Diqqət ANKARAYA!!
07.07.2026 [10:40]
NATO-nun Zirvə görüşü start götürür
Bu gün Türkiyədə NATO Zirvəsi öz işinə başlayır. Dünya mətbuatı 22 ildən sonra Türkiyə ərazisində baş tutacaq Ankara Zirvəsini son 10 ilin ən mühüm görüşü adlandırır. Türkiyənin NATO-dakı mövqeyinin son illərdə mühüm bir yol qət etdiyi, ölkənin inkişaf edən müdafiə sənayesinin dünyada öncül sıralara çıxdığı bildirilir. Qeyd olunur ki, Vaşinqtonla Avropa paytaxtları arasında gərginliyin artdığı bir vaxtda Ankaranın silah istehsalı potensialı və regional vasitəçilik rolu ittifaq daxilində həlledici amillər kimi ön plana çıxır. Qeyd edək ki, NATO-ya üzv 32 ölkənin liderləri Ankarada qlobal dünyada təhlükəsizliyin təmini ilə bağlı mühüm görüşlər keçirəcək. Qlobal media həmçinin Ankarada keçirilən NATO zirvə görüşündə ittifaq daxilindəki balansların yenidən formalaşmasında məhz Türkiyənin mərkəzi rol oynadığını şərh edir. Xəbərlərdə Türkiyənin yalnız ev sahibi ölkə kimi deyil, həm də ittifaq daxilindəki bölünmələri aradan qaldıra bilən əsas aktyor kimi qəbul edildiyi bildirilir.
Türkiyə hərbi imkanlarını nümayiş etdirəcək...
“Washington Post” qəzeti Türkiyənin silah istehsalındakı irəliləyişinin, Prezident Donald Trampla Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı dos?luğun digər NATO ölkələrinin Ankaraya yanaşmasını kökündən dəyişdirdiyini, dünyadakı mövcud müharibə və böhran şəraitinin Türkiyənin xeyrinə fürsət pəncərəsi yaratdığını vurğulayır. Trampın ötən həftə Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə “Əgər bu tədbir Prezident Ərdoğan tərəfindən Türkiyədə təşkil olunmasaydı, düşünmürəm ki, mən gedərdim” ifadəsini işlətməsi də Trampla avropalı həmkarları arasında gərgin münasibətlərin son göstəricisi kimi şərh olunur. Qəzet ABŞ-ın qitədəki hərbi mövcudluğunu azaltması qərarı qarşısında Avropanın üzünü Türkiyəyə çevirdiyini yazır. Bildirilir ki, NATO-da ikinci ən böyük hərbi gücə malik olan Türkiyə silah istehsalı ilə bağlı müzakirələrin üstünlük təşkil edəcəyi zirvədə hərbi imkanlarını nümayiş etdirəcək. Trampın F-35 qırıcı təyyarələri ilə bağlı yeni bir irəliləyiş siqnalı verdiyi və Türkiyənin daxili silah istehsalının Ankaranın əlini gücləndirdiyi qeyd olunur. Qəzet həmçinin Avropa liderlərinin Trampla münasibət qurmaq üçün mühüm bir strategiya izləyəcəklərini yazır - fikir ayrılıqlarının vurğulanan uzun birgə bəyanatlardan çəkinmək.
Türkiyə alyansın gələcəyi üçün mərkəzi mövqe tutacaq...
Fransız RFI də bildirir ki, Ankarada keçiriləcək NATO Zirvəsi Türkiyənin ittifaq daxilində artan təsirini nümayiş etdirməsi üçün əhəmiyyətli bir fürsətdir. Qeyd olunur ki, Prezident Ərdoğan bu zirvədən mühüm silah müqavilələri imzalamaq və Türkiyənin müdafiə sənayesinin sürətli inkişafını daha da irəliyə aparmaq üçün istifadə etməyi hədəfləyir. Ukraynadan Yaxın Şərqə qədər uzanan və münaqişələrin hökm sürdüyü ərazilərlə həmsərhəd olan Türkiyənin Alyansın gələcəyi üçün mərkəzi mövqe tutduğu vurğulanır.
