İdman etməyin faydaları
13.02.2024 [12:12]
İdman, sağlamlığımızı möhkəmləndirir, həmçinin həyatınızı nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ uşaq yaşlarından enerjimizi bərpa etmək və günə başlamaqdan ötrü idman məsləhət görülür. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stressin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir.
İdman — tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağı, yeni insanlarla ünsiyyətdə olmağa zəmin yaradır. İdmanla məşğul olan insanların əhatəsində siz də sərbəstləşirsiniz, öz fikirlərinizi bölüşürsünüz, sağlamlıq haqqında informasiyalar əldə edirsiniz.
İdman — səyahət etməyə bəhanə ola bilər
Xizək sürməyi az-çox öyrəndikdən sonra digər qış turizmi olan kurort ölkələrə getmək və öz təcrübənizi artırmaq istəyiniz yaranacaq. Bu, təkcə xizək sürməyə deyil, sörfinqə də aiddir.
İdman yaşlanma əleyhinə vasitədir
İdmanla təkcə gözəl formaya sahib olmaq üçün məşğul olmuruq. Düzgün olunan hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir. Belə ki, hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır. Bu da orqanizmin immun sistemini daima saz vəziyyətdə saxlanması deməkdir. İdman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə əzələlərin daimi məşq etdirilməsi beynin yaxşılaşmasına zəmin yaradır.
İdman — yeni həyat tərziniz ola bilər
İdmanla məşğul olmağa qərar verdiyiniz andan etibarən sizin tərziniz dəyişəcək: ən azı siz özünüzə yeni idman forması və ayaqqabıları alacaqsınız, tez-tez rahat geyinəcəksiniz, məşqçinin dediyi kimi qidalanacaqsınız, sağlam qidalanmaq və sağlam yaşamaq haqqında informasiyalar daha çox almış olacaqsınız və bunu başqaları ilə də bölüşməyə başlayacaqsınız.
İdman öz üzərində çalışmaqdır
Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa tənbəllik edirsiniz… Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi «Məndə hər şey yaxşı alınacaq!» düşüncəsinə cəmləyin. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək kimi ideyalar haqqında düşünə bilərsiniz.
Mikayıl
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

