62 ildən sonra...
13.12.2024 [08:34]
Fransada yeni qurulacaq hökumətə də inam yoxdur
Xarici siyasətdə uğursuzluq. Avropada dövlətin və prezidentin nüfuzunun quyunun dibinə düşməsi. Paytaxtda və əyalətlərdə sosial tələblərlə permanent tətillər, digər qonşu ölkələrə də sirayət edən “sarı jiletlilər” hərəkatı, “peyin inqilabı”. Afrikada, dənizaşırı ərazilərdə kütləvi hal alan etirazlar, müstəmləkə ölkələrində getdikcə daha cəsarətlə səslənən “Rədd ol” şüarları. Demokratiyadan təkhakimiyyətliliyə dönüş. Cari ildə Avropa parlamentinə və Milli Assambleyaya son seçkilərdə acınacaqlı məğlubiyyət...
Siyahı uzundur. Əslində, bu və ya digər uğursuzluqları bir dövlətin və yaxud bir siyasətçinin timsalında təsəvvür etmək çətindir. Bununla belə, reallıq ortadadır. Söhbət tarixi ənənələri olan Fransanın bugünkü acınacaqlı vəziyyətindən gedir. Yerli analitiklər, müxalifət partiyalarının təmsilçiləri isə ölkənin uğursuzluq zolağına düşməsinin məsuliyyətinin Makronun və onun komandasının üzərində olduğu qənaətindən çıxış edirlər. Həqiqətən də, məhz Yelisey Sarayının indiki sahibinin iki prezidentliyi dönəmində Fransa indiki aşağıdan aşağı səviyyəyə enib. Bu gün ölkə həyatının bütün sahələrində durum son dərəcə məyusedicidir...
Çıxılmaz görünən hökumət böhranı
Son iki ildə bir-birinin ardınca baş verən hökumət böhranları Fransanın bugünkü acınacaqlı vəziyyəti barədə konkret təsəvvür yaradır. Makron bəhs olunan dövrdə düz üç dəfə yeni hökumət qurmaq məcburiyyətində qalıb. Həmin hökumətlərin mövcud olma müddəti ən yaxşı halda bir il olub. Digər hökumət səkkiz ay duruş gətirib. Sonuncu Mişel Barnye hökuməti isə cəmi üç ay mövcud oldu.
Göründüyü kimi, Makronun qurduğu hökumətlərin mövcud olma müddəti getdikcə azalır. Sonuncu hökumət böhranı daha kritik bir vəziyyətdə baş verdi. İndi Yelisey Sarayı 1962-ci ildə Jorj Pompidu hökumətinin devrilməsindən sonra uzun sürən və çıxılmaz görünən yeni hökumət böhranı ilə üz-üzə qalıb.
Analitiklərin Barnye hökumətini “ölü doğulan uşaq” kimi səciyyələndirmələrində böyük həqiqət payı var. Əslində, Barnyenin lap əvvəldən hökumət başçısı postuna gətirilməsinə hansısa bir əsas yox idi. Makron cari ilin sentyabrında Barnyeni qanunvericiliyi pozmaqla Baş nazir təyin etmişdi. Fransada Konstitusiyaya görə, seçkilərdən sonra hökumət parlamentin yeni tərkibinə uyğun olaraq formalaşdırılmalı idi. Lakin Makron konstitusion tələblərə və demokratik prinsiplərə məhəl qoymayaraq yeni hökumətin formalaşmasını xeyli yubatdı və sentyabr ayında sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Barnyeni yeni Baş nazir təyin etdi. Makronun yeni hökuməti şəxsi iradəsi əsasında formalaşdırması siyasi narazılığı artırdı və bu narazılıq parlament etimadsızlığına qədər uzandı.
