Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə qadağasına Konstitusiya Şurasından veto

Fransada 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkə qadağasına Konstitusiya Şurasından veto

14.09.2026 [21:23]

Fransanın Konstitusiya Şurası 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini qadağan etməyi nəzərdə tutan qanunu konstitusiyaya zidd hesab edərək ləğv edib. Qanunun sentyabr ayından qüvvəyə minməsi planlaşdırılırdı. Şura qərarında bu qadağanın ifadə və kommunikasiya azadlığına “mütənasibsiz müdaxilə” təşkil etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, iyulun 23-də “Əyilməz Fransa” (La France insoumise LFI) deputatlarının müraciəti əsasında məsələyə baxan Konstitusiya Şurası “TikTok” və “Instagram” kimi sosial şəbəkələrə girişin tam qadağan edilməsi sağlamlıq və təhlükəsizlik baxımından riskləri müəyyən edilməmiş onlayn xidmətlərə də şamil oluna bilər.

Şuranın fikrincə, qanunda yetkinlik yaşına çatmayan şəxsin yaşı, ailə vəziyyəti və yetkinlik səviyyəsi nəzərə alınmayıb. Bundan başqa, valideynlərin uşağın maraqları naminə qadağanı aradan qaldırması, onun əhatəsini məhdudlaşdırması və ya müəyyən xidmətlərə girişə icazə verməsi üçün də mexanizm nəzərdə tutulmayıb.

Konstitusiya Şurası, həmçinin qanunun şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə etdiyini vurğulayıb. Belə ki, 15 yaşdan aşağı şəxslərin müəyyən onlayn xidmətlərə girişinin qarşısını almaq üçün istifadəçilərin yaşının yoxlanılması tələb olunacaqdı. Şuranın qənaətinə görə, bu yoxlamanın hansı şərtlərlə və hansı məhdudiyyətlər çərçivəsində aparılacağı qanunda kifayət qədər dəqiq müəyyən edilməyib.

Parlament iyulun 21-də 279 səslə 81 səsə qarşı 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsini nəzərdə tutan qanunu qəbul etmişdi. Bu, Prezident Emmanuel Makronun ikinci prezidentlik müddətinin əsas təşəbbüslərindən biri kimi təqdim olunurdu və uşaqların sağlamlığının qorunması məqsədilə sentyabrdan qüvvəyə minməli idi.

Konstitusiya Şurasının qərarından sonra Makron Baş nazir Sebastyan Lökornüyə qanunun hüquqi baxımdan daha möhkəm variantının hazırlanması barədə tapşırıq verib. Yelisey sarayının məlumatına görə, yeni mətn Konstitusiya Şurasının qərarını və Avropa hüquq çərçivəsini nəzərə almalıdır. Prezidentin islahatın 2027-ci ilin yazına qədər həyata keçirilməsi istiqamətində mövqeyinin dəyişmədiyi bildirilib.

Hakim çoxluğu təmsil edən deputat Lor Miller Konstitusiya Şurasının qərarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, uşaqlar sosial şəbəkələrdə zorakılıq, seksual məzmun və qidalanma pozuntularını təşviq edən görüntülərlə qarşılaşa bilirlər.

Əksinə, LFI deputatı Antuan Leoman qərarı “məmnunluq”la qarşılayıb. Onun fikrincə, əsas diqqət sosial şəbəkə istifadəçilərinin profilaktik maarifləndirilməsinə və platformaların öz məsuliyyətinə yönəldilməlidir.

Leoman hesab edir ki, 15 yaşdan aşağı şəxslərə qadağa tətbiq etmək üçün bütün internet istifadəçilərinin yaşının yoxlanılması şəxsi məlumatların qorunması ilə bağlı ciddi suallar yaradır. O, həmçinin sosial şəbəkə platformalarının uşaqlar və böyüklər üçün zərərli hesab olunan alqoritmlərdən istifadəsinin qarşısının alınmasını təklif edir.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30