Amerikanın yumşaq uçot siyasəti
19.09.2025 [09:35]
ABŞ Mərkəzi Bankı son 5 ilin ən aşağı uçot dəhlizini müəyyənləşdirib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) sentyabrın 16-17-də keçirilən iki günlük iclasdan sonra əsas uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25 faiz diapazon çərçivəsində müəyyənləşdirib.Adıçəkilən maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında bildirilir ki, ölkənin əmək bazarında sabitliyin möhkəmlənməsi uçot dərəcəsinin endirilməsi məqsəduyğun hesab edilib. FES-in rəhbəri Cerom Pavel Cekson-isə bildirib ki, ABŞ-da inflyasiyanın mümkün artım riskləri ilə bağlı narahatlıq hələ də əlverişsiz olaraq qalır və uçot stavkasının aşağı salınması maliyyə bazarlarında əlavə təhdidlər yarada bilər. Ancaq bununla belə, FES rəhbəri əmək bazarı göstəricilərinin müəyyən qədər yaxşılaşdığını və bu amilin faiz endirimini mümkünləşdirdiyini vurğulayıb.
Federal Ehtiyat Sistemi risklərin qaldığını bildirir
Federal Ehtiyat Sisteminin 17 sentyabr qərarı ABŞ-da ötənilki aşağı faiz qərarından sonra növbəti yumşaq dəhliz siyasəti deməkdir. Belə ki, FES ötən 5 ildə ABŞ-ın pul siyasətində bir neçə dəfə dəyişikliklər edərək baza uçot dərəcəsini azaldıb. Uçot dərəcəsi 0,5 faiz azaldılaraq 5,5 faiz dərəcəsindən 4,5 faizə qədər endirilib. FES-in bu addımı atmaqda əsas məqsədi aşağı inflyasiya mühitində iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyaları təmin etməkdən ibarət olub. 2024-cü ildə isə təmkinli pul siyasəti yürüdülərək faiz dəhlizi sabit saxlanılıb. Bunun başlıca səbəbi ötən il iqtisadiyyatda inkişaf templərinin azalması, biznesin fəallığının aşağı düşməsi, bank və sığorta, investisiya şirkətlərinin real iqtisadiyyata maliyyə ayırmalarının azalması olub.
2025-ci ilin ilk 6 ayında da iqtisadi artım göstəriciləri nisbətən qənaətbəxş olduğundan FES faiz dəhlizini yumşaltmağa qərar verib. Ancaq bununla belə, qurumun rəhbərliyi ziddiyətli açıqlamalar verərək ölkə iqtisadiyyatı ilə bağlı risklərin aradan qalxmadığını bildirir.
Tramp administrasiyası qərardan məmnundur
Tramp administrasiyası 2025-ci ilin ilk yarısında ABŞ-da iqtisadi artımın normal olduğunu, investisiya və fond bazarlarının hərarətləndiyini, eyni zamanda, inflyasiyanın xeyli azaldığını bəyan edərək FES-in uçot dərəcələrini aşağı salmasını məntiqli addım kimi dəyərləndirir. Administrasiyanın iqtisadi komandası bu qənaətdədir ki, ABŞ Mərkəzi Bankı aşağı faiz dərəcəsi stavkasını dəstəkləməklə ölkənin maliyyə-bank sektorunda daha sərfəli və ucuz kredit mühitini təmin edə, maliyyə qurumlarını əlverişli faiz dəhlizi çərçivəsində iqtisadiyyata böyükhəcmli pul buraxmasını stimullaşdıra bilər. Son aylarda ABŞ-da inflyasiyanın davamlı azalması, yeni iş yerlərinin artım dinamikasının yüksəlməsi kimi amillər uçot dərəcəsinin azaldılması üçün əsas hesab olunur. Eləcə də maliyyə sektoru və investorlar bazara çoxlu pul və qiymətli kağızlar emissiya etməklə iqtisadi canlanmanı, alıcılıq və istehlak dövriyyəsini artıra bilər ki, bu da yığımların böyüməsinə imkan verə bilər.
FES-in qərarı qlobal bazarlara necə təsir göstərəcək?
FES-in aşağı dərəcəli faiz stavkası qlobal bazar iştirakçıları və iri səhmdarlar üçün da xüsusi əhmiyyət kəsb edir. Ümumiyyətlə, ABŞ-ın uçot siyasəti qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələlxüsus da birjalarda virtual volatilliklərin baş verməsinə səbəb olur. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri artımlar nümayiş etdirir.
Dünya birjaları bu addımın yeni hərəkətverici impuls yaradacağını ehtimal edirlər. Xüsusilə də, maliyyə və investisiya alətlərinin, əsas əmtəə və qiymətli metalların qiymətlərində dəyişikliklərin baş verməsi gözlənilir. Dolların və aparıcı investisiya alətlərinin, səhmlərin ucuzlaşması fərz edilsə də, qızılın və blokçeynlərin, kriptovalyutaların bahalaşması istisna olunmur.
Trampın yeni maliyyə siyasəti də məhz aşağı uçot dəhlizi çərçivəsində ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Son aylarda qiyməti durmadan artan qızlın unsiyası 3600 dolları ötüb. Nyu-York Əmtəə Birjasında (COMEX) qızılın bir troya unsiyası üçün qiymət indeksi 3600 dollar səviyyəsində ehtimal edilib. ABŞ analitiklərinin fikrincə, 2025-ci ilin sonuna doğru digər fyüçerslərin qiymətinin artması davam edəcək.
Qızılla bərabər, kriptovalyutaların da dəyəri artmaqdadır. Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri ticarət birjalarında 124 min dollara yüksəlib. “ING” qlobal tədqiqat institunun bazar analitiki Toni Saykamorun sözlərinə görə, “Bitcoin”in bahalaşması ABŞ Mərkəzi Bankının faiz endirimindən sonra yeni ümidverici dəyərlər vəd edir. Birja analitikləri hesab edirlər ki, bu cür meyillər davam etsə “Bitcoin”in dəyəri 150 min dollara qədər yüksələ bilər. “Fundstrat” tədqiqat şirkətinin rəhbəri Tom Leen isə ehtimal edir ki, 2025-ci ilin sonuna qədər “Bitcoin”in qiyməti 250 min dollara qədər yüksələcək.
Beləliklə, FES-in uçot dərəcəsini aşağı salması ABŞ-la yanaşı, qlobal investorlar arasında investisiya alətlərinin qızıl və kriptovalyuta yığımlarına transformasiyasına yeni stimumlar verəcək. Qlobal səhmdarlar, iri şirkətlər, suveren fondlar faiz dəhlizinin təsirləri fonunda daha sərfəli investisiya alətlərinə üstünlük verəcək. Bu isə dünya iqtisadiyyatında qlobal iqtisadi mühitdə müəyyənsizliyi artıracaq, səhmdarların digər sahələrdə sərmayələrini azaldacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

