Qahirə konfransı niyə təxirə salındı?
27.11.2025 [09:33]
Bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul etməsi regionda sülhə doğru addımların atılacağı ilə bağlı ümid yaradıb. Xatırladaq ki, uzun müddətdir davam edən HƏMAS-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması üçün ABŞ Prezidenti Donald Tramp 20 bənddən ibarət sülh layihəsi hazırlayıb. Bu il oktyabrın 13-də isə Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində atəşkəs sazişi imzalanmışdı. Sazişin imzalanması prosesində İsrail və HƏMAS-ın nümayəndələri iştirak etməmişdilər - sənədi 4 vasitəçi ölkə imzalamışdı: ABŞ, Qətər, Misir və Türkiyə. Dünyanın 20-dən artıq liderinin iştirakı ilə keçirilən mərasimdə imzalanan sənədin Qəzza zolağı ətrafındakı vəziyyətə müəyyən aydınlıq gətirəcəyinə ümid bəslənilirdi. Amma son günlərdə müşahidə olunan proseslər vəziyyətin yenidən dəyişmə təhlükəsi yaşadığını göstərməkdədir. Sülh prosesi ilə bağlı Qahirədə keçirilməsi planlaşdırılan konfransın təxirə salınması da deyilənləri təsliqləyir.
Atəşkəs imzalanmışdı, amma sülh...
Hələ oktyabrda planlaşdırılmışdı ki, noyabrın sonunda Misirdə Qəzzanın yenidən qurulması ilə bağlı konfrans keçirilsin. Bunu Misir Pezidenti Əbdülfəttah əs-Sisi Şarm əl-Şeyxdə keçirilən sülh sammiti çərçivəsində Avropa və Yaxın Şərq ölkələrinin liderləri ilə baş tutan görüşdə açıqlamışdı. “Qəzzanın yenidən qurulması ilə bağlı beynəlxalq konfrans vacibdir: ümid edirik ki, noyabr ayında Qahirədə keçiriləcək. Bu, hazırkı sammitdə əldə etdiyimiz bütün razılaşmalara təkan verməyə kömək edəcək”, - deyə əs-Sisi ofisinin məlumatında vurğulanırdı. Konfransın dəqiq tarixi açıqlanmasa da, Qahirə Qəzzada döyüşlər bitən kimi infrastrukturun yenidən qurulması ilə bağlı görüş keçirməyə hazır olduğunu bəyan etmişdi. Bundan öncə, oktyabrın 10-da İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi hökumətin “bütün girovların azad edilməsi ilə bağlı razılaşma”nı təsdiqlədiyini açıqlamışdı, oktyabrın 13-də isə HƏMAS və müttəfiqləri 20 sağ qalan israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibb işçilərinə təhvil vermişdilər. Beləliklə, danışıqlar prosesi uğurlu şəkildə inkişaf edirdi.
Konfrans nə vaxt olacaq?
Bununla belə konfrans təxirə düşüb - ərəb nəşri olan “Əşarq əl-Əvsət”in məlumatına görə, tədbir Fələstin bölgəsindəki mövcud vəziyyətə görə təxirə salınıb. Misirli mənbə bildirib ki, konfrans daha sonra keçiriləcək. Mənbənin məlumatına görə, bir çox ölkə Qəzzada baş verən qeyri-stabil hadisələrin təkrarlanmayacağına dair zəmanət gözləyir. Lakin bölgədəki vəziyyətdə hələ müəyyən gərginliklər müşahidə olunmaqdadır - bu mənada, gərginliyin artması və tez-tez baş verən qanun pozuntuları səbəbindən hələlik belə bir vəd verilməyib. Onlar həmçinin qeyd ediblər ki, İsrail qüvvələri tərəfindən nəzarət edilən ərazilərlə bağlı hazırda paralel səylər davam edir.
Qeyd edək ki, bu ilin martında Qahirədə keçirilən Ərəb Liqasının təcili zirvə toplantısında çoxmərhələli işlərin planlaşdırıldığı Qəzza zolağının yenidən qurulması planı qəbul edilmişdi - orada fələstinlilərin köçürülməsi istisna olunurdu. Yenidənqurmanın təxmini dəyəri 53 milyard dollar hesablanıb.
