Paşinyan-kilsə qarşıdurması yeni mərhələdə
11.06.2025 [09:27]
Ermənistanın baş naziri yeni katolikosluq seçkiləri keçirmək üçün çağırış edib
Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik davam edir. Tərəflər arasında ziddiyyətlər Azərbaycanın İkinci Qarabağ müharibəsində erməni ordusunu məğlub etməsi və Qarabağ üzərində suverenliyini tam bərpa etməsindən sonra başlayıb. Ötən ilin may ayında Qazaxın dörd kəndinin qaytarılmasından sonra isə keşiş Baqratın rəhbərliyi altında Paşinyanın istiefası tələbi ilə etiraz aksiyalarına start verildi. Lakin bir müddət sonra həmin aksiyalar fiaskoya uğradı.
Paşinyan-kilsə qarşıdurmasının səbəbi...
Bununla belə, Paşinyan-kilsə qarşıdurması son zamanlar yeni mərhələyə adlayıb. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusilə kilsənin rəhbəri II Qareginə qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə bunu qəbul etmək niyyətində deyil. Elə son çəkişmənin də mahiyyəti və motivi bundan ibarətdir. Belə ki, bu yaxınlarda Nikol Paşinyanın sosial mediada təhqiramiz paylaşımının da məhz ermənilərin katolikosu II Qareginə ünvanlandığı iddia edilmişdi. Bundan öncə isə Paşinyan bildirmişdi ki, bütün ermənilərin katolikosunun seçilməsində son qərarı Ermənistan hökuməti verməlidir. O vurğulamışdı ki, Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi qaydası dəyişməlidir - dövlətin seçkilərdə həlledici səsə sahib olması və namizədlərin etik baxımdan yoxlanılması vacib şərt kimi önə çıxarılmalıdır.
N.Paşinyan Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu da demiş və əlavə etmişdi ki, kilsələrin əksəriyyəti tikinti tullantıları anbarı kimi istifadə edilir. “Kilsələrdə əlavə mərmər plitələr, sement kisələri, paslı armaturlar saxlanılır. İnsan ruhani bir şeylə təmasda olmaq üçün kilsəyə gedir. Amma birdən içəri girirsən və görürsən ki, zibil səpələnib, kiminsə paltarı, ayaqqabısı, çarpayısı qoyulub”, - deyə baş nazir gileylənib. Paşinyan vurğulayıb ki, kilsələrlə bağlı standartlar tətbiq edilməlidir.
Paşinyan II Qaregini istefaya çağırıb
Ermənistanın baş naziri Nikol Paşinyan kilsə rəhbərliyi barədə sərt açıqlamaları hələ də davam etdirir. Bu dəfə o, II Qaregini həssas nöqtədən “vurmağa” başlayıb. Paşinyan iyunun 9-da sosial şəbəkə hesabında bütün ermənilərin katalikosu II Qaregini yenidən ittiham edib. Baş nazirin sözlərinə görə, II Qaregin vəzifəyə təyin olunarkən könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub: “II Qaregin könüllü olaraq qəbul etdiyi subaylıq andını pozub və övladı var. Bu faktdır və II Qaregin bunu təkzib etməyə çalışsa, yalan danışmağa cəhd göstərsə, mən müvafiq formatda sübut təqdim edəcəm”. Erməni baş nazir iddia edib ki, Erməni Apostol Kilsəsinin Nizamnaməsinə uyğun olaraq II Qareginin yepiskop, arxiyepiskop, deməli, katolikos olmaq hüququ yoxdur və o istefa verməlidir. “Katolikos II Qaregin (Ktriç Nersisyan) Eçmiədzinin ana taxtını tərk etməlidir. Erməni Apostol Kilsəsinin sadiq inanclısı olaraq, mənəvi irsimizin hər bir elementinə ehtiramla yanaşan şəxs kimi bəyan edirəm: Erməni Apostol Kilsəsi seçkilərə qədər əxlaqı təsdiqlənəcək yeni katolikosu seçməlidir”, - deyə Paşinyan əlavə edib. O, həmçinin Erməni Apostol Kilsəsinin bütün dindarlarını “Eçmiədzin Ana Taxtına bütün ermənilərin yeni katolikosunun seçilməsi işi ətrafında birləşməyə” çağırıb.
İyunun 10-da isə Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edərək bəyan edib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır. Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.
Paşinyan deyib ki, Koordinasiya Qrupunun ilk 10 üzvünün seçilməsini öz üzərinə götürəcək. Gələcəkdə Qrup genişlənmə prosedurları, strukturu və digər mümkün məsələlər barədə qərar verəcək. Baş nazir 5 meyar üzrə Koordinasiya Qrupuna üzv olmaq istəyənlərdən onun e-mail ünvanına müraciət göndərməyi xahiş edib.
II Qaregin övladı olmasını niyə təkzib etmir?
Məsələ ondadır ki, Paşinyanın “subaylıq andı”nı pozması ittihamına II Qaregin tərəfindən təkzib verilmir. Görünür, baş nazirin əlində bu barədə inkaredilməz fakt var və bu fakt ona ciddi siyasi divident qazandırır. Əgər belə olmasaydı, N.Paşinyan kilsə rəhbərinə qarşı belə kampaniya apara bilməzdi.
Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu qarşıdurma təkcə dini və mənəvi məsələlərlə məhdudlaşmır. Erməni ekspertlər Paşinyan və kilsə arasında gərginliyin gələn il keçiriləcək parlament seçkiləri ilə əlaqələndirirlər. Belə ki, kilsə Paşinyana müxalif olan revanşist qüvvələrlə işbirliyindədir. Paşinyan isə seçki öncəsi bu düşərgəni zəiflətməyə və ictimai nüfuzlarını sarsıtmağa çalışır. Görünən odur ki, erməni baş nazir II Qaregini postundan uzaqlaşdırana qədər mübarizəni davam etdirəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

