Rusiyaya qarşı sanksiyalar güclənir
30.07.2026 [08:57]
ABŞ Senatı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib
Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır. Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı Rusiyaya qarşı 20-dən artıq sanksiya paketi qəbul edib. Sanksiya tətbiq edən ölkələr arasında ABŞ-ı da liderlər sırasında hesab etmək mümkündür. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) materiallarına əsasən, nazirlik “Qazprombank”, “BKS Bank” və “DOM.RF” daxil olmaqla 50-dən çox Rusiya bankına qarşı sanksiyalar tətbiq edib. Siyahıya həmçinin “Bratsk Xalq Bankı”, “Enerqotransbank”, “Kremlevski”, “İturup”, “Sinara”, “BBR”, “Fora Bank” və digər banklar da daxil edilib. Bundan əlavə, Rusiyanın maliyyə sektoru ilə əlaqəli şəxslər də sanksiyalara məruz qalıb.
Aİ 21-ci sanksiya paketi ilə bağlı razılığa gəlib
İyulun 23-də isə Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəlib. Bu paket bank sektoruna məhdudiyyətləri sərtləşdirmək və neft-qaz sənayesinə təzyiqi artırmaq məqsədi daşıyır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial platformasında yazıb: “Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılaşmanı alqışlayıram. Ukraynanın hərbi impuls qazandığı bir vaxtda sanksiyalarımız Rusiyanın müharibə səylərinin iqtisadi təməllərini zəiflətməyə davam edir”. O əlavə edib ki, paket Aİ-nin əməliyyat qadağaları siyahısına Rusiyanın 32 bankını əlavə edir, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarət platformalarını hədəf alan tədbirləri nəzərdə tutur.
Aİ, həmçinin Moskvanın bazar şoklarından faydalanmasının qarşısını almaq üçün Rusiya neftinin qiymət həddinin tənzimlənməsini bir il müddətinə donduracaq. Ursula Fon der Lyayen qeyd edib ki, Aİ ilk dəfə olaraq Rusiyanın “kölgə donanmasına” kömək edən gəmiləri də hədəfə alacaq. Onun sözlərinə görə, Brüssel Rusiya döyüşçülərinin Aİ ərazisinə daxil olmasını rəsmi olaraq qadağan etmək istiqamətində mühüm addım atıb.
Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiya paketi çərçivəsində uzaqmənzilli dronların istehsalı ilə məşğul olan şəxsləri və şirkətləri sanksiya siyahısına daxil edib. Aİ Şurasının yaydığı məlumata əsasən, paket çərçivəsində Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı ümumilikdə 56 fərdi sanksiya tətbiq olunub. Sənəddə qeyd edilir ki, sanksiya siyahısına salınan 37 fiziki və hüquqi şəxs birbaşa uzaqmənzilli dronların istehsalı və onların təchizat zəncirində fəaliyyət göstərir. Bundan əlavə, yeni sanksiyalar paketi Rusiyanın hərbi potensialını gücləndirən və sanksiyalardan yayınmağa kömək edən qurumları da hədəf alır.
82 senator lehinə, 12 senator əleyhinə...
Bugünlərdə isə ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu qanun layihəsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyib. Prosedur səsverməsi zamanı 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib. Məlumata görə, səsvermənin nəticələri qanun layihəsinin Senatda qəbul olunması üçün kifayət qədər geniş dəstəyin olduğunu göstərir. “Bloomberg” agentliyi isə yazır ki, qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiya neftinin və təbii qazının ən böyük alıcılarına, eləcə də Rusiyaya enerji sanksiyalarından yan keçməyə kömək edən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etmək səlahiyyəti verir. Sənədin mətninə əsasən, Tramp ABŞ-yə idxal olunan Rusiya mallarına 500 faizədək, həmçinin Rusiya neft və qazının ən böyük beş alıcısına və sanksiyalardan yan keçməyə kömək edən ölkələrə qarşı əlavə 100 faizlik rüsumlar tətbiq edə biləcək.
Qanun layihəsi üzrə yekun səsvermənin dəqiq tarixi hələ açıqlanmayıb. Onun gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Bundan sonra Senat avqustun 10-dan sentyabr ayınadək yay tətilinə çıxacaq. Qanun layihəsinə Nümayəndələr Palatasında isə yalnız sentyabr ayında baxılması gözlənilir.
Böyük Britaniya da sanksiyaları sərtləşdirir
Bundan əlavə, Aİ Rusiya tərəfindən Kiyevə endirilən ölümcül zərbələr, eləcə də mülki infrastrukturu hədəf alan hücumlarla əlaqədar 1 fiziki və 5 hüquqi şəxsə sanksiyalar tətbiq edib. Aİ-nin məlumatında bildirilib ki, siyahıya daxil edilən 5 şirkət pilotsuz uçuş aparatları üçün elektron və radioelektron komponentlər hazırlayan və istehsal edən “ABS Electro Group”un tərkibində fəaliyyət göstərir. Onların “Shahed” və “Geran” tipli pilotsuz aparatların radioelektron mübarizə vasitələrinə qarşı davamlılığını artıran sistemlərin hazırlanmasına dəstək verdiyi qeyd olunur. Sanksiya siyahısına, həmçinin “ABS Electro Group”un Direktorlar Şurasının sədri və qrupun bir neçə şirkətinin direktoru İrina Xarisova da daxil edilib. Yeni məhdudiyyətlər aktivlərin dondurulmasını, maliyyə və iqtisadi resursların təqdim olunmasının qadağan edilməsini, fiziki şəxs üçün isə Aİ ərazisinə giriş qadağasını nəzərdə tutur.
Böyük Britaniya isə Rusiyanın Avropada sabitliyi pozmağa yönəlmiş kiber və hibrid fəaliyyətlərdə iştirak etdiyini bildirdiyi şəxslər və qurumlara qarşı yeni sanksiyalar paketi elan edib. Sanksiyalar Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli vasitəçi şəbəkələrdə fəaliyyət göstərən kibercinayətkarlar da daxil olmaqla, ümumilikdə 24 fiziki və hüquqi şəxsi əhatə edir. Sanksiya siyahısına, həmçinin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (GRU) kiber və hibrid əməliyyatlarına rəhbərlik etməkdə ittiham olunan yüksəkvəzifəli şəxslər- Vyaçeslav Stafeyev, İvan Senin və İvan Kasyanenko da daxil edilib.
Yeni sanksiyalar paketi Avropa İttifaqı ilə koordinasiyalı şəkildə elan olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20

