20 Sentyabr – Milli iradənin və dövlətçilik əzminin təntənəsi
18.09.2026 [09:41]
20 Sentyabr xalqımızın tarixində milli iradənin, azadlıq uğrunda mübarizənin, vətənpərvərliyin və dövlətçilik ənənələrinin bərpasının rəmzi kimi özünəməxsus yer tutur. Dövlət suverenliyinə nail olmaq hər bir xalq üçün ən böyük tarixi nailiyyətlərdən və ən ali milli məqsədlərdən biridir. Xalqın öz siyasi və mədəni irsinə, tarixinə və taleyinə sahib çıxması, müstəqil dövlət yaratması və onu inkişaf etdirməsi böyük tarixi üstünlükdür. Suverenlik dövlətçiliyin əsas və ayrılmaz atributlarından biridir.
Beynəlxalq hüququn prinsiplərinə əsasən, suveren dövlət öz ərazisi, daimi əhalisi, ali hakimiyyəti və digər dövlətlərlə beynəlxalq əlaqələr qurmaq imkanları ilə səciyyələnir. Bu anlayış dövlətin daxili və xarici siyasət məsələlərində müstəqil qərarlar qəbul etməsini, hər hansı digər dövlətin siyasi iradəsindən asılı olmamasını ifadə edir. Azərbaycanın suverenliyi həm beynəlxalq hüquq müstəvisində, həm də tarixi hadisələrin gedişində öz təsdiqini tapmışdır.
Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq siyasəti beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozmuşdu. 30 ildən artıq müddət ərzində ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında saxlanılmış, burada etnik təmizləmə siyasəti həyata keçirilmiş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi və mədəni irsimizə ciddi ziyan vurulmuşdur. Xocalı soyqırımı isə xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi Azərbaycanın tarixində dərin iz buraxmışdır.
Uzun illər ərzində aparılan danışıqlara və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, münaqişənin həlli istiqamətində beynəlxalq səviyyədə göstərilən səylər nəticə verməmişdir. Buna baxmayaraq, xalqımız suverenlik prinsipindən heç zaman geri çəkilməmişdir. Əsrlər boyu hərbi, siyasi və iqtisadi sınaqlarla üzləşən xalqımız işğal və təzyiqlərə baxmayaraq, müstəqillik iradəsini qoruyub saxlamış, dövlətçilik ideyasına sadiq qalaraq mübarizəsini davam etdirmişdir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlət və hərbi gücünü, xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlanan hərbi əməliyyatlar nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Ağdam, Kəlbəcər və Laçın rayonları isə sonrakı mərhələdə döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi nəticəyə nail oldu.
44 günlük Vətən müharibəsindən sonra da Ermənistan və separatçı qüvvələr bölgədə sabitliyin və sülh prosesinin qarşısını almağa çalışır, qanunsuz silah-sursat daşınmasını davam etdirirdilər. Bu şəraitdə 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz suveren hüquqlarını təmin etməkdə qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycanın müasir dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri də Dövlət Suverenliyi Gününün təsis edilməsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alınıb.
Bu tarixin təsis edilməsi Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnən tarixi proseslərin məntiqi yekunudur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşıdakı onilliklər ərzində suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi sınaqlardan keçib. Uzun illər davam edən işğal, münaqişə və nəticəsiz danışıqların ardından ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi müstəvidə təmin etməyə nail olub.
Azərbaycanın dövlətçilik tarixində suverenliyin tam bərpası ilə yanaşı, Konstitusiyanın və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət kəsb edir. “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələnin məntiqi davamıdır. Çünki suverenlik yalnız dövlətin öz ərazisi üzərində ali hakimiyyət hüququnu ifadə etmir. O, eyni zamanda dövlətin siyasi müstəqilliyinin, milli iradəsinin və beynəlxalq münasibətlər sistemində müstəqil subyekt kimi çıxış etmək imkanının əsasını təşkil edir.
Konstitusiya isə dövlətin hüquqi və siyasi sisteminin fundamental bazası kimi suverenliyin təmin edilməsində mühüm rol oynayır. Dövlətin idarəçilik prinsipləri, vətəndaş hüquq və azadlıqları, hakimiyyətin təşkili və dövlət-vətəndaş münasibətləri məhz konstitusion əsaslarla müəyyən edilir. Bu mənada Konstitusiya və suverenlik bir-birini tamamlayan, dövlətçiliyin möhkəm təməlini formalaşdıran iki fundamental anlayışdır.
Tam suverenlik şəraitində qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətlərin qorunması və ölkənin bütün istiqamətlərdə davamlı inkişafının təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, iqtisadi potensialın gücləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi və regionda dayanıqlı sülhün təmin olunması Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini təşkil edir.
Dövlət suverenliyinin bərpasının milli yaddaşda əbədiləşdirilməsi istiqamətində atılan addımlardan biri də Bakı Metropoliteninin yeni stansiyasına “20 Sentyabr” adının verilməsidir.
2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropoliteninin Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasının “20 Sentyabr” adlandırılması qərara alınıb.
Bu qərar əlamətdar tarixin şəhərin gündəlik həyatında və ictimai yaddaşda yaşadılmasına xidmət edən mühüm simvolik addımdır. Metro stansiyasına “20 Sentyabr” adının verilməsi tarixi hadisənin yalnız rəsmi təqvimdə deyil, paytaxtın ictimai məkanında da öz əksini tapmasına imkan yaradır.
20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisi üzərində tam suverenliyini təmin etməsinin, milli iradənin və dövlətçilik əzminin rəmzidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və paytaxtın mühüm nəqliyyat məkanlarından birinə “20 Sentyabr” adının verilməsi eyni siyasi məntiqin – suveren Azərbaycanın tarixi yaddaşının möhkəmləndirilməsinin ifadəsidir.
Artıq Azərbaycanın qarşısında yeni mərhələnin vəzifələri dayanır. Əldə edilmiş suverenliyin qorunması, hüquqi dövlət və güclü iqtisadiyyatın daha da inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi bu mərhələnin əsas prioritetlərindəndir. Bu mənada 20 Sentyabr həm keçmişə verilən tarixi qiymət, həm də Azərbaycanın gələcək inkişafına yönəlmiş siyasi iradənin simvoludur.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48

