
- Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müstəqillik tariximizin ən mühüm hadisəsidir. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev həm döyüş meydanında, həm də informasiya cəbhəsində mübarizə aparırdı. 44 gün ərzində dövlətimizin başçısı əcnəbi jurnalistlərə 30-dan çox müsahibə verdi. O bildirirdi ki, əgər Ermənistan xoşluqla torpaqlarımızdan çıxarsa, döyüşləri dərhal dayandırmağa hazırıq. Əslində, bu, dövlətimizin humanizmindən xəbər verirdi. Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində isə Qarabağda erməni separatizminə son qoyuldu. Bu, uzun illər üzləşdiyimiz problemə birdəfəlik son qoydu. Bütün bunlara qəhrəman oğullarımızın, şəhidlərimizin canı-qanı hesabına nail olduq.
Bu Zəfərin dövlətçilik tariximizdə bənzəri yoxdur. Cənab İlham Əliyev bizim qürurumuzu qaytarıb, “məğlub xalq” sözünü üzərimizdən götürüb. Bu qürur xalqın dövlətə inamının ifadəsidir. Bu qürur Azərbaycan xalqını Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdirir.
-Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qarşıda yeni hədəflər dayanır. Bu hədəflər barədə fikirlərinizi bilmək istərdik...
-Bəli, qarşımızda yeni çağırışlar var. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqların müəllifi Prezident İlham Əliyevdir. Bəzi ölkələr var ki, Azərbaycanın uğurlarına, qələbələrinə sevinmirlər. Onlar Ermənistanı silahlandırırlar. Eləcə də xaricdə müəyyən dairələr var ki, görülən işlərə qara yaxmağa çalışırlar. Daxilimizdə də belələri var. Onlar hər şeyi qara rəngdə görürlər. Amma bu cür “fəaliyyət”lə heç nəyə nail ola bilməzlər.
Digər tərəfdən, qarşımızda dayanan əsas çağırışlardan biri işğaldan azad olunmuş ərazilərimiz bərpa olunmasıdır. Bilirsiniz ki, həmin ərazilərdə böyük işlər gedir, “ağıllı” kənd və şəhərlər inşa olunur. Bu işlər ən müasir standartlar səviyyəsində aparılır. Dünyanın gözü Azərbaycandadır. Dövlətimizin bərpa-quruculuq işləri dünyanın diqqət mərkəzindədir. Görülən işlərə xarici ölkələr qibtə edirlər.
Bilirsiniz ki, Böyük Qayıdışın ilk müjdələri var. Fevralın 7-də keçmiş köçkünlərin bir hissəsi doğma yurdlarında səs verəcəklər.
Digər bir çağırışımız isə yaşıl enerjiyə keçidlə bağlıdır. Dövlətimizin başçısı işğaldan azad edilmiş əraziləri və Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji zonası” elan edib. Bu istiqamətdə böyük işlər görülür. Əvvəllər Bakıdan digər bölgələrə enerji ötürülürdü, indi isə bölgələrdə bu istiqamətdə böyük işlər görülür. Gələcəkdə xaricə böyük həcmdə alternativ enerji resurslarının ixracı nəzərdə tutulur. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə bu hədəflərə çatacağıq.
Azərbaycan xalqı bilir ki, hər bir nailiyyəti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edə bilərik. Ona görə də xalq öz Liderinə sadiqdir. 7 fevralda düzgün seçim etməli, qalib Liderimizə səs verməliyik. Bu, bizi gələcəyə aparan yoldur. Mən bütün seçicilərimizi 7 fevralda fəal olmağa, öz seçki hüquqlarından istifadə etməyə çağırıram.
Əminəm ki, xalqımız cənab İlham Əliyevə səs verməklə öz xoşbəxt gələcəyinə, qarşı qoyulan hədəflərə səs verəcək! Prezidentimizin yeganə amalı xalqa və dövlətə xidmət etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52