Hökumət böhranını şərtləndirən iqtisadi amillər
Barnye hökumətinin süqutunu şərtləndirən digər bir mühüm amil isə ölkədə iqtisadi-maliyyə durumunun kritik dərəcədə ağır olması ilə bağlıdır. Hazırda hansısa bir komandanın Makronun ikiillik prezidentliyi dönəmində üst-üstə qalanan iqtisadi-sosial poblemlərin öhdəsindən gəlməsi mümkünsüz görünür. İş o yerə çatıb ki, parlamentdə Barnye hökumətinə etimadsızlıqla nəticələnən 2025-ci ilin büdcəsinin müzakirələri ətrafında qalmaqallar hələ də səngiməyib. Belə gedişlə parlamentdə gələn ilin büdcəsini qəbul etmək mümkün olmayacaq. Fransa mətbuatında yer alan xəbərlərə görə, solçuların və ifrat sağçıların dəstəklədiyi etimadsızlıq təklifi ilə dekabrın 4-də süqut edən hökumət dövlət borcları səbəbiylə çətin vəziyyətdə olan ölkədə bağlanma riskinə qarşı tədbir görməyə çağırış edib.
Devirilən hökumətin büdcəsinə cavabdeh olan nazir Laurent Saint-Martin TF1 kanalına verdiyi açıqlamada xüsusi qanun layihəsinin hazır olduğunu və bunun bağlanmanın qarşısını alacağını deyib. Təqdim olunması gözlənilən xüsusi qanun layihəsi hökumətin yeni kollegiyasına qədər gündəlik işlərin aparılmasına cavabdeh olan hazırkı hökumətə 2024-cü il büdcəsinə uyğun fəaliyyət göstərmək səlahiyyəti verəcək.
Ancaq xüsusi qanun layihəsinin qəbul edilmədiyi bir ssenaridə Makron bağlanma riskinə qarşı Konstitusiyanın 16-cı maddəsinə istinad edərək, parlamentdə müvafiq müzakirələr aparılmadan büdcə ilə bağlı addımlar ata biləcəyinin də anonsunu edib. Makronun bu mesajı çox doğru olaraq parlamentin əks düşüncəli çoxluğuna hörmətsizlik, demokratiyanın pozulması anlamında qəbul edilir.
Makron üçün tunelin sonunda işıq görünmür
Barnye hökumətinin devrilməsindən beş gün sonra Makron yeni Baş nazir tapmaq üçün məsləhətləşmələrə başlayıb. O, Yelisey Sarayında ardıcıl olaraq Liot qrupunun müstəqil deputatları, Marin Tondelyerin başçılıq etdiyi ekoloqlar, həmçinin Faby?n R?sselin ətrafındakı kommunistlər ilə görüşüb, hər qrupla bir saatlıq danışıqlar aparıb.
Öz düşərgəsi tərəfindən sıxışdırılan Makron Barnyeni 51 gün gecikmə ilə Baş nazir təyin etmişdi. Bu dəfə isə tez qərar verməlidir. Potensial namizədlər arasında Fransua Bayru, Sebastyan Lekornu və Bernar Kaznövün adları hallanır. Fransua Bayru özünü bu çətin vəziyyətdən çıxmağa “kömək etməyə” hazır göstərir. Lakin onun namizədliyi solçular tərəfindən tamamilə rədd edilir. Müxalifətdə olan Jan-Lüc Melonşon isə sosialistlər Makronla müqavilə bağlayacaqları təqdirdə, “Yeni Xalq Cəbhəsi”nin onlarsız davam edəcəyi ilə hədələyir. O, dövlət başçısına güzəştlər təklif edən sosialistlərin rəhbərinin strategiyasını pisləyir.
Göründüyü kimi, Makron son dərəcə çətin durumdadır. Onun üçün tunelin sonunda işıq görünmür. Yeri gəlmişkən, Makronun postunu itirməsi ehtimalı da kifayət qədər böyükdür. Məlum olduğu kimi, sağçı “Milli Birlik” Partiyasının lideri Marin Le Pen hökumətə qarşı etimadsızlıq səsverməsində dəstək verərək Baş nazir Barnyenin vəzifədən uzaqlaşdırılmasında mühüm rol oynayıb. İndi isə Le Pen diqqətini Makronun impiçment proseduruna yönəldib...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

