Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dünənin, bu günün və gələcəyin partiyası

Dünənin, bu günün və gələcəyin partiyası

15.09.2026 [19:34]

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsi ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində xalqın etimadını doğruldaraq ölkənin siyasi, iqtisadi və ictimai inkişafında mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi strategiyanın Prezident, YAP Sədri İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi ölkə tarixində mühüm nəticələrin əldə olunmasına imkan verib. Bildirilib ki, bu nailiyyətlərin ən mühüm mərhələlərindən biri torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasıdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkənin sosial-iqtisadi və siyasi inkişafının fundamental əsaslarını formalaşdırıb. Bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, dövlətçilik ənənələrinin inkişafına, eləcə də ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına şərait yaradıb.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, partiyanın rayon təşkilatının fəaliyyətinin sistemli şəkildə həyata keçirildiyini və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Bahar Muradova Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, xalqın həmrəyliyi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib. O, bu nailiyyətlərin Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edib.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid anası Mehriban Əmrahova qeyd ediblər ki, partiya ötən illər ərzində cəmiyyətin böyük inamını qazanaraq bu etimadı əməli fəaliyyəti ilə doğruldub.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müavini Rafael Gülməmmədov partiyanın təşkilatlanma istiqamətində fəaliyyətindən danışıb. O, YAP-ın uzun illər ərzində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını və cəmiyyətin etimadını qazandığını bildirib.

Konfransda YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30