Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

ABŞ Senatına Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsi təqdim edilib

10.06.2026 [19:51]

Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan “Ukraynaya Dəstək Qanunu” ABŞ Senatına təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Konqresinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında səsverməyə çıxarılıb və 226 konqresmen tərəfindən dəstəklənib, 195 nəfər isə əleyhinə səs verib.

Sənəd Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur. Təkliflər arasında Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-yə idxal edilən mallara 500 faizlik tarif tətbiqi də yer alır.

Qanun layihəsi ilk dəfə 2025-ci ilin aprelində senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən irəli sürülüb.

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31