27 ildən sonra mühakimə - 20 il həbs
10.09.2022 [10:20]
Növbədə Xocalı qatilləridir
Bosniya və Herseqovina Məhkəməsi 1995-ci ildə Srebrenitsa şəhərində 17 bosniyalı əsirin qətlində iştirak etdiyinə görə bosniyalı serb müharibə cinayətkarı Momsilo Tesiçi 20 il müddətinə həbs cəzasına məhkum edib. Məhkəmə keçmiş polis zabiti olan M.Tesiçi bosniyalı hərbi əsirlərin öldürülməsindəki iştirakına görə təqsirli bilib və onu insanlığa qarşı cinayətdə mühakimə edib. Onun Srebrenitsada qorunan ərazidə bosniyalı mülki şəxslərə qarşı geniş və sistemli hücumlardan xəbərdar olduğu barədə hökm oxunub. Qeyd edək ki, 1963-cü il təvəllüdlü M.Tesiç 2017-ci ildə keçirilən əməliyyatda hərbi cinayətlər və soyqırımında iştirak ittihamı ilə saxlanılmışdı. Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsada törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar öldürülüb.
1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı da bəşəriyyətə qarşı cinayətdir. Bu soyqırımda aralarında uşaqlar, qadınlar və qocalar da olmaqla yüzlərlə mülki şəxs amansızlıqla qətlə yetirilib. Erməni silahlıları 487 nəfəri ağır xəsarətlərə məruz qoyub, 1275 nəfər isə girov götürülüb. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atıblar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb. Müharibə qanunlarına belə riayət etməyən ermənilərin törətdikləri bu qanlı terror aktı artıq bütün dünya tərəfindən tanınmaqdadır. Bir sıra ölkələr, ABŞ-ın onlarla ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu mənada, Xocalı qatillərinin də ədalət mühakiməsi qarşısında cavab verməsi mütləqdir.
Yeri gəlmişkən, 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törədib. Nəticədə, aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Bu qanlı terror aktını törədənlər hələ də azadlıqdadırlar. Onların kimliyi də hər kəsə bəllidir. Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan bilavasitə bu qanlı terror aktında iştirak ediblər. Bununla bağlı özünün “xatirələrində” qanlı erməni ideoloqu Zori Balayan da yazıb.
Srebrenitsa şəhərində baş verən qanlı terrorun günahkarlarından olan Momsilo Tesiçin 27 ildən sonra cəza alması isə bir daha təsdiqləyir ki, ədalətdən qaçmaq mümkün deyil. Bu mənada, Xocalı qatillərinin də müəyyən zaman müddətində ədalət mühakiməsi qarşısında cavab verəcəyinə inam böyükdür.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

