Bahalı raketlərin ucuz qənimi...
12.06.2026 [09:17]
Ukraynada ABŞ “Patriot”larına alternativin kütləvi istehsalına başlanacaq
Dünya tarixində Ukrayna kimi müharibənin intensiv mərhələsində müdafiə sənayesini əhəmiyyətli dərəcədə yeniləyən ölkələrin sayı az olub. Bu ölkə Rusiya ilə müharibənin başladığı 2022-ci ildən etibarən qısa müddətdə milli sənayedə yeni, daha keyfiyyətli silahların istehsalını mənimsəməklə həm müdafiəni gücləndirməyə, həm də hücum taktikasına keçməyə, Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri, kritik enerji infrastrukturunu sıradan çıxarmağa nail olub.
Son olaraq isə Ukraynadan ABŞ-ın “Patriot”larının yerli və ucuz analoqu yaradıldığı barədə məlumatlar gəlib.
İndiyədək “yer-hava” tipli ABŞ “Patriot”ları dünyada ən yaxşılardan sayılıb
“Patriot” sistemi iki böyük şirkətin birgə məhsuludur. Belə ki, “Patriot”un radar və yerüstü sistemləri “Raytheon” şirkəti, önləmə raketləri isə “Lockheed Martin”in Raketlər və Atışa Nəzarət bölməsi tərəfindən istehsal edilir.
“Patriot” mürəkkəb “yer-hava” tipli raketdən müdafiə sistemidir. Bu silahın layihəsi 1960-1970-ci illərdə ABŞ-in “Raytheon” müdafiə şirkəti tərəfindən hazırlanıb. İndiyədək dünyada ən effektiv hava hücumundan müdafiə sistemi sayılan “Patriot”un ilkin istehsalına isə 1980-ci ilin sentyabrında başlanılıb. ABŞ ordusu ilk “Patriot” batereyasını 1982-ci ilin mayında işə salıb.
“Patriot” əvvəlcə zenit sistemi kimi dizayn edilib, daha sonra ballistik və qanadlı raketləri, başlıqsız sursatları və təyyarələri vurmaq üçün təkmilləşdirilib. Mobil raketdən müdafiə sistemi adətən güclü radardan, idarəetmə stansiyasından, enerji generatorlarından, buraxılış qurğularından və köməkçi dəstək vasitələrindən ibarət olur. Onun imkanları yerləşdirilmiş önləyicinin növündən asılı olaraq dəyişir. Önləyici gələn raketi vurmaq məqsədilə ona doğru buraxılan raketə verilən addır.
PAC-2 önləyicisi partlama-parçalanma döyüş başlığına malikdir. PAC-3 raketi qabaqcıl “vur-öldür” texnologiyasından istifadə edir. “Patriot” sistemi PAC-2, PAC-3 və PAC-3 “Missile Segment Enhancement” (MSE) daxil olmaqla, MIM-104 “Patriot” raketinin müxtəlif variantlarından istifadə edir. Bu raketlər təyyarələri, qanadlı raketləri və ballistik raketləri vurmağa qadirdir.
Bir “Patriot” batareyasına adətən 6-8 buraxılış qurğusu, həmçinin radar dəsti, ECS, enerji generatoru və AMG daxil olur. Hazırda “Patriot” sistemindən ABŞ, Almaniya, Yaponiya və bəzi NATO üzvləri də daxil olmaqla, 18 ölkə istifadə edir. “Patriot” sistemi kompleks və bahalı HHM həllidir və ümumi proqram xərcləri 50 milyard dollardan çox qiymətləndirilir. İndiyədək bu sistem dünyada ən yaxşılardan sayılıb.
