Sevginin günü olmaz...
14.02.2024 [11:15]
“Müqəddəs Valentin günü”nün tarixçəsi
Yeganə BAYRAMOVA
Fevralın 14-ü dünyanın bir çox ölkələrində “Sevgililər günü” kimi qeyd olunur. Bəzən bu günü “Müqəddəs Valentin günü” adlandıranlar da var. Etiraf edək ki, bu günü əksər dünya ölkələrində, həmçinin Azərbaycanda qeyd edənlərin sayı çoxdur. Ancaq insanların böyük əksəriyyəti bayramın yaranma tarixi və nə üçün “Müqəddəs Valentin günü” adlandırılmasından xəbərsizdir.
Qədim Roma Luperkaliyası...
Qədim Romada 14 fevral xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrün inancına görə, bu gün Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram kimi qeyd olunurdu. Səhəri gün isə Luperkaliya bayramı başlayırdı. Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir. Münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı. Bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan adını qutudan çıxardığı qızla sevgili olardı.
Valentin kimdir?
Mənbələrin birinə görə, Roma imperatoru ölkəsini öz qanunları ilə idarə edən imperator ll Kladius ordu üçün savaşan əsgər tapmaqdan ötrü evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub.
Həmin dövrlərdə Valentin Romada rahib idi. Ancaq kimliyi və ölümü barədə müxtəlif fərziyələr var. Bunlardan ən geniş yayılmış olanı budur ki, həmin keşiş imperatorun evlənməyi qadağa etməsinə baxmayaraq, əsgərləri qızlarla gizlin görüşdürür. İmperator onun bu əməllərindən xəbər tutduqdan sonra Valentini zindana atdırır və 14 fevralda-məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək öldürtdürür. Bununla da fevralın 14-ü “Müqəddəs Valentin günü” kimi tarixdə qalır.
Digər bir versiya...
Başqa mənbələrdə isə qeyd edilib ki, Valentin həbsxana rəisinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.
Ancaq görünəni odur ki, Valentinin Roma tərəfindən müqəddəsləşdirilməsi belə onun əməllərinin üstünü örtə bilməyib.
“Sevgililər günü”nün ləğv olunduğu ölkələr...
Artıq uzun illərdir ki, bir çox Qərb ölkələri “Müqəddəs Valentin günü”nü keçirmir və yaxud səthi yanaşır. Məsələn, hər il bu bayramda Rusiyada millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqlarının nümayəndələri arasında dava-dalaş düşür. Rusiyada bu bayram demək olar ki, sıradan çıxarılıb. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü rus milli dəyərlərinə zidd adlandırılıb.
Almaniyada isə bu tarix psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd edilir. İordaniya da “Sevgililər günü”nün qadağan olunduğu ölkələr sırasındadır.
İslam əxlaqlarına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib. İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində Müqəddəs Valentin Gününü qadağan edib. Məhkəmə bu qərarı “Sevgililər günü”nün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib. Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Bununla bərabər bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan olunub.
Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır. İranda isə bu gün ilə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları qadağan edilib.
Səudiyyə Ərəbistanda 2004-c? ildə verilən fitvada “Sevgililər günü”nü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fitvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb.
Azərbaycanda “Sevgililər günü”
Azərbaycanda “Sevgililər günü” kütləvi şəkildə qeyd edilmir. Amma qeyd edənlərin də sayı az deyil. Paytaxtın bəzi kafelərində, gül dükanlarında, küçə ticarətçilərinin piştaxtasında əlvan çiçəklər, müxtəlif suvenirlər və başqa hədiyyə alanlara rast gəlmək olur.
Dəfələrlə bu günün Azərbaycan xalqına və İslama xas olmayan bir bayram olduğu təbliğ olunub. Hər il fevral ayı gələndə cəmiyyətdə bir canlanma olur. Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir.
Əslində isə sevənlərin günü olmur. Bütün günlər, saatlar sevənlərindir. Hansısa günü Sevgililər günü kimi qəbul etdirmək yanlışdır. Belə günlər sadəcə hədiyyə və gül satanların işinə yaraya bilər. Qoy sevənlər üçün hər gün Sevgililər günü olsun. Onu 1 günlə məhdudlaşdırmayın...
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