Yapon nəşri “Nikkei Asia” yazır ki, builki NATO Zirvəsinin Ankarada keçirilməsi Türkiyənin dəyişən geosiyasi mühit fonunda qlobal silah təchizatçısı və regional münaqişələrdə vasitəçi kimi artan əhəmiyyətini göstərir. Məqalədə bildirilir ki, Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri və Ukrayna-Rusiya müharibəsindəki balanslaşdırıcı rolu Ankaranın beynəlxalq çəkisini artırıb. “Nikkei Asia” bildirib ki, Türkiyə NATO zirvəsinə ev sahibliyi etməklə silah istehsalçısı kimi əməkdaşlıq etdiyi ölkələrin sayını artıraraq ABŞ, Avropa və Asiya arasındakı əlaqələri konsolidasiya edəcək. Xəbərdə Ankaranın həm Qərb ittifaqı daxilində mövqeyini möhkəmləndirmək, həm də Asiya-Sakit Okean bölgəsi ölkələri ilə müdafiə əməkdaşlığını inkişaf etdirmək strategiyası vurğulanır.
Dünya mediası: sammit gərgin atmosferdə keçə bilər
“Masa brifinqləri” xəbər platforması NATO-nun Türkiyəyə strateji tərəfdaş kimi etibar etməsinin səbəblərini araşdırıb. Xəbərdə Türkiyənin Ankarada keçirilən NATO zirvəsindən təhlükəsizlik siyasəti sahəsindəki rolunu gücləndirmək üçün istifadə etdiyi və ittifaq tərəfdaşlarının Türkiyə hökumətinə praqmatik yanaşma nümayiş etdirdiyi vurğulanır. Eyni zamanda, Avropa ölkələrinin Türkiyədən yeni silahlar almaq istədikləri bildirilir.
“Əl-Cəzirə” isə bildirir ki, NATO ölkələri Trampı silah alışının və hərbi xərclərin artırılması vədləri ilə məmnun etməyə ümid edirlər. Bildirilir ki, sammit gərgin atmosferdə keçə bilər.
“The Financial Times” qəzeti yazır ki, iki günlük görüşün əsas mövzuları üzvlərin müdafiə büdcələrini necə artıracaqları və silah istehsalı imkanlarını necə təkmilləşdirəcəkləri olacaq. Qəzet bildirir ki, üzvlər 2025-ci ildə ÜDM-in 5 faizini müdafiəyə ayırmağa razılaşıblar, lakin bir çoxları hələ də bu öhdəlikləri yerinə yetirməyiblər.
Londonda yerləşən “Al Majalla” qəzeti NATO-nun Ankarada keçiriləcək sammitində Ukraynaya dəstəyin bir daha təsdiqlənməsinin gözlənildiyini və Trampın məqsədinin ABŞ-ın Avropa təhlükəsizliyinə olan yükünü azaltmaq olduğunu yazır. Xəbərdə iyulun 7-də yüksək səviyyəli rəsmilər və müdafiə sənayesi liderlərinin bir araya gələcəyi Müdafiə Sənayesi Forumunun keçiriləcəyi bildirilir.
“Wall Street Journal” (WSJ) Prezident Trampın sosial mediada NATO-nu “fırıldaqçılıq” olaraq xarakterizə etdiyini xatırladaraq, görüşdə ən mühüm problemin ABŞ administrasiyasının qoşunları Avropadan çıxarma planları ilə bağlı olduğunu bildirir.
Tədbirlərin proqramları...
