Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qərbi Azərbaycanda mədəni irsin silinməsi tarixi yaddaşa qarşı siyasətdir

Qərbi Azərbaycanda mədəni irsin silinməsi tarixi yaddaşa qarşı siyasətdir

16.09.2026 [14:46]

Ermənistanın indiki ərazisində azərbaycanlıların əsrlər boyu yaşaması təkcə tarixi mənbələrlə deyil, həmin coğrafiyada yaradılmış zəngin mədəni irslə də təsdiqlənir. Məscidlər, qəbiristanlıqlar, karvansaralar, qədim yaşayış məntəqələri və Azərbaycan mənşəli toponimlər bu torpaqlardakı tarixi varlığımızın maddi izləridir. Lakin Ermənistan uzun illər ərzində bu irsi qorumaq əvəzinə, onu sistemli şəkildə görünməz etməyə çalışıb. Məqsəd azərbaycanlıların həmin ərazilərlə tarixi və mənəvi bağlılığını şübhə altına almaq, regionun keçmişini birtərəfli şəkildə yenidən təqdim etməkdir.

Qərbi Azərbaycandakı məscidlərin, qəbiristanlıqların və tarixi yaşayış yerlərinin dağıdılması adi vandalizm hadisəsi deyil. Bir xalqın qəbiristanlığını məhv etmək onun nəsil yaddaşına, məscidini dağıtmaq dini-mədəni kimliyinə, yaşayış məntəqələrinin adını dəyişdirmək isə tarixi coğrafiyasına müdaxilə deməkdir. Bu addımlar birlikdə qiymətləndirildikdə Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki izlərinin məqsədli şəkildə silinməsinə yönəlmiş siyasətin mənzərəsi yaranır. Belə münasibət dözümsüzlüyün, etnik ayrı-seçkiliyin və mədəni irqçiliyin ən təhlükəli formalarından biridir.

Məsələnin başqa bir mühüm tərəfi Ermənistanın nümayiş etdirdiyi açıq ikili standartdır. İrəvan Azərbaycan ərazisində yerləşən bəzi abidələr üzərindən davamlı iddialar irəli sürdüyü halda, öz ərazisindəki Azərbaycan mədəni irsinin mövcudluğunu belə qəbul etmək istəmir. Halbuki mədəni irsin qorunması siyasi münasibətlərdən və etnik mənsubiyyətdən asılı olmamalıdır. Azərbaycan abidələrinin qəsdən dağıdılması 1954-cü il Haaqa Konvensiyasının mədəni sərvətlərin qorunmasına dair müddəaları və UNESCO-nun mədəni irsin mühafizəsi prinsipləri ilə ziddiyyət təşkil edir. Buna görə də həmin abidələrin vəziyyətinin beynəlxalq mütəxəssislərin iştirakı ilə araşdırılması və sənədləşdirilməsi vacibdir.

Ermənistan həqiqətən Azərbaycanla davamlı sülh və regional barışıq istəyirsə, ilk növbədə tarixi faktların inkarından uzaqlaşmalıdır. Qərbi Azərbaycandakı mədəni irsin taleyinin gündəmə gətirilməsi ərazi iddiası deyil, xalqımızın tarixi yaddaşının və mədəni hüquqlarının müdafiəsidir. Dağıdılmış abidələrin müəyyənləşdirilməsi, qalan nümunələrin qorunması və Azərbaycan mənşəli toponimlərin sənədləşdirilməsi gələcək nəsillər qarşısında da mühüm vəzifədir. Çünki həqiqi barışıq yalnız siyasi sənədlərin imzalanması ilə deyil, qarşı tərəfin tarixinin, mədəniyyətinin və yaddaşının tanınması ilə mümkündür.

Züriyə Qarayeva,

Politoloq

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30