Cənubi Qafqaz ölkələrinin yeni əməkdaşlıq platforması
29.11.2022 [10:25]
Ermənistan da bu əməkdaşlığa hazırdırmı?
Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Məlumdur ki, ölkəmizin Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir.
Amma Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti yürütdüyünə, bu gün isə sülh sazişi imzalamadığına görə rəsmi İrəvanla hər hansı əməkdaşlıq mövcud deyil. Amma perspektiv üçün üç ölkə arasında birgə əməkdaşlıq platforması yaradıla bilər. Bu da Ermənistanın konstruktiv mövqe tutmasından asılı olacaq. Rəsmi Tbilisi regionda sülh və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Buna nümunə olaraq bu ölkənin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik təşəbbüslərini göstərmək olar. Bir neçə ay öncə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Tbilisidə görüşməsi də buna sübutdur.
Qarşıdakı dövrdə Gürcüstanda Cənubi Qafqazın üç ölkəsinin liderlərinin sammiti də keçirilə bilər. Bu barədə noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev bildirib. Prezident qeyd edib ki, bu ölkəyə son səfəri zamanı məsələ müzakirə olunub: “Gürcüstana səfərim zamanı Baş nazir Qaribaşvili ilə bu ölkədə üçtərəfli sammitin keçirilməsi perspektivlərini müzakirə etdim. Ermənistan hazır olarsa, biz bu sammitin vaxtında keçiriləcəyini düşünürük”. Dövlətimizin başçısı deyib ki, Ermənistan, həqiqətən də, sülh istəyirsə, bu formatdan çəkinməməlidir. “Çünki kommunikasiya, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət - bütün bunlara nail olmaq olar. Düşünürəm ki, Ermənistan işğalının mənfi fəsadlarından biri odur ki, bizim torpaqlarımızda baş verənlərlə yanaşı, Cənubi Qafqaz inteqrasiya olunmaq imkanını da itirdi. İndi vaxtdır. Ola bilsin, inteqrasiya, hətta üçtərəfli əməkdaşlıq barədə danışmaq tezdir, lakin düşünürəm ki, ən azı məsləhətləşmələrə başlamağın vaxtı çatıb. Mən Ermənistanın qarşısında duran maneələrin nədən ibarət olduğunu, buna razılaşmamaqla kimdən qorxduğunu bilmirəm. Lakin düşünürəm ki, əgər onlar, həqiqətən də, sülh istəyirlərsə, daha müstəqil şəkildə davranmalıdırlar. Bu baş versə, həmin görüş çox tez bir zamanda reallaşa bilər. Əgər baş verməsə, yaxşı, bu, olduğu kimi davam edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ümumiyyətlə, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq platforması nə dərəcədə realdır? Bu platformanın region ölkələri üçün əhəmiyyəti nədən ibarətdir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycanın Gürcüstanla münasibətləri olduqca yaxşı səviyyədədir. Prezident İlham Əliyevin Gürcüstana son səfəri münasibətlərimizə yeni bir nəfəs gətirdi, güclü impuls qazandırdı. Onun fikrincə, bu səfər iki dövlət arasında münasibətlərin istiqamətlərini və arealının miqyasını daha da konkretləşdirməklə yanaşı, həm də ilk növbədə regiona iki aktorun baxışının necə olduğu, olması və olacağı haqqında bütün daşları yerinə otuzdurdu. Üstəlik, onu da nəzərə alaq ki, mövcud siyasi proseslər fonunda iki dövlətin sərgilədiyi mövqe indiki məqamda daha da üst-üstə düşür. Yəni Gürcüstan da birmənalı olaraq regionda eskalasiyanın deyil, yeni əməkdaşlıq platformalarının yaradılmasında, mövcud olanlarınsa daha da dərinləşdirilməsində maraqlıdır.
Azərbaycan-Gürcüstan münasibətlərinin, həm də strateji əhəmiyyət kəsb etdiyini deyən Ş.Həsənovanın sözlərinə görə, birgə olmaqdan başqa alternativ mövcud deyil: “Dövlət başçımızın da bildirdiyi kimi Gürcüstana səfər zərurətin təzahürü idi. Enerji sahəsindəki əməkdaşlığımıza icrası nəzərdə tutulan və üzərində işlənilən yeni layihələrin də əlavə olunması regional təhlükəsizliyə və dayanıqlı iqtisadi inkişafa əhəmiyyətli dərəcədə təsir edəcək. Bu iki önəmli amilin daha da möhkəmləndirilməsi üçün Azərbaycan Ermənistana da məsləhətləşmələr forması ideyası ətrafında olsa belə regionda əməkdaşlığa alternativin olmadığını göstərməyə çalışır. Azərbaycan və Gürcüstan bunu təbii hesab etsə də, dövlət başçımızın da vurğuladığı kimi diktə siyasətindən əl çəkməyən Ermənistan, həm də bəzi sponsorlarından çəkinərək onları məyus etmək istəmədiyi üçün kənarda dayanır. Ermənistan, həqiqətən də, sülh istəyirsə, ön şərt qoymadan Gürcüstanda üçtərəfli sammit keçirilə bilər. Ermənistan illər ərzində Cənubi Qafqaza inteqrasiya olunmaq imkanını da itirmişdi, indi isə tarixi şans yaranıb. Sülh müstəqillikdən keçir, Ermənistan öncə müstəqil qərar qəbul etməlidir. Əməkdaşlıq olmasa belə məsləhətləşmələr başlamalıdır. Ermənistan istəsə regional əməkdaşlığa inteqrasiya ola bilər, istəmədiyi halda Azərbaycan və Gürcüstan üçün Qara-Xəzər dənizi, Mərkəzi Asiya-Avropa əlaqəsi olmaqla digər əməkdaşlıq coğrafiyası da mövcuddur. İllər ərzində enerji resurslarımızın Gürcüstan vasitəsilə Avropaya ötürülməsi üçün təşəbbüskarı Azərbaycan olan mövcud meqa layihələr öz sözünü deyir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

