Kreml kimi seçəcək: rus dili kursuna gedən Paşinyanı, yoxsa...
18.09.2026 [18:15]
Deputat Sahib Alıyev Musavat.coma-a Samvel Karapetyan və Nikol Paşinyan arasında 450 gündən artıqdır davam edən çəkişmənin, rusiyalı erməni milyarderin məhbus həyatının maraqlı izahını verib. Deyib ki, əslində Paşinyan da Karapetyan kimi Rusiyanın tapşırıqlarını yerinə yetirməyə hazırdır, sadəcə o, Rusiyaya təklif edir ki, “İzin ver, Karapetyanların yerinə sənin nökərin olum, amma biraz sərbəst nökər olum”.
Çox maraqlı yanaşmadır və əslində vəziyyət məhz belədir. Əks təqdirdə Nikol Paşinyanın güya avrointeqrasiya tərəfdarı olması, ölkəsini Avropa İttifaqına aparacağı, eyni zamanda Rusiyadan qopacağı, Rusiyanın Gümrüdəki hərbi bazasını ləğv edəcəyi, KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur.
Çünki o halda, onsuz da dalan vəziyyətində olan və Azərbaycanın son bir ildə dəstəyi nəticəsində - elə Paşinyanın da etiraf etdiyi kimi - bu dalandan çıxmağa başlayan Ermənistanın Rusiyadan qopması mümkünsüzdür. Üstəlik də Avropa İttifaqı hazırda Ermənistanda yalnız 209 nəfərlik yarım hərbi kontingentlə mövcuddur. Bir də hansısa bir layihələri, ayırdığı maliyyə vəsaitləri və s. ilə...
Paşinyan sadəcə şoumenlik edir. Necə ki, bu gün Almaniyaya haqq etmədiyi sülh mükafatını almaqdan ötrü uçarkən özünə rəqib olanların, müharibə partiyası təmsilçilərinin onun şəxsi təyyarəsinin olması ilə bağlı səsləndirdiyi fikirlərə bir ironik reaksiya verib və bildirib ki, babasından qalma təyyarə ilə uçub. Sonra da səhvən Frankfurta düşdüyünü ictimailəşdirib. Yəni hansı mövzuda olur-olsun, təki şou göstərsin. Eyni zamanda Rusiya və Qərb arasında da bir şou göstərməklə davam etməkdədir.
Diqqət edin, Nikol Paşinyan avrointeqrasiya tərəfdarı olduğunu bildirsə də, özünün də etiraf etdiyi kimi, günün müəyyən saatlarını rus dilini öyrənməyə sərf edir, İdarəçilik Akademiyasında rus dili kurslarına gedir.
Yəni məntiqlə o, ingilis dilini təkmilləşdirməli idi. Elə açıq-aydın göründüyü kimi, bir sıra hallarda ermənilərin özlərinin də lağa qoyduqları Paşinyan nə ingiliscə, nə də ki rusca normal, səlis konuşmaq imkanına malik deyil, ama nedənsə məhz o rusca... ruscasını təkmilləşdirməyə girişib. Xüsusilə də Rusiyaya səfər... səfərə dəvət aldığı bu dönəmdə.
Prezident Putinin daha çox xoşuna gəlmək üçün dil öyrənir. Rusiya rəhbərliyi postsovet məkanında rus dilinə münasibəti qarşılıqlı əlaqələr üçün əsas amil sayır, Paşinyan da bundan xəbərsiz deyil... Çox güman ki, oğlu Aşota da Seyid Əzimin məşhur sözlərini pıçıldayır:
“Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur...”
İşdən sonra rus dili kursuna dərsə gedən hökumət başçısı kimi aldadır, çox maraqlıdır. Məntiqlə Paşinyan Türk – Azərbaycan dilini öyrənməli idi. Ruscaya xitab edirsə, deməli...
