Tehrana qarşı yeni sanksiya
10.06.2026 [09:53]
Avropa İttifaqı iki şəxsi və bir qurumu sərhədlərindən içəri buraxmayacaq
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə dəniz nəqliyyatının təhdid altında qalması ilə əlaqədar İrana qarşı yeni sanksiya tətbiq edib. Təşkilatın veb saytında dərc olunmuş açıqlamaya görə, sanksiya Avropa İttifaqı Şurası tərəfindən İrandan olan iki şəxsə və bir quruma şamil olunub. Sanksiyalar İranın Hörmüz boğazında və Yaxın Şərqin digər ərazilərində gəmilərin sərbəst keçidinə mane olan hərəkətlərindən irəli gəlir. Şura bu hərəkətlərin beynəlxalq hüquqa zidd olduğunu və gəmilərin beynəlxalq boğazlardan tranzit və günahsız keçid hüququnu pozduğunu bildirib. Sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin bir hissəsi olan Hörmüzqan Vilayət Komandanlığını hədəf alır. Avropa İttifaqına görə, İİKK Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına nəzarəti ələ keçirib və ödəniş sistemi tətbiq edib. Gəmilərdən sənədlər, yük və marşrut məlumatları təqdim etmələri tələb olunur.
Sanksiya siyahısına İİKK Hərbi Dəniz Qüvvələrinin siyasi işlər üzrə müavini Məhəmməd Əkbərzadə də daxildir. Aİ-nin məlumatına görə, o, boğazdakı gəmilərə qarşı raket və dronlardan istifadə etməklə hədələyir. Adı çəkilən ikinci şəxs İran Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin nümayəndəsi Həmid Hüseynidir. İddialara görə, o, gəmilərin təhlükəsiz keçid üçün İran hakimiyyətinə pul ödəməli olduğu bir sxemi təbliğ edir.
Aİ hazırda bu rejim çərçivəsində 26 fiziki və hüquqi şəxsə, eləcə də müxtəlif ölkələrdən olan 27 təşkilata sanksiya tətbiq edir. Onların Avropa İttifaqı sərhədlərinə daxil olması qadağandır, aktivləri dondurulur və onlara vəsait və ya resursların verilməsi qadağan edilib. Bu qərar BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq və Aİ-nin 22 may 2026-cı ildə təsdiqlədiyi genişləndirilmiş sanksiyaların bir hissəsi olaraq qəbul edilib.
Xatırladaq ki, Avropa İttifaqı müdafiə nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində Avropa İttifqanın diplomatiya rəhbəri Kaya Kallas bildirmişdi ki, Aİ ilk dəfə İrana naviqasiya azadlığını pozduğuna görə sanksiyalar tətbiq edəcək. “Düşünürəm ki, regionun eskalasiyaya ehtiyacı yoxdur; tərəflərin danışıqlar masasına oturub razılığa gəlməsi lazımdır. Əlbəttə ki, biz Aspides Əməliyyatını (Avropa İttifaqının Qırmızı dəniz, Ədən körfəzi və ətraf ərazilərdə beynəlxalq ticarət gəmilərini Yəməndəki husi qüvvələrinin hücumlarından qorumaq üçün həyata keçirdiyi müdafiə xarakterli hərbi-dəniz missiyası) və onun çərçivəsində başqa nə edə biləcəyimizi müzakirə edəcəyik”, -deyə o bildirmişdi.