Ukrayna “Patriot”larının əsas üstünlüyü
Ukraynadan verilən məlumatda bildirilir ki, bu ölkənin “Fire Point” hərbi şirkəti ballistik raketləri və strateji dronları havada məhv etmək üçün nəzərdə tutulmuş yerli “FP-7.x” raketinin ilk uçuş sınaqlarını uğurla başa vurub. Hərbi ekspertlər bu layihəni Ukrayna kəşfiyyatı və mühəndisliyinin ABŞ-ın məşhur “Patriot” HHM sistemlərini əvəzləmək məqsədilə yaratdığı ən ciddi alternativ hesab edirlər. Çünki layihə həm də çox güclü iqtisadi effektivliyə malikdir.
Tərtibatçıların sözlərinə görə, Almaniyanın “Diehl Defence” şirkətindən infraqırmızı özütuşlayan başlıqların (GOS) alınması barədə razılıq əldə olunarsa, “FP-7.x” raketi Qərbin “Patriot” və “SAMP-T” kimi bahalı sistemlərini tamamilə əvəzləyə biləcək kütləvi və ucuz silaha çevriləcək.
Şirkət rəhbərliyi yeni raketlərin konveyer xətti ilə kütləvi istehsalına artıq bu ilin avqust ayında başlamağı planlaşdırır. İlk hazır məhsulların isə 2027-ci ilin əvvəllərində Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil olacağı və hava məkanının müdafiəsinə cəlb ediləcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ “Patriot”unun bir ədədinin qiyməti təxminən 3,8 milyon dollar, Ukraynanın “FP-7.x” raketinin qiyməti isə 700 min dollardır. Beləliklə də Ukrayna “Patriot”larını bahalı raketlərin ucuz qənimi kimi səciyyələndirmək mümkündür.
Avropa üçün yaranan kritik təhlükəsizlik problemi
Son bir ildə Avropa İttifaqı (Aİ) məkanında təlatümlər yaşanıb, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Xüsusilə də ABŞ-da administrasiya dəyişikliyindən sonra Aİ üzvü olan ölkələrin təhlükəsizliyinin, necə deyərlər, nazik bir ipdən asılı olduğu üzə çıxdı. Söhbət ondan gedir ki, indiyədək Aİ özünün təhlükəsizliyini NATO-nun aparıcı qüvvəsi olan ABŞ-ın məsuliyyəti hesab edib və avtanom müdafiə çətiri qurmaq qayğısına qalmayıb. Donald Tramp Ağ Evdə vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra veriyi ilk bəyanalar ölkəni izafi xəclərdən azad edəcəyi ilə bağlı oldu. O cümlədən D.Tramp Avropanın əsas müdafə qarantı sayılan NATO-nun əsas xərclərinin ABŞ-ın üzərinə yüklənməısini qəbul etmir və Aİ ölkələrindən müdafiə xərclərini artırmalarını istəyir. Ümumiyyətlə, son bir ildə Vaşinqtonun NATO ilə yollarını ayıracağı ciddi müzakirə mövzusuna çevrilib.
Aİ üçün yaranan böyük narahatlıq həm də ondan ibarətdir ki, ABŞ-in yeni administrasiyası Ukraynaya kritik silah tədarükünün yeni mexanizmini tətbiq etməyə başlayıb. Bayden administrasiyası dönəmində zəruri silahlar Vaşinqtonda? Kiyevə birbaşa tədarük olunurdu. D.Trampın müəyyənləşdirdiyi yeni qaydalara əsasən isə Ukrayna cəbhəsi üçün lazım olan silahlar əvvəlcə Avropa İttifaqına satılır. Bundan sonra Aİ pulla aldığı bu silahları Ukraynaya ötürür, Bu, ən yüksək rahatlıqlara öyrəşmiş Avropa üçün əlavə maliyyə öhdəliyidir. Bununla belə, Aİ-nin artan xərc yükünü çəkməkdən başqa çıxış yolu yoxdur. Çünki, Ukrayna indiki məqamda qoca qitənin müdafiə qalası sayılır. Brüsseldə hesab edirlər ki, Kiyevin məğlub olacağı təqdirdə dağıdıcı raketlərin vahimə yaradan səsi Avropa paytaxtlarında eşidiləcək.
