Müharibə nə vaxt bitəcək?
05.03.2022 [10:16]
Məlik Məmmədov
Artıq 9 gündür ki, Ukraynada 21-ci əsrin ən qanlı və ən böyük müharibələrindən biri gedir. Hər iki tərəfin ordusu ağır itkilər verir, mülki infrastruktur dağıdılır, dinc sakinlər, uşaqlar ölür... Lakin bu münaqişənin sonu hələ görünmür, əksinə, onun daha da böyüməsi ilə bağlı böyük narahatlıq var.
Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun nəticələrinə görə, tərəflər yalnız mülki şəxslərin təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təşkili ilə bağlı razılığa gələ biliblər. Lakin hazırda şiddətli döyüşlər davam edir, Ukraynanın böyük şəhərləri kütləvi raket hücumlarına məruz qalır.
Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla söhbətində Ukraynadakı xüsusi hərbi əməliyyatın vəzifələrinin istənilən halda yerinə yetiriləcəyini bildirib. Yəni gördüyümüz kimi, Rusiya tərəfi Ukraynada hakimiyyət dəyişikliyinə, konstitusiya dəyişikliyinə və ordunun buraxılmasına nail olana qədər hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Emmanuel Makron Vladimir Putinlə danışıqlardan sonra “ən pisin hələ qarşıda olduğunu” deyib. Bu arada Rusiyanın XİN rəhbəri Lavrov da müharibənin tezliklə bitməyəcəyini qeyd edib.
Ukrayna irəli sürülən tələbləri qəbul etmir - atəşkəs və Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir. Ukrayna xalqı öz mövqeyini müdafiə etməkdə qətiyyət nümayiş etdirir və görünən odur ki, Rusiya “hərbi əməliyyat”ın tapşırıqlarını yerinə yetirə bilsə belə, silahlı toqquşmalar bununla dayanmayacaq. Münaqişə sadəcə olaraq partizan müharibəsi mərhələsinə keçəcək.
Eskalasiyadan əvvəl güman edilirdi ki, Rusiya hərbi-texniki üstünlüyü nəzərə alaraq müharibəni 3 günə bitirə bilər. Lakin 9 gündən sonra Rusiya tərəfi heç bir ciddi uğur qazana və Ukraynada ciddi irəliləyə bilməyib. Üstəlik, şiddətli müqavimətlə üzləşən rus ordusunun da itkiləri az deyil. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, onların sayı artıq 9 mini keçib. Müqayisə üçün xatırladaq ki, Əfqanıstan müharibəsi zamanı, təxminən 10 il ərzində Sovet qoşunlarının itkiləri 15 mindən bir qədər çox idi.
Eyni zamanda, Qərb ölkələri Ukraynaya maddi, humanitar yardım və silah-sursat şəklində hər cür dəstək verir. Çexiyada açıq şəkildə könüllülərə Ukrayna tərəfində döyüşməyə icazə verilib. Rusiyaya qarşı sanksiyalar hər gün daha da sərtləşir və rus iş adamlarına ciddi ziyan vurur. Xarici şirkətlər Rusiyada fəaliyyətini və ya məhsullarının satışını dayandırır, S&P beynəlxalq reytinq agentliyi isə Rusiyanın reytinqini BB+-dan CCC-ə endirib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinə çıxışı da bağlandı. Yəni Kremlin çətin günlərdə ümid etdiyi resurs kəskin şəkildə məhdudlaşdı. Bütün bunlar Kremlin öz tələblərinə yenidən baxmasına təsir edə bilər.
Amma baş verən hadisələrdən təkcə Rusiya deyil, bütövlükdə dünya iqtisadiyyatı əziyyət çəkir. Enerji resurslarının, taxılın, ərzaq məhsullarının, əlvan metalların qiymətləri rekord sürətlə qalxır. Britaniyanın Milli İqtisadi və Sosial Araşdırmalar İnstitutunun araşdırmasına görə, Rusiya-Ukrayna münaqişəsi səbəbindən qlobal iqtisadiyyat 2023-cü ilə qədər 1% azalacaq ki, bu da 1 trilyon dollara bərabərdir.
Üstəlik, bu silahlı münaqişənin Üçüncü Dünya Müharibəsinə çevirilməsi ehtimalı hələ də mövcuddur. Zaporojye Atom Elektrik Stansiyasının atəşə tutulmasından və Çernobıl faciəsinin daha da geniş miqyasda təkrarlanması təhlükəsi yaranandan sonra Avropada insanlar kütləvi şəkildə radiasiya əleyhinə həb almağa başlayıb və NATO da Ukraynanın səmasını bağlamağı düşünür. Bu isə avtomatik olaraq Alyansı münaqişə tərəfinə çevirəcək.
Və qarşıda hələ nə qədər dəhşətli həftələr olacağını heç kim deyə bilməz. Tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Və nəticədə bütün dünya uduzan tərəf ola bilər...
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