Aİ-nin siyahısı genişlənir
Qeyd edək ki, artıq illərdir Avropa İttifaqının (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyalar bir neçə sahəni əhatə edir. Burada insan hüquqları pozuntuları ilə bağlı sanksiyalar var ki, bu, 2011-ci ildən etibarən həyata keçirilir. Sanksiya formasına aktivlərin dondurulması, Aİ ölkələrinə giriş qadağası və repressiya üçün istifadə oluna biləcək avadanlıqların İrana ixracına məhdudiyyətlər daxildir. 2025-ci ildə Aİ daha 7 nəfər və 2 qurumu bu səbəblə sanksiya siyahısına əlavə edib. Bundan başqa, nüvə proqramı ilə bağlı sanksiyalar da siyahıya daxildir. Aİ uzun müddətdir İranın nüvə proqramı ilə əlaqədar məhdudiyyətlər tətbiq edib. 2025-ci ilin sentyabrında BMT sanksiyalarının yenidən qüvvəyə minməsindən sonra Aİ də nüvə fəaliyyətləri ilə bağlı bir sıra sanksiyaları bərpa edib. Bunlara da aktivlərin dondurulması, səyahət qadağaları və maliyyə məhdudiyyətləri daxildir. Digər bir sanksiya isə hərbi və təhlükəsizlik məsələlərinə aiddir. Aİ İranın bəzi hərbi qurumlarına, xüsusilə SEPAH ilə əlaqəli şəxslərə qarşı məhdudiyyətlər tətbiq edib. Daha bir sanksiya istiqaməti isə kiberhücumlar və transmilli fəaliyyətlərlə bağlıdır. Aİ İranla əlaqəli bəzi şəxsləri və qurumları Avropadakı kiberhücumlar və xaricdəki dissidentlərə qarşı fəaliyyətlərə görə sanksiya siyahısına daxil edib. Vurğulandığı kimi, sanksiyaların əsas formaları aktivlərin dondurulması, vizaların verilməsi və Aİ-yə girişin qadağan edilməsi, maliyyə əməliyyatlarına məhdudiyyətlər ilə müşaiyət olunur.
ABŞ-ın sanksiyaları...
Yeri gəlmişkən, Aİ ilə yanaşı ABŞ da İrana qarşı sanksiyalarını gücləndirir. Ötən ay ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirərək 16 qurumu, səkkiz neft tankerini və bir Hindistan vətəndaşını qara siyahıya salıb. Vaşinqtonun məlumatına görə, bunların hamısı Tehranın neft təchizatı ilə bağlıdır. ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) izah edib ki, yeni tədbirlər qanunsuz ticarətlə mübarizə aparmaq məqsədi daşıyır və bu ticarətdən əldə edilən gəlir İranın hərbi sektorunun maliyyələşdirilməsinə sərf olunur. Məhdudiyyətlər BƏƏ, Qətər, Hindistan, Çin, Honkonq və Marşal Adalarında qeydiyyatdan keçmiş şirkətlərə təsir göstərir. Bundan əlavə, strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçiliyi izləmək və nəzarət etmək üçün Tehran tərəfindən yaradılan Fars Körfəzi İşləri İdarəsinə (PGSA) sanksiya tətbiq edilib. Sanksiyalar siyahısına Panama, Kamerun, Palau, San Marino, Komor adaları və Marşal Adaları bayraqları altında üzən səkkiz tanker də əlavə edilib.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiya siyasəti rəsmii Vaşinqton və ya Birləşmiş Millətlər Təşkilatı vasitəsilə beynəlxalq ictimaiyyətin də iştirakı ilə tətbiq edilən iqtisadi, ticarət, elmi, insan hüquqları və hərbi sanksiyaları əhatə edir. Bu sanksiyalar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilir.
Tramp 2 həftə deyir...
Bu arada ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın iki həftə ərzində əldə ediləcəyini söyləyib. Xarici mətbuatın məlumatına görə, Tramp bildirib ki, “düşünürəm ki, bu döyüşdə qalib gəlirik, amma tam qələbə elan etdiyimiz zaman növbəti iki həftə ərzində həqiqətən qalib gələcəyik. Bu, tam qələbə olacaq və çox tezliklə gələcək, neft qiymətləri də aşağı düşəcək”.
O, həmçinin qeyd edib ki, hazırda iki tərəf danışıqlar aparır və Tehran nüvə silahlarından imtina etməyə və ABŞ-a hər şeyi verməyə” hazırdır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