Digər tərəfdən, Avropanın “Patriot”larla təchizatı da risk altına düşüb. Xatırladaq ki, Vaşinqton Ukraynaya ilk “Patriot” dəstini 2023-cü ildə göndərib. Avropada Qrelandiya ətrafında yaranan mübahisələr, həmçinin son aylarda Yaxın Şərqdə izlənilən proseslər ABŞ-ı “Patriot” tədarükündə ehtiyatlı davranmaq zərurəti ilə üz-üzə qoyub. İranın ABŞ-ın Yaxın Şərqdəki bazalarını intensiv şəkildə raket atəşinə məruz qoyması o reallığı gündəmə gətirib ki, Vaşinqdon bu regiondakı müttəfiqlərinin təhlükəsizlik modelini yeniləməlidir. Əks halda bölgədə ABŞ-ın yerini digər güclərin tutması ehtimalı tam realdır. Bunun fərqində olan Ağ Ev son vaxtlarda Yaxın Şərqdəki müttəfiqlərinə “Patriot” tədarükünü artırıb.
Bunun əvəzində Avropa “Patriot” növbəsində daha çox gözləməli və daha böyük həcmlərdə vəsaitlər ödəməlidir. Əslində, ABŞ ötən ilin sonrarından başlayaraq Avropaya “Patriot” satışını dayandırıb. “The Atlantic” nəşrinin məlumatına görə, ABŞ-in Avropaya hərbi texnika satışına münasibətində dəyişikliklərin ilk göstəricisi Danimarkanın ballistik raketləri vurmaq qabiliyyətinə malik “Patriot” sistemlərinin alınması istəyini rədd etməsi olub.
Administrasiya rəsmiləri “The Atlantic” nəşrinə bildiriblər ki, ABŞ Müdafiə Nazirliyinin müavini Elbric Kolbi “Patriot” sistemlərinin Danimarkaya satışını bəyənməyib, çünki bu sistemlər qıtlaşıb və onun fikrincə onlar yalnız ABŞ-in ehtiyacları üçün saxlanmalıdır. Administrasiyadakı mənbələr bildirir ki, Pentaqon bəzi silah növlərinin çatışmazlığı səbəbindən Avropadan gələn yeni tələbləri bloklamağa başlayıb.
Mənbələr bloklanmanın nə qədər davam edəcəyi, “Patriot” sistemlərindən başqa hansı silahların siyahıda olduğu və siyahının genişlənib-genişlənməyəcəyi barədə məlumat verməyiblər.
Ukrayna xilaskar rolunda
Müharibənin ilk dörd ilində Avropa İttifaqı Ukraynanın müdafiəsinin təmin olunmasında mühüm rol oynayıb, Belə ki, Brüssel və ayrı-ayrı Avropa dövlətləri Kiyevi həm siyasi, həm maddi, həm də texniki cəhətdən davamlı olaraq dəstəkləyiblər. Belə görünür ki, indi isə növbə Ukraynanın Aİ-nin təhlükəsizliyinin təmin olunmasında rol almasına çatıb. Müşahidə edilən odur ki, Ukrayna son 4 ildə yalnız Qərb tərəfdaşlarından aldığı silahlarla müharibə aparmaqla kifayətlənməyib, paralel şəkildə özünün müdafiə sənayesini inkişaf etdirməyə nail olub. Burada Ukraynaya üstünlük qazandıran bir məqamı xüsusi vurğulamaq lazımdır. Bu ölkə müdafiə sənayesinin inkişaf xəttini məhz müasir müharibələrin tələblərinə uyğun istiqamətləndirməyi bacarıb ki, bu da onun böyük uğurudur. Hazırda Ukraynanın əlində olan dron əleyhinə sistemlərin dünyada analoqu yoxdur. Bu gün Ukraynanın öz istehsalı olan pilotsuz uçuş aparatları min kilometr məsafə qət etməklə Rusiyanın dərinliklərində yerləşən strateji obyektləri nöqtə zərbələri ilə məhv edir. PUA-ların istehsalı Kiyevə ucuz başa gəlir, onların səmada sıradan çıxarılmasına isə bahalı raketlər tələb olunur. Beləliklə də, ucuz başa gələn uçan aparatlar qarşı tərəf üçün müharibəni daha bahalı edir və onun imkanlarını məhdudlaşdırır. Bundan başqa, Ukraynanın qara dənizdə blokadanı aradan qaldırmağa nail olması dünya üçün böyük təcrübədir. Qeyd edək ki, Kiyev dəniz blokadasını yarmağa məhz “Sea Baby” və “Magura” tipli dəniz dronları sayəsində nail olub.
