Beşinci Respublika tarixinin ən aşağı reytinqi
23.07.2025 [11:43]
Bugünkü Fransa tarixinin ən çətin dönəmlərindən birini yaşayır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkədə, demək olar ki, bütün istiqamətlərdə böhran meylləri müşahidə edilir. Ötən il Avropa Parlamentinə və Milli Assambleyaya keçirilən seçkilərdə xalqın hakimiyyətə inamının sarsıldığı öz təsdiqini tapdı. Bunun ardınca başlayan hökumət böhranı hələ də sonuclanmayıb. Belə ki, bir neçə cəhddən sonra konstitusiyanın pozulması ilə formalaşan yeni hökumət qarşıya qoyulan məqsədlərə çatmaqda hər hansı bir uğur qazanmayıb. Paralel şəkildə Fransanın yüz illiklər boyunca öz nəzarətində saxladığı və ağır şərtlərlə sümürmə siyasəti həyata keçirdiyi müstəmləkə ərazilərində Yelisey Sarayına qarşı etirazlar dalğası geridönməz hal alıb.
Antirekorda imza atan ilk prezident
Ölkədə yaşanan ziddiyyətlər fonunda hazırkı hakim komandanın növbəti prezident seçkilərində uğur qazanmaq ehtimalı hər ötən gün daha da azalır. Bunu prezident Makronun reytinqi də əyani şəkildə təsdiqləyir. Emmanuel Makronun (19 faiz) və baş nazir Fransua Bayrunun (18 faiz) bəyənmə reytinqi Beşinci Respublika tarixinin ən aşağı reytinqi olub. Bunu “Journal du Dimanche” üçün “İfop” sorğusunun məlumatları sübut edir.
Onların hər ikisinin ümumi balı 37 təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsdan (51 bal) aşağı nəticədir. Makronun seçici dəstəyi 49 faizə düşüb. O, 2022-ci ildən bu yana 12 bal itirib. “Makron reytinqi 20 faizdən aşağı enmiş ilk prezident kimi tarixə düşdü. Hətta “sarı jiletlilər” böhranının pik nöqtəsində bu, 23 faiz idi”, - deyə tədqiqatın müəllifləri qeyd edirlər.
Narazılıqları artıran 2026-cı ilin büdcə qanunu
Hazırkı siyasi komandaya münasibətdə narazılıqların artmasına vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu çox böyük təsir göstərib. Həmkarlar ittifaqları bu qanunu ədalətsiz, sosial hüquqlara qarşı hücum kimi qiymətləndirib. Bir çox təşkilat artıq sentyabr ayı üçün ümumi tətil çağırışı edib.
Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) rəhbəri Mariliz Leon “France Inter” radiosuna müsahibəsində büdcəni “tənbəl və keçmişə qapanmış baxış” adlandırıb. Onun sözlərinə görə, işçilər bu büdcəni qəbul edə bilməz. Hökumət ədalətli cavab vermir və bu səbəblə CFDT gələn ay kütləvi aksiyaları istisna etmir. Leon avqustun sonu və ya sentyabrın əvvəlində təşkil edilə biləcək mümkün səfərbərlik üçün qapıların açıq olduğunu bildirib.
Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine daha sərt ritorika ilə çıxış edib. O, büdcə planını gənclər, işçilər, təqaüdçülər və işsizlər üçün qəbuledilməz geriləmə adlandırıb. CGT bəyanatında hökumətin planını əmək sahəsi üçün “qara il və şirkətlərə yeni hədiyyə” kimi xarakterizə edib. Bine bəyan edib ki, həmkarlar ittifaqları sosial geriləmənin qarşısını almaq üçün əllərindən gələni əsirgəməyəcək və digər həmkarlar ittifaqları ilə birlikdə hökumətin planını bloklamaq üçün strategiyalar hazırlanacaq. Onun sözlərinə görə, hazırda gündəmdə olan məsələ etiraz nümayişləri üçün səfərbərlikdir.
“Solidaires” həmkarlar ittifaqı da yayımladığı bəyanatda Bayru hökumətinin büdcəsinə qarşı çıxaraq ədalətli, həmrəy və ekoloji dayanıqlı yeni büdcə tələbi irəli sürüb.
Başqa həmkarlar ittifaqlarının rəhbərləri də ölkədəki iqtisadi böhranın əsas səbəbinin son 10 ildə aparılan uğursuz siyasət olduğunu bildiriblər.
Qeyd edək ki, Fransa hökuməti 2026-cı ildə büdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakin bunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq. Bu xüsusda fikirlərini ifadə edən Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar BFMTV telekanalına müsahibəsində bildirib: “Bizim 3 trilyon avrodan çox dövlət borcumuz var və hər il kreditorlara daha çox məbləğ ödəməli oluruq. Beləliklə, büdcə kontekstində artıq fövqəladə vəziyyətdəyik. Keçən il kreditorlara 50 milyard avrodan çox vermişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiə büdcəsindən xeyli çoxdur. Buna görə də borcu sabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaq lazımdır”.
Hökumət büdcə kəsirlərini xərcləri azaltmaq və sərt qənaət rejiminə keçməklə azaltmağı hədəfləyib ki, bu da ölkə boyunca sosial narazılıqların artması ilə müşayiət olunur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32

