Müasir müharibələr nə ilə fərqlənir?
03.03.2022 [10:20]
Və ya Rusiya-Ukrayna savaşı hansı reallıqları aşkar edir?
Pərviz SADAYOĞLU
Son dövrlərdə müşahidə edilənlər bir həqiqəti üzə çıxarır - hərbi qüdrət, silahların müasirliyi, hətta hərbi kontingentin sayı belə müharibələrin taleyinə həlledici təsirini itirməkdədir. Hərbi qarşıdurmalarda nəticələr daha fərqli komponentlərlə müəyyənləşməkdədir. Məsələn, iqtisadi təzyiq və ya sanksiyalaşdırılmış təsirli rıçaqlar müasir müharibələrdə önəmli vasitəyə çevrilmək üzrədir. Bununla yanaşı, beynəlxalq dəstək, informasiya cəbhəsində üstünlüyün təmin olunması, daxili siyasi sabitliyin və birliyin formalaşdırılması qələbənin əsas formulu qismində çıxış edir. Bu komponentlər müasir hibrid müharibənin gedişini və nəticələrini müəyyənləşdirir. Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmada olduğu kimi...
Qalibiyyət iqtisadi gücə əsaslanır
Qələbə güclü iqtisadiyyata əsaslanır. Rusiya ilə Ukraynanın iqtisadi gücü arasında müqayisə apardıqda, təbii ki, birincinin üstünlüyünü görməmək mümkün deyil. Bununla belə, hazırda Rusiyanın yaşadığı ən böyük problemlər məhz iqtisadi müstəvidədir. Qərbin tətbiq etdiyi sanksiyaların miqyasının günü-gündən böyüməsi Rusiyanı çıxılmaz duruma salıb. Ölkə KİV-i açıq şəkildə etiraf edir ki, müharibədən öncə müəyyən sanksiyaların olacağı proqnozlaşdırılsa da, hazırkı durum gözlənilməz idi. Yəni sanksiyaların miqyası daha böyük, xarakteri isə daha sərtdir. Beynəlxalq maliyyə şəbəkələrinə çıxışı bağlanmış, hesabları bloklanmış, hətta aktivləri belə dondurulmuş Rusiya gözləmədiyi seytnot vəziyyətinə düşüb.
Rusiyadan daha zəif iqtisadiyyata malik Ukrayna, demək olar ki, maliyyə çətinliyi yaşamır. Qərb ölkələrinin verdiyi açıq maliyyə dəstəyi, eləcə də hərbi, humanitar yardımlar Kiyevin Rusiya qarşısında dirəniş göstərməsini təmin etməkdədir. Öz çıxışlarında tez-tez bu mövzuya müraciət edən Prezident Zelenski yardımların davamlı olacağını qətiyyətlə bildirir. Təbii ki, bu qətiyyəti onda yaradan isə beynəlxalq dəstəkdir...
Beynəlxalq dəstək amili
Beynəlxalq dəstəyin müasir müharibələrin gedişinə təsiri də Rusiya-Ukrayna savaşında açıq müşaşidə edilməkdədir. Hava məkanını belə Rusiyanın üzünə bağlayan Avropa hər gün Ukraynaya daha çox “qucaq açır”. İki gün öncə Avropa Komissiyasında ayaqda alqışlanan Zelenski bu beynəlxalq dəstəyi Rusiya ilə yanaşı, xalqına da nümayiş etdirir. Beynəlxalq dəstəyin formal deyil, sanksiyalaşdırılmış şəkildə göstərilməsi isə zamanın Rusiyanın əleyhinə işləməsinə səbəb olur.. Müttəfiqlərinin, tərəfdaşlarının dəstəyi nəticəsində ayaqda qalmağı bacaran Kiyev arxasında böyük bir gücü hiss edir. Dünyanın aparıcı təşkilatlarının rəhbərləri, bir sıra böyük dövlətlərin liderləri Ukrayna böhranı ilə bağlı yeni çıxış yolları axtarır, narahatlıqlarını dilə gətirir, humanitar yardımlarla öz missiyalarını yerinə yetirirlər. Bu göstərilən dəstəyi daha effektiv hala gətirir. Rusiya ətrafındakı çəmbər isə günü-gündən daralır. Dünyanın maliyyə-iqtisadi şəbəkəsindən kənarlaşdırılan Moskva beynəlxalq siyasi birliklərdən də yola salınır.
Müharibənin informasiya cəbhəsi
Müasir müharibələrdə informasiya, bəlkə də, hərbi güclə eyni təsir qüvvəsinə malikdir desək, yanılmarıq. Düzgün qurulmuş informasiya siyasəti müharibə aparan ölkənin ikinci güc amili kimi çıxış edir. Ekspertlər qeyd edirlər ki, Qərbin dəstəyini arxasına alan Ukraynanın apardığı informasiya təbliğatı daha effektiv və üstündür.
Dünyanın aparıcı KİV-ləri anti-Rusiya təbliğatını gücləndirirlər. Kiyev isə bu amildən maksimum istifadə etməkdədir. Prezident Zelenskinin Avropa məkanına, dünya ictimaiyyətinə hər bir müraciətinə geniş yer verilir. Belə demək mümkünsə, dünya daha çox Zelenskinin dilindən Ukraynanın mövqeyini eşidir.
Qələbə naminə siyasi birlik
Son olaraq müasir müharibələrin gedişinə daxili sabitlik və milli həmrəylik amili ilə də ciddi təsir göstərir. Ölkədə təmin edilən milli birlik gücün tam olaraq rəqibə qarşı istiqamətlənməsinə imkan verir. Əks halda, həm orduda, həm cəmiyyətdə, həm də siyasi palitrada “çat”ların meydana çıxması qaçılmazdır.
Analitiklər bu baxımdan Ukraynada vəziyyətin arzuolunan olduğunu qeyd edirlər. Vaxtilə siyasi marafonlarda - seçkilərdə biri-birinə rəqib olan siyasi fiqurlar vahid cəbhədə birləşiblər. Əlinə silah alıb döyüşlərə qatılmaq arzusunu dilə gətirən “eks”lərin bu addımının siyasi dividend qazanmağa hesablanmadığı da ilk baxışdan hiss olunur.
Rusiyada isə vəziyyət bir qədər fərqlidir. Hətta teleməkanın əsas siyasi tok-şoularında çıxış edən fikir və siyasət adamları hakimiyyətin yumşaq şəkildə desək, “səhvlərə yol verdiyini” bildirir. Ölkənin aparıcı maliyyə dayaqları hesab edilən şirkətlərin rəhbərləri, ölkənin milyarderləri itirdiklərinin hesabını və səbəblərini soruşmağa ünvan axtarırlar. Bu isə, nəticə etibarilə siyasi fikir ayrılığını daha da dərinləşdirir. Ekspertlər qeyd edirlər ki, fərqli fikirlər və mövqelər etirazlara, mitinqlərə, sabitliyin pozulmasına səbəb ola bilər. Bu da müharibə dövründə olduqca təhlükəli və arzuolunmaz haldır.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