İndi dünya Ukraynanın təcrübəsindən və məxfi dron texnologiyasından bəhrələnmək istəyir. O cümlədən ciddi təhlükəsizlik problemi ilə üzləşən Avropa İttifaqı üçün yol müəyyən mənada asan görünür. Qoca qitə son dörd ildə çətin müharibədə dayaq durduğu Ukraynanın “dərslərindən” öyrənmək və bu ölkənin təcrübəsindən bəhrələnmək imkanına malikdir. Artıq bununla bağlı müzakirələr də başlayıb. Yeri gəlmişkən, V.Zelenski bildirib ki, Ukrayna əvvəllər Yaxın Şərqdə və Fars körfəzi ölkələrində keçirilən danışıqlarda qəbul edilmiş təhlükəsizlik üzrə öz təkliflərinin Avropa hissəsini hazırlayır. Kiyevin Avropanın təhlükəsizliyi üçün hazırladığı planın bəzi mühüm istiqamətləri artıq bəllidir. Buraya birgə istehsal, modernləşdirmə, müdafiə sahəsində maliyyələşdirmə proqramları, təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətlərin koordinasiyası kimi strateji əhəmiyyət daşıyan istiqamətlər daxildir.
Bundan başqa, Kiyev uzun müddətdir ki, vahid Avropa silah sənayesi ideyasından çıxış edir. Qeyd edək ki, bu ideya qoca qitədə ayrı-ayrı səviyyələrdə dəstəklənib və onun detalları ətrafında müzakirələr aparılıb. O cümlədən ABŞ “Patriot”larına Ukrayna alternativinin kütləvi istehsalının birgə təşkili də istisna olunmur. Bir sıra Avropa dövlətləri “Patriot” tədarükündə Ukraynanın ABŞ-dan asılılığını azaltmaq üçün Kiyevə kömək göstərəcəklərini bəyan ediblər. Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə danışıqlardan sonra Ukrayna prezidenti də Fransa, Almaniya və Londonun ballistik raketlər əleyhinə sistemlərin yaradılmasına kömək göstərmək niyyətində olduqlarını təsdiqləyib. Zelenski həmçinin NATO-nun baş katibi Mark Rutte ilə Alyansı alternativin hazırlanmasında əlaqələndirici rol oynamağa inandırmaq üçün danışıqlar aparıb. Eləcə də NATO-nun əlaqələndirici rolunda sənaye liderləri, ittifaqa üzv ölkələrin milli təhlükəsizlik məsləhətçiləri və digər rəsmilərlə planlaşdırma məsələləri ilə bağlı görüşlər keçirdiyi məlumdur. Ukrayna mənbələri The Telegraph-a bildiriblər ki, Avropa üçün raket tutucu alternativin hazırlanması Kiyevin yaxın planlarında mühüm yer tutur. Koalisiyanın planları ilə tanış olan bir mənbə bildirib ki, “Ukraynanın rolu anti-ballistik raket tutucuları istehsal etməkdir və biz artıq onları sınaqdan keçiririk”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16

