Koalisiyanın arzuları...
12.04.2025 [09:34]
Avropa ölkələri yeni təhlükəsizlik arxitekturası formalaşdırmağa çalışırlar
ABŞ-la yaşanan fikir ayrılıqları fonunda Avropa özünün təhlükəsizliyini gücləndirmək üçün müxtəlif planlar üzərində çalışır. Aprelin 10-da Brüsseldə “Arzuedənlər Koalisiyası” müdafiə nazirlərinin görüşündə də bu məsələ diqqət mərkəzində olub. Toplantıya Böyük Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Sebastian Lekornyu sədrlik edib. Bu barədə məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.
Məlumata əsasən, Böyük Britaniya və Fransanın təşkilatçılığı ilə keçirilən görüşdə 30 ölkənin müdafiə naziri iştirak edib. Müzakirələrdə Ukraynada uzunmüddətli sülhün təminatı üçün çoxmillətli qüvvələrin hərbi planlaşması ətrafında fikir mübadiləsi aparılıb, eləcə də hər bir ölkənin rəsmi Kiyevin təhlükəsizliyinə dəstək imkanlarından istifadə məsələsi nəzərdən keçirilib. Bununla yanaşı, Avropanın təhlükəsizliyinin daha da gücləndirilməsi diqqət mərkəzində olub.
Koalisiya “Ramştayn” formatını əvəzləyir?
Əslində, Ukraynaya hərbi yardımla bağlı “Ramştayn” təmas qrupu adlandırılan platforma mövcuddur. Ukraynada müharibə başlayandan “Ramştayn” formatının 30-a yaxın toplantısı keçirilib və bu müddətdə Kiyevə milyardlarla dollar hərbi yardım edilib. Fevralın 12-də Brüsseldə keçirilən 26-cı görüşdə isə təmas qrupuna Böyük Britaniyanın müdafiə naziri ilk dəfə olaraq Pentaqon rəhbərinin əvəzinə sədrlik edib. ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Kiyevlə müttəfiq ölkələr qrupuna sədrlik Birləşmiş Ştatların təşəbbüsü ilə Londona verilib. Bu platformanın üzvü olan Böyük Britaniya və Norveç bir neçə gün öncə Ukraynaya 450 milyon funt-sterlinq (580 milyon dollar) həcmində hərbi yardım ayırmaq barədə qərar qəbul edib.
“Reuters” agentliyinin məlumatına görə, həmin vəsait Kiyev üçün “yüz minlərlə” PUA-nın alınmasına, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidmətinə yönəldiləcək. Eyni zamanda, Ukrayna yardımdan radar sistemləri, tank əleyhinə minalar və pilotsuz uçuş aparatlarının alınması üçün istifadə edə biləcək. Bu açıqlamanın “Ramştayn” təmas qrupunun 27-ci iclasından öncə verilməsi təsadüfi deyil.
“Arzuedənlər” Ukraynaya ordu göndərmək istəyir
Görünən odur ki, Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinə fərqli yanaşması “Arzuedənlər Koalisiyası” çərçivəsində də rəsmi Kiyevə hərbi dəstək məsələsini ön sıraya çıxarıb. Təsadüfi deyil ki, koalisiyanın martın 15-də Parisdə keçirilmiş sammitində Ukraynada atəşkəsin təmin edilməsi ilə bağlı təklif hazırlanmasında qərar verilmişdi. Bununla yanaşı bir sıra Avropa dövlətləri Ukraynaya qoşun göndərilməsinə də tərəfdar olduqlarını bəyan ediblər. Belə ki, “The Times” qəzetinin məlumatına əsasən, sözügedən sammitdə Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna üçün 10 mindən çox hərbçidən ibarət Qərb “sülhməramlı qüvvələri”nə dair planlarını açıqlamışdı. Qəzet öz mənbələrinə əsasən yazır ki, Ukrayna üçün sülhməramlı qüvvələrin yekun sayı Britaniyanın təmin etməyə hazır olduğu 10 min nəfəri keçəcək.
“The Times” onu da yazır ki, sammit iştirakçıları olan 35-ə yaxın ölkə görüşdə potensial “sülhməramlı” missiyaya silah, logistika və kəşfiyyat dəstəyi vermək barədə razılığa gəlib. Bununla belə, qoşunların əsas hissəsinin Böyük Britaniya və Fransa tərəfindən təmin ediləcəyi gözlənilir.
Eyni zamanda, Almaniya da Ukraynaya yeni hərbi yardım paketi göndərəcək. Bu paketə Kiyevin uzun müddətdir ki, xahiş etdiyi mühüm silahlar daxil olacaq. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib. Almaniya daha dörd “IRIS-T” hava hücumundan müdafiə sistemini raketlərlə və “Patriot” sistemləri üçün daha 30 raketlə təmin edəcək. O, deyib ki, Avropa liderləri Ukraynanın lisenziya əsasında yerli raket istehsal etmək istəyini müzakirə edirlər.
Qeyd edək ki, hərbi yardım paketinə digər silah-sursatla yanaşı, 15 “Leopard 1” əsas döyüş tankı, pilotsuz kəşfiyyat təyyarəsi və əlavə 100 min artilleriya mərmisi də daxildir. Bütün paketə 300 idarə olunan raketi olan 4 “IRIS-T” hava hücumundan müdafiə raket sistemi, 15 “Leopard 1A5” əsas döyüş tankı, 300 pilotsuz kəşfiyyat uçuş aparatı, 120 MANPADS, 14 artilleriya sistemi, 100 yer müşahidə radarı, 30 “Patriot” idarəolunan raketi, 5 döyüş maşını və 100 min ədəd patron daxildir.
ABŞ olmadan Avropa təhlükəsizliyini təmin edə bilməyəcək
Almaniyanın müdafiə nazirinə Ukraynada Avropa qoşunlarını da daxil edə biləcək dəstək qüvvələrinin yaradılması planları barədə də sual verilib, lakin o, “bu cür məsələləri müzakirə etməməyə” və “ağıllı və iddialı” qalmağa üstünlük verəcəyini bildirib. O, əlavə edib: “Biz lazım olan yerə çatmağın bir yolunu tapacağıq, lakin o vaxta qədər bunu ictimai şəkildə deyil, daxildə müzakirə etmək daha yaxşıdır”.
Beləliklə, Avropa özünün yeni təhlükəsizlik arxitekturasını formalaşdırmağa çalışır. “Arzuedənlər Koalisiyası”nda Ukraynanın diqqət mərkəzində olması təsadüfi deyil. Çünki Ukrayna da Avropa ölkəsi hesab olunur. Bir sıra Avropa liderləri bu qənaətdədirlər ki, Rusiya Ukraynada öz məqsədlərinə nail olarsa, növbə onlara da çatacaq. Ona görə də, müdafiə və təhlükəsizlik strategiyası gücləndirilir. Tramp administrasiyasının Avropada ABŞ ordusunun miqyasının azaldılması zərurəti ilə bağlı açıq bəyanatlarından sonra Avropa dövlətləri konkret addımlar atmağa çalışırlar. Avropa dövlətləri dərk edirlər ki, ABŞ-n iştirakı olmadan NATO-nun gələcəyi qeyri-müəyyəndir. Belə bir şəraitdə “Arzuedənlər Koalisiyası” ön plana çıxıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

