Vaşinqton vasitəçilikdən geri çəkilir...
03.05.2025 [10:58]
ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirilən son brifinqdə bəyan edib ki, Vaşinqton bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək; “Biz vasitəçi olmayacağıq. Görüşləri idarə etmək üçün dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik,” - deyə Bryus vurğulayıb. Departament rəsmisi əlavə edib ki, növbəti mərhələdə danışıqlar prosesi birbaşa tərəflər - Rusiya və Ukrayna arasında aparılmalıdır. Xatırladaq ki, iki-üç gün bundan əvvəl Temmi Bryus qeyd etmişdi ki, Vaşinqton Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyiş əldə olunmayacağı təqdirdə, vasitəçilik rolundan imtina edəcək. Artıq Bryusun bu bəyanatı ətrafında geniş fikir mübadilələri aparılır. Bir qrup ekspert bunu Vaşinqtonun hər iki tərəfə ciddi xəbərdarlığı olduğunu, digərlər isə Ağ Evin bu prosesdə daha çox zaman sərf etmək niyyətində olmadığını hesab edirlər.
Qeyd edək ki, bu ilin fevral-mart aylarında Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərində ABŞ-ın dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya və Ukraynanın dövlət rəsmiləri ilə görüşlər keçiriblər. Bu görüşlərdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı bir çox məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda Tramp ilə Putin və Rubio ilə Lavrov arasında bir sıra telefon danışıqları da baş tutub. Bundan başqa, Stiven Vitkoff Moskvaya iki-üç dəfə səfər edərək Kreml rəsmiləri ilə görüşüb.
Tramp Moskvaya qarşı ritorikanı sərtləşdirir
Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Dövlət Departamentinin rəsmisinin bəyanatı diplomatik təzyiq xarakteri daşıyır: “ABŞ ilə Ukrayna arasında mineral ehtiyatların birgə istismarı ilə bağlı müqavilə imzalandıqdan sonra Vaşinqtonun Moskvaya qarşı ritorikası sərtləşib. Bunun əsas səbəbi Kremlin Ağ Evin qeyd-şərtsiz atəşkəs təklifini qəbul etməməsi ilə bağlıdır. Son iki-üç ayda Vaşinqton ilə Moskva arasında yüksək səviyyəli danışıqlar aparılıb. Amma buna baxmayaraq, Vaşinqton və Moskva bəzi məsələlərdə ortaq məxrəcə gələ bilməyiblər. Kremldə hesab edirlər ki, istər Ukrayna, istərsə də Moskva üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə Rusiyanın mövqeyi nəzərə almalı və şərtləri qəbul olunmalıdır. Təbii ki, Moskvanın bu davranışı Ağ Ev tərəfindən məqbul hesab olunmur. Bu da Tramp administrasiyasını Moskvaya qarşı ritorikanı sərtləşdirməyə vadar edir”. Z.İbrahimli vurğulayıb ki, ABŞ-ın hazırki administrasiyası Rusiya ilə problemləri mərhələli şəkildə həll etmək istəyir:Tramp üçün ilkin prioritet Ukraynada atəşkəsin təmin olunmasıdır. Bu, Trampın beynəlxalq imici üçün çox vacibdir. ABŞ rəhbəri Rusiya ilə Ukrayna arasındakı müharibəni tez bir zamanda bitirəcəyi ilə bağlı vədlər verib. Hazırda Tramp üçün ən önəmli məsələ öz vədlərini yerinə yetirməkdir. Buna görə də Tramp diplomatik kanallar vasitəsilə Moskvaya sərt xəbərdarlıq edir”.
Vaşinqton gözləmə mövqeyindədir
Politoloq Asif Nərimanlı qəzetimizə şərhində bildirib ki, Bryusun bəyanatı Trampın prosesin gedişatında gözləmə mövqeyindən qaynaqlanır. Ekspert hesab edir ki, ABŞ vasitəçilik prosesindən geri çəkilməyəcək. “Ağ Ev bu addımı ilə həm Rusiyaya, həm də Ukraynaya mesaj göndərir. Ağ Evin bu addımı atmaqda əsas məqsədi hər iki münaqişə tərəfini tez bir zamanda atəşkəsə razı salmaqdır. Ümumiyyətlə, Vaşinqtonun vasitəçilikdən geri çəkilməsi nə Moskvaya, nə də Kiyevə sərfəlidir. Əgər Vaşinqton vasitəçilikdən imtina edərsə, bundan daha çox Rusiya ziyan görəcək. Çünki Kreml 3 ildən çox davam edən müharibəni öz şərtləri daxilində bitirmək imkanı qazanıb. Moskva çox yaxşı bilir ki, danışıqlar masasında Rusiyanın Ukraynanın cənub-şərq əraziləri - Krım, Donetsk, Luqansk, Xerson və Zaporojya üzərində nəzarəti de-fakto səviyyəsində tanınacaq. Tramp Moskvanın bu tələbini qəbul edib. Artıq hər kəsə bəllidir ki, Tramp Ukraynanı ərazisinin bir hissəsini Rusiyaya güzəştə getməyə vadar edir. İkincisi, Rusiya istəyir ki, ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılsın və beynəlxalq təcriddən xilas olsun. Bu, Rusiya iqtisadiyyatı üçün çox önəmlidir. Bu baxımdan Vaşinqtonun danışıqlar masasından geri çəkilməsi Rusiya üçün yaxşı perspektiv vəd etmir”. Ukrayna məsələsinə gəlincə, A.Nərimanlı qeyd edib ki, Ukraynanın Rusiyaya qarşı müqavimət göstərmək imkanları tükənmək üzrədir: “Bu günə qədər Ukrayna ABŞ-ın hərbi və maliyyə yardımları hesabına Rusiyaya ciddi müqavimət göstərə bilib. ABŞ-ın Ukraynaya yardımları Aİ-nin yardımlarından qat-qat çoxdur. Trampın geri çəkiləcəyi təqdirdə Ukraynaya yardımlar dayandırılacaq. Rusiya da münasib şəraitdən istifadə edib Ukrayna daxilində hücum əməliyyatlarını şiddətləndirəcək”.
Politoloq İlyas Hüseynov məsələyə münasibətdə bildirib ki, Rusiya-Ukrayna münaqişəsini sülh və dinc yolla nizamlamaq qeyri-mümkündür. “Düzdür, Tramp hakimiyyətinin ilk günlərindəki çıxışlarında bu müharibəni bitirəcəyinə söz vermişdi. Bu istiqamətdə xeyli çabalar göstərdi. Lakin sonda anladı ki, bu müharibəni bitirmək o qədər də asan deyil. Ona görə də Ağ Evin rəhbəri öz mövqeyindən daşınır və danışıqlarda vasitəçilik etmək istəmir. Təbii ki, bunun səbəbləri bəllidir. Zelenski hakimiyyəti ərazi itkiləri ilə barışmaq və öz ərazisini güzəştə getmək istəmir. Rusiya isə öz şərtlərindən geri çəkilmək istəmir. Rusiya Ukrayna cəbhəsində daha çox üstünlüklər qazanıb danışıqlar masasında mövqeyini möhkəmləndirmək niyyətindədir. Tramp da bu çıxılmaz vəziyyətdə özünü yormaq istəmir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04