Xarici mətbuatın diqqətində...
Bəzi xarici mətbuat da bu məsələyə diqqət çəkib - bildirilir ki, noyabrın sonuna planlaşdırılan Qahirə Qəzza Bərpa Konfransı bölgədəki münaqişənin davam edən eskalasiyası və danışıqlar üçün şəraitin əlverişsiz olması səbəbindən təxirə salınıb. Ev sahibi olaraq Misir konfransın məqsədlərinə çatmaq üçün mümkün olan ən yaxşı şəraiti təmin etmək istəyir və həmçinin Qəzzada dağıntıların sona çatacağına dair zəmanət gözləyir. Təxirə salınmanın əsas səbəbləri kimi Qəzzada mövcud vəziyyətin konfransın planlaşdırıldığı kimi keçirilməsini qeyri-mümkün etməsi göstərilir. Qərb mətbuatı yazır ki, Qahirə ən yaxşı nəticəni təmin etmək istəyində israrlıdır - Misir fələstinlilər üçün müsbət və real nəticə əldə etməyə sadiqdir və bunun üçün doğru vaxtı seçir.
Aİ-dən çağırış: yardıma hazırıq...
Bu arada Avropa İttifaqı da BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməklə Qəzza zolağının yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bəyan edib. Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının mətbuat katibi Ənvər əl-Ənuni deyib ki, Avropa Komissiyası Qəzzada humanitar yardım və yenidənqurma səylərini dəstəkləmək üçün sərəncamında olan bütün vasitələri səfərbər edəcək. “Qəzza yenidən qurulmalıdır. Fələstinlilər yenidən təhlükəsiz və qanuna əsaslanan mühitdə, dirçələn iqtisadiyyatla yaşamalıdırlar. BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə əsasən, Sülh Şurası bir çərçivə yaradacaq və Qəzzanın inkişafı üçün ayrılan vəsaitlərin ardıcıl şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq əlaqələndirilməsini təmin edəcək”, - deyə əl-Ənuni bildirib. O, həmçinin xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, iki demokratik dövlət - İsrail və Fələstin - sülh və təhlükəsizlik şəraitində birgə yaşamalıdırlar.
Əl-Ənuni bildirib ki, Aİ bütün şərtlər yerinə yetirildikdən sonra Qəzzanın yenidən qurulması ilə bağlı konfransın təşkilində Misirlə əməkdaşlıq etməyə də hazırdır. O, Avropa Şurasının iclasında dövlət və hökumət başçılarının məsələ ilə bağlı mövqeyini xatırladıb: “Bu mövqe İsraili Fələstin dövlətinin normal fəaliyyət göstərməsinə, eləcə də bank xidmətlərinin və əhaliyə əsas xidmətlərin göstərilməsinə imkan verəcək vəsait ayırmağa çağırışı özündə ehtiva edir”.
Kəşfiyyat rəhbərləri Misirə toplandı...
İsrail və HƏMAS hərəkatı arasında vasitəçilik edən Misir və Qətər Qahirədə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsini müzakirə ediblər. Məlumatı Misirin “Əl-Qahira əl-İxbariya” telekanalı yayıb. Kanalın məlumatına görə, danışıqlarda Misirin kəşfiyyat direktoru Həsən Rəşid iştirak edib: “Görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin uğurla həyata keçirilməsi üçün ABŞ ilə birgə səylərin gücləndirilməsinin zəruriliyi barədə razılığa gəlinib”.
Bundan əlavə, Fələstin anklavında atəşkəsin təminatçıları olan Misir və Qətər tərəfləri ABŞ-ın yaratdığı “hərbi-mülki koordinasiya mərkəzi ilə Qəzza zolağında atəşkəsin gücləndirilməsini təmin etmək üçün maneələri aradan qaldırmaq və pozuntuların qarşısını almaq üçün əməkdaşlığı gücləndirmək” barədə razılığa gəliblər.
Türkiyənin NTV kanalının mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da Qahirədəki müzakirələrdə iştirak edib. Onun misirli həmkarı Həsən Rəşid və Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə etdiyi bildirilir.
SADİQ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40