Belə bir ərəfədə 450 gündən artıq ev dustaqlığında olan və onun da müəyyən bir hissəsini həbs qətimkan tədbiri çərçivəsində keçirən “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan elə evindən yenə də Paşinyanı hədələyib, növbəti dəfə boy göstərib. Heç şübhəsiz ki, Samvel Karapetyanın “O getməlidir, biz normal məhkəmə-hüquq sistemi yarada bilək” deyərək, baş nazirə üsyan etməsi, istintaq altında olan bir şəxsin, hər halda, bu dərəcədə cəsarətli bir mövqe sərgiləməsinin səbəbi var. Bu səbəbi Kremldə axtarmaq lazımdır.
Eyni zamanda, II Qaregin və digərlərinin, keşişlərin bir qrupunun məhkəmə prosesi başlamalı idi, amma məlum olur ki, onlar məhkəmə iclasında iştirakdan imtina ediblər. Eçmiədzin məhkəməsini boykot edən Katolikos və ətrafının müqavimət göstərməsi də, heç şübhəsiz ki, məhz Rusiyadan verilən təlimat, eyni zamanda dəstəyin məntiqi nəticəsidir. Necə ki, bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova kilsəyə qarşı hücumlar silsiləsinə sert etirazını bildirmişdi, bu təzyiqi hətta Allaha qarşı təzyiq kimi xarakterizə etmişdi. Bunun özü açık şəkildə Qareginin dəstəklənməsi deməkdir. Necə ki, vaxtaşırı Kirilldən dəstək mesajları gəlirdi. Və indi də rəsmi səviyyədə Rusiya kilsəni müdafiə edir. Eyni zamanda kilsənin donor funksiyasını icra edən Samvel Karapetyanın da üzərindəki o təzyiqlərin ortadan qaldırılması üçün mövqe sərgiləyir.
Digər tərəfdən, Rusiyanın adamı, Rusiya prezidentinə yakınlığı artıq heç kimdə şübhə doğurmayan və bu gün həbsdə olan Robert Köçəryanın hətta həbsdən növbəti dəfə sərt bir mövqe ifadə etməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi general Yuri Xaçaturovun toxunulmazlığının ləğv edilməməsi ilə bağlı vəziyyəti “istintaqın səliqəsiz işinin klassik nümunəsi” adlandırması və açıq şəkildə Ermənistan hakimiyyətinə meydan oxuması da, hiç şübhəsiz ki, məhz xarici təsirlərin məntiqi nəticəsidir. Yəni KTMT ilə bağlı Köçəryanın verdiyi mesajlar həm də Rusiyaya xoş gəlmək üçündür.
Və belə məlum olur ki, ortaya çıxan qənaət budur ki, bu gün Ermənistanda hakimiyyət uğrunda mübarizə ilə yanaşı və yaxud hakimiyyətdə qalmaq, rəqiblərini neytrallaşdırmaq mübarizəsi ilə yanaşı, həm də “Rusiyaya kim daha yaxın olmalıdır?” mübarizəsi gedir. Paşinyan əgər Rusiyayla doğrudan əlaqələri kəsmək niyyətində olsaydı, o halda birmənalı şəkildə Rusiyanın hərbi mövcudluğuna karşı çıxardı, amma belə bir iddiası yoxdur.
Eyni zamanda, Rusiyayla bağlı Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı hər hansı bir niyyətinin olmadığını bildirir, hətta Avropa İttifaqının üzvü olmaq üçün referendum keçirmək niyyətində olmadığını bəyan eləyir. Bu isə Ermənistanda ənənəvi bir siyasətin davamından xəbər verir. Paşinyan sadəcə iki stulda oturmaq istəyir: həm Qərbin, həm də Rusiyanın stullarında.
Köçəryan, Samvel Karapetyan və digər ifrat ruspərəstlər isə hesab eləyirlər ki, onlar məhz Rusiyanın ayırdığı stulda oturmalıdırlar. Stulların ayaqlarının qırıq olub-olmadığına fikir verən yoxdur...
Görək, Kreml qarşıdakı dönəmdə kimi seçəcək, dil kursuna gedən Paşinyanı, yoxsa Rusiyanı yarıtmayan “5-ci kolon”un başçılarını...
Elşad Paşasoy
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59

