Avropa Komissiyası istefaya göndərilir?
04.07.2025 [08:55]
Yaxın günlərdə Avropa Komissiyasının sədri və idarə heyəti istefaya gedə bilər. Belə ki, almaniyalı siyasətçi Ursula Fon der Lyayenin sədri olduğu Avropa Komissiyasına qarşı gələn həftə Avropa Parlamentində etimadsızlıq səsverməsi keçiriləcək. “Stern” jurnalının məlumatına görə, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə fraksiya rəhbərlərinə məlumat verib. Sözügedən jurnalın məlumatında qeyd olunur ki, rumıniyalı deputat Qeorqe Piperea və sağ partiyalardan olan digər deputatlar komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Lyayen ilə ABŞ-ın “Pfizer” şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bugünədək açıqlamamaqda ittiham edirlər. Məsələ ilə bağlı Avropa İttifaqı Məhkəməsi də bu yaxınlarda qərar verib və məhkəmənin qərarında belə bir məlumatın gizlədilməsinin hüquqi normalara zidd olduğu qeyd edilib. Komissiyanın sədri və idarə heyəti digər məsələlərdə də ittiham olunurlar - Avropa Parlamentinin iclasında təxminən 4 milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması və komissiyanın rəqəmsal xidmətlər haqqında qanunun tətbiqində yol verdiyi yalnışlıqlar və bunun Rumıniya və Almaniyadakı seçkilərə əks təsirləri barədə narahatlıq doğuran məsələlər qaldırılacaq. Etimadsızlıq qərarının qəbul olunacağı təqdirdə komissiya tam tərkibdə istefa verməli olacaq.
AK-nın istefa tarixi...
Qeyd edək ki, Avropa İttifaqının qanunvericiliyinə görə, Avropa Komissiyasının sədri və idarə heyətinin istefaya göndərilməsi üçün həm səslərin üçdə ikisinin, həm də deputatların ümumi sayının əksəriyyətinin razılığı lazımdır. Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq səsverməsi sonuncu dəfə 2014-cü ildə sağ populistlər tərəfindən Jan-Klod Yunkerin rəhbərlik etdiyi komissiyaya qarşı həyata keçirilib. Həmin vaxt 101 deputat təşəbbüsün lehinə, 461 nəfər əleyhinə səs vermiş, 88 nəfər bitərəf qalmışdı. Avropa Komissiyasının istefası ilə nəticələnən yeganə hadisə isə 1999-cu ildə baş verib. Jak Santerin rəhbərlik etdiyi komissiya korrupsiya, idarəetmədə pozuntular ilə bağlı tənqidi hesabatdan sonra istefa vermişdi.
720 deputatın 10 da biri...
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa Komissiyasına qarşı etimadsızlıqla bağlı qərarın qəbul olunması inandırıcı görünmür. Onun sözlərinə görə, komissiya öz fəaliyyətini davam etdirəcək. “Bəli, Avropa Parlamentində Ursula Fon der Lyayenə qarşı etimadsızlıq səsverməsi baş tutacaq. Bunun da başlıca səbəbi ondan irəli gəlir ki, Avropa Parlamentində mühafizəkar blokundan olan rumıniyalı deputat Qeorqe Piperea Ursula Fon der Lyayenin istefaya göndərilməsi üçün 73 deputatın imzasını toplayıb. Məsələ burasındadır ki, parlamentin bir sıra üzvləri Fon der Lyayeni pandemiya dövründə Aİ-nin COVİD-19 qarşı mübarizə üzrə siyasətini düzgün yürütməməkdə, ciddi səhvlərə yol verməkdə və COVİD fondları üzərində effektiv nəzarət mexanizmləri tətbiq etməməkdə ittiham edirlər. Önümüzdəki həftədə, yəni iyulun 8-də Avropa Parlamentində bu məsələ ilə bağlı geniş debat keçiriləcək, ondan sonra isə Ursula Fon der Lyayen və komissiyanın idarə heyətinin üzvlərinə qarşı etimadsızlıq səsverməsi keçiriləcək,” - deyə S.Zahidov hesab edir ki, Ursula Fon der Lyayenin istefaya göndərilməsi ehtimalı çox azdır. “Sənədə imza atan 73 millət vəkili 720 millət vəkilinin 10-da biridir. Səsvermə zamanı bir çox avropalı parlamentarilər Fon der Lyayeni dəstəkləyəcəklər. Rumıniyalı deputat Qeorqe Pipereanın özü də çox yaxşı bilir ki, onun bu təşəbbüsü reallaşmayacaq. Ursula Fon der Lyayen öz vəzifəsində qalmaqda davam edəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21

