Budapeşt görüşü baş tutmadı: səbəblər və faktlar
04.11.2025 [09:57]
Bir telefon zəngi ilə dəyişən danışıqlar prosesi...
Ukrayna müharibəsinin aradan qaldırılması istiqamətində mühüm addımlardan sayılacaq Budapeşt görüşü baş tutmadı - Vladimir Putin və Donald Tramp arasında Macarıstanda keçirilməsi planlaşdırılan sammit qeyri-müəyyən müddətə təxirə salındı. “The Financial Times” qəzetinin məlumatına görə, bu qərara Rusiyanın Ukrayna böhranı ilə bağlı prinsipial mövqeyi səbəb olub. Məqalədə qeyd olunur ki, “ABŞ Rusiyanın Ukraynadakı münaqişənin həllinə prinsipial yanaşmasına görə Budapeştdə planlaşdırılan görüşü təxirə salmaq qərarına gəlib. Bu qərar iki ölkənin yüksək vəzifəli diplomatları - xarici işlər naziri Sergey Lavrov və dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığından sonra verilib”.
Rusiyanın tələbləri dəyişmir...
Xarici KİV-lərin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Amerika tərəfinə Ukraynadakı münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayan bir memorandum göndərib. Xatırladaq ki, hələ 21 oktyabrda “Reuters” agentliyi ABŞ hökumət rəsmilərinə istinadən bildirmişdi ki, Rusiya ABŞ-a Ukraynada sülhə nail olmaq üçün dəyişməz şərtləri özündə əks etdirən qeyri-rəsmi diplomatik memorandum (kağız olmayan sənəd) təqdim edib. Agentliyin mənbəsinin verdiyi məlumata görə, sənəddə Rusiya tərəfi tələblərini təkrarlayıb - Donbasın bütün ərazisi üzərində Rusiyanın nəzarətinin formalaşdırılması, Ukraynanın NATO-ya planlaşdırılmamış qoşulmasının qarşısının alınmasına zəmanətin verilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması kimi prinsiplər bu sənəddə öz əksini tapıb.
Nəşrin xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə iki ölkə arasında qapalı diplomatik notaların mübadiləsini təsdiqləməyib.
Kreml ehtiyac görmür...
Kremlin yayılan xəbərlərə münasibətinə aydınlıq gətirilib. Belə ki, Moskvanın Putin-Tramp görüşünə ehtiyac görmədiyi bəyan edilib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Tramp arasında görüşü tez bir zamanda hazırlamaq mümkündür, lakin Ukraynadakı münaqişənin həllinin detalları üzərində işləməkdən fərqli olaraq buna ehtiyac yoxdur.
Bəlli olduğu kimi, otktyabrın 16-da telefon danışığı zamanı Putin və Tramp Budapeştdə sammit keçirmək barədə razılığa gəlmsişdilər - lakin bir həftə sonra Amerika prezidenti görüşün ləğv olunduğunu elan etdi. “Getməli olduğumuz yerə çata bilməyəcəyimizi hiss etdim. Buna görə də onu ləğv etdim. Amma biz bunu gələcəkdə edəcəyik”, - deyə o bildirib. Putin isə görüşün ləğv edilmək əvəzinə təxirə salındığını bildirmişdi.
“Tomahavk” raketləri verilməyəcək...
Xarici mətbuat müxtəlif mənbələrə istnadən bildirir ki, Tramp Rusiya tərəfinin mövqeyindən narahat deyil, əksinə Putinlə birbaşa görüşmək istəyini qoruyub saxlayıb. Onun Ukraynaya müharibəni daha da qızışdıracaq silahların verilməsinə “yox” deməsi də bununla əlaqələndirilir. Belə ki, Donald Tramp Ukraynaya “Tomahavk” raketləri vermək planlarının olmadığını bildirib. “Air Force One” təyyarəsində müxbirlərlə söhbət zamanı Tramp hazırda Kiyevə uzaqmənzilli raketlər verməyi düşünmədiyini vurğulayıb. Lakin o, gələcəkdə mövqeyini yenidən nəzərdən keçirmə ehtimalını da istisna etməyib. Qeyd edək ki, CNN əvvəllər Pentaqonun Ukraynaya “Tomahavk” raketlərinin verilməsinə etiraz etmədiyini və bunun Amerika ehtiyatlarına təsir etməyəcəyinə inandığını bildirmişdi. Lakin son qərar Trampın ixtiyarında idi. Ukraynadakı münaqişənin sona çatma perspektivləri ilə bağlı suala cavab olaraq Tramp qeyd edib: “Bəzən onların döyüşməsinə icazə vermək lazımdır. Bu, Putin üçün çətin bir müharibədir. O, çoxlu əsgər itirib. Bəlkə də bir milyon. Bu, Ukrayna üçün çətindir. Bu, hər kəs üçün çətindir.”
Rusiya nə istəyir, Ukrayna nə edir?
Siyasi ekspertlər münaqişənin hazırki dövrünü və baş verən siyasi gedişləri belə xarakteriz edir:
- Rusiyanın Donald Trampın təcili atəşkəs çağırışını ləngitməsinə səbəb Putinin Ukraynada qələbəsinə inamının hələ də ölməməsindən irəli gəlir;
- Həm Rusiya, həm də Ukrayna daha çox biri-birinin resusrlarını “tükəndirmək” uğrunda döyüşür;
- Bu baxımdan, müharibənin hələ davam etməsi ehtimalı mövcuddur.
Verilən rəylərdə maraqlı bir detal da diqqət çəkir - heç bir tərəf cəbhə xəttində yaxın zamanda əhəmiyyətli bir irəliləyiş əldə edə bilməyib. Bu faktın özü sülhün labüdlüyünü göstərən amil kimi çıxış edir. Qərb siyasətçiləri bildirirlər ki, Kiyev qarşıdakı dövrdə Rusiyanın müharibə maşınının “can damarı” sayılan neft emalı zavodlarına qarşı uzaqmənzilli zərbələrə güvənir. Rusiyanın isə həm taktikası , həm stratiegiyası, həm də hədəfləri dəyişməyib: ölkənin böyük bir hissəsini işğal etmək və Kiyevdə özünəyaxın siyasi sistem qurmaq. Siyasi texnoloqlar bildirirlər ki, sanksiyalara və müharibə xərclərinə baxmayaraq Rusiya iqtisadiyyatının dözməsi müvəqqətidir. Neftlə bağlı sanksiyaların miqyası böyüdükdən sonra, Kreml vergilər və ya məqsədyönlü xərc kəsintiləri kimi ənənəvi vasitələrlə büdcə boşluqlarını doldura bilməyəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

