Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Şahzadə Diananın qardaşının yeni kitabı Bukingem Sarayı ilə gərginliyə səbəb olub

Şahzadə Diananın qardaşının yeni kitabı Bukingem Sarayı ilə gərginliyə səbəb olub

17.09.2026 [19:59]

Şahzadə Diananın qardaşı, qraf Çarlz Spenserin yeni kitabında Kral III Çarlzla bağlı irəli sürdüyü iddialar Bukingem Sarayı ilə fikir ayrılığına səbəb olub.

AZƏRTAC xəbər verir ki, “Daily Mail” qəzetində hissə-hissə dərc olunacağı bildirilən kitabda iddia edilir ki, Diananın ölümündən sonrakı günlərdə III Çarlz qardaşı Çarlz Spenserə “arxayın olun, tezliklə onu unudacağıq”, - deyib.

Məlumata görə, bu sözlər 1997-ci il avqustun 31-də Diananın Parisdə avtomobil qəzasında həlak olmasından sonra onun dəfn mərasiminin təşkili ilə bağlı yaranmış ciddi mübahisə zamanı səsləndirilib.

Bukingem Sarayı isə iddialara münasibət bildirərək, Kralın kədərin insanın düşüncə və mühakiməsinə təsir göstərə biləcəyini nəzərə aldığını bildirib.

Sarayın sözçüsü deyib: “Prinsip etibarilə kitablarla bağlı şərh vermirik. Bununla belə, Əlahəzrət anlayır ki, bacı və ya qardaş itkisi ilə bağlı dərin kədər insanın düşüncəsinə, mühakiməsinə və xatirələrinə təsir göstərə, hətta illər sonra hadisələri başqalarının görmədiyi şəkildə xatırlamasına səbəb ola bilər”.

Mübahisələrin fonunda kral ailəsinin yüksəkvəzifəli üzvləri bu gün rəsmi tədbirlərdə ictimaiyyət qarşısına çıxacaqlar. Kral III Çarlz dünyanın aparıcı süni intellekt şirkətlərinin rəhbərlərinə müraciət edəcək, Uels Şahzadəsi Uilyam və Şahzadə Keyt isə Byut adasına səfər edəcəklər.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30