Tarixi fürsət...
08.07.2025 [10:22]
Region dayanıqlı və dönməz sülhün astanasındadır
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülhün imzalanması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır - bu ilin mart ayında sənədin detalları ilə bağlı tam razılıq əldə edilib. İllərdir özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi də artıq müəyyən sülh anonsları səsləndirir. Bu, rəsmi İrəvanın artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul etməsi kimi dəyərləndirilsə də, Bakı qarşı tərəfdən real addımlar gözləyir. Başqa sözlə, sülhün həm əbədi, həm də dayanıqlı olması üçün Ermənistan üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya işgüzar səfəri zamanı “Mundo Internacional” jurnalına verdiyi müsahibədə bildirib ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb. E.Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını qeyd edib. Eyni zamanda sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğu vurğulanıb.
Konstitusiya dəyişikliyi zəruridir...
Beləliklə, münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Nəticə etibarı ilə, sülh zəmini üçün tələb edilən iki addım atılmalıdır - Ermənistan tərəfi həm onstitusiyasında müvafiq dəyişikliyi etməli, həm də ATƏT-in Minsk qrupundan birmənalı şəkildə imtina etməlidir. Konstitusiya məsələsi artıq bir neçə ildir ki, müzakirə predmetidir. Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4,4 min kvadratkilometrlik Azərbaycan torpağına iddia ortaya qoyur.
Azərbaycanın məsələyə münasibəti birmənalıdır. Dayanıqlı sülh yalnız və yalnız Ermənistanın əsas sənədində dəyişiklik edildikdən sonra imzalanacaq. Artıq bir müddətdir ki, Ermənistanda kostitusiya dəyişikliyi ilə bağlı məsələ müzakirə olunur. Qeyd edək ki, Ermənistanın ayrı-ayrı şəxsləri bu dəyişikliyin həm zəruri, həm də vacib olduğunu dəfələrlə dilə gətirib - baş nazir Nikol Paşinyan, XİN rəhbəri Ararat Mirzoyan öz müsahibələrində etiraf ediblər ki, bu məsələ öz həllini tapmalıdır. Hətta bir neçə gün öncə Ermənistanın ədliyyə naziri Srbui Qalyan Konstitusiyanın yeni mətninin 10 ay ərzində hazır ola biləcəyini bildirib. O deyib ki, Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər (Azərbaycanın tələb etdiyi düzəliş) məsələsi də müzakirə olunacaq.
Demək ki, artıq İrəvan anlayıb ki, məsələnin bir həlli var - konstitusiyada yer alan bu əsassız iddiaların aradan qaldırılması. Bunun üçün isə Ermənistanda müvafiq addımlar atılmalıdır. Ermənistan başa düşməlidir ki, sülh üçün bu şərtin yerinə yetirilməsi zəruridir - çünki Ermənistan konstitusiyasından bəyannaməyə istinadı aradan qaldırmadıqca gələcək illərdə yenidən revanşizm arzusuna düşə bilər. Beləliklə də, vəziyyət yenidən gərginləşər. Bunun baş verməməsi üçün Ermənistan konstitusiyasındakı Azərbaycan torpaqlarına rəsmi iddiaların hər biri aradan qaldırılmalıdır.
Minsk qrupu ləğv edilməlidir...
Paralel olaraq eyni məsələni ATƏT-in Minsk qrupu ilə bağlı demək olar. Azərbaycan haqlı olaraq bildirir ki, Qarabağ münaqişəsinin bitməsi Minsk qrupunun da fəaliyyətini yekunlaşdırır. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində vasitəçi mexanizm kimi formalaşdırılmışdı. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə, ATƏT-in Minsk qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur. Ermənistan isə bu məsələdə də ləng davranır. Halbuki bunu yerinə yetirmək daha asandır. Bu və ya digər şəkildə dövlətin müvafiq strukturları bununla bağlı qərar verib elan edə bilərlər.
Beləliklə, Ermənistan sülhü tezləşdirmək üçün real imkana malikdir - Konstitusiya ilə bağlı məsələləri tezləşdirmək, ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin reallaşması üçün atılası zəruri addımları həyata keçirmək İrəvanın özü üçün müsbət bir hal yaradacaq. Çünki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. Məhz imzalanacaq sülh Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq. Bu inkişafdan Ermənistan da bəhrələnəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10