Vurğulandığı kimi, Ankara Sammiti həm alyansın gələcəyi, həm də qlobal təhlükəsizlik arxitekturasının formalaşması üçün kritik dönüş nöqtəsi kimi qəbul edilir. “NATO 3.0” adlandırılan yeni strateji konsepsiya çərçivəsində təşkil edilən Ankara Zirvə Toplantısı bir çox lider və təhlükəsizlik mütəxəssisləri tərəfindən NATO tarixinin ən gərgin zirvə toplantılarından biri hesab olunur. Qeyd edək ki, qonaqlar arasında NATO-ya üzv ölkələri ilə yanaşı AP4 (Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya) ölkələri də təmsil olunacaqlar. Sammitdə Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizlik gündəmlərinin də müzakirəsi gözlənilir. Türkiyə mətbuatı tədbirin proqramı ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Bildirilib ki, dünən NATO-nun baş katibi Mark Ruttenin Beştepedəki Beynəlxalq Media Mərkəzində keçirilən mətbuat konfransı ilə start götürən tədbirlər iyulun 7-də davam edəcək. Bu gün müttəfiq ölkələr və müdafiə sənayesi nümayəndələri NATO Müdafiə Sənayesi Forumu baş tutacaq. Daha sonra NATO Baş katibi Mark Rutte NATO Konqresində Türkiyənin vitse-prezident Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Gülər ilə birlikdə NATO Müdafiə Sənayesi Forumunun açılış mərasimində iştirak edəcəklər. Bundan başqa Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransı da planlaşdırılır. Günün ikinci yarısında isə NATO Xarici İşlər Nazirləri İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Beştəpədə Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşəcəklər. Eləcə də Milli Müdafiə Nazirliyinin Ay Yıldız Kampusunda Türkiyənin ev sahibliyi ilə müdafiə nazirləri üçün qəbul keçiriləcək. Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyanın müdafiə nazirləri qəbulda iştirak edəcəklər.
İyulun 8-də isə Prezident Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi müttəfiq ölkələrin dövlət və hökumət başçılarını rəsmi olaraq qarşılayacaqlar. Həmin gün Şimali Atlantika Şurasının Dövlət və Hökumət Başçılarının Görüşü başlayacaq. NATO Zirvəsi saat 15:00-da Mark Ruttenin sammitdən sonrakı mətbuat konfransı ilə başa çatacaq.
Bu günlər ərzində keçirilən görüşlərə və tədbirlərə 32 NATO üzv ölkəsinin dövlət və hökumət başçıları, eləcə də dəvət olunmuş ölkələrin liderləri, təxminən 100 nazir, çoxsaylı yüksək səviyyəli diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və minlərlə xarici qonaq qatılacaq. Görüşləri dünyanın hər yerindən təxminən 3000 jurnalist, televiziya heyəti, fotojurnalist və beynəlxalq yayım təşkilatları işıqlandıracaq.
56288 təhlükəsizlik işçisi...
Zirvə həftəsi ərzində Ankara boyunca təxminən 5000 açıq hava ünsiyyət nöqtəsində təşviqat tədbirləri keçiriləcək. Reklam lövhələri, rəqəmsal ekranlar və digər açıq hava mediası dörd fərqli konsepsiyada hazırlanmış vizual materiallardan istifadə edəcək. Kampaniyalara NATO Zirvəsi mesajları, Türkiyənin COP31 sədrliyi, müdafiə sənayesi məhsulları və GoTürkiye turizm təşviqat kampaniyası ilə bağlı məzmunlar daxil olacaq.
Zirvənin təhlükəsizliyi üçün Təhlükəsizlik Baş İdarəsindən 48841 və Jandarma Baş Komandanlığından 7447 nəfər olmaqla, ümumilikdə 56288 təhlükəsizlik işçisi səfərbər olacaq. Bundan əlavə, kibertəhlükəsizlik və bu kimi cinayətkarlıq cəhdlərinin qarşısının alınması səylərinin bir hissəsi olaraq, 639 şəxs virtual patrul fəaliyyəti ilə məşğul olacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45

