31-ci üzv...
01.04.2023 [11:00]
Türkiyədən Finlandiya üçün “yaşıl işıq”
Finlandiya NATO-da Baltik dənizi sahilində yerləşən 7-ci ölkə olacaq
N.BAYRAMLI
Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində Finlandiyanın üzvlüyünə müsbət cavab verib və bu ölkənin Türkiyənin təhlükəsizliyində “önəmli və konkret addımlar” atacağı ilə bağlı açıqlamasını alqışlamışdı. Türkiyə parlamentinin qərarı ilə təşkilatın bütün üzvləri Finlandiyanın təşkilata üzvlüyünü dəstəkləmiş oldu. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa daxil olmaq ərizəsini təsdiqləyən Türkiyə parlamentinin qərarını alqışlayıb. Baş katib bu barədə özünün tviter hesabında yazıb: “Mən Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”.
“Tarixi günləri yaşayırıq”
Finlandiyanın Xarici İşlər Nazirliyi də NATO-ya üzvlük protokolunu təsdiqlədiyi üçün Türkiyəyə təşəkkür edib. Bu ölkənin XİN rəhbəri Pekka Haavisto deyib ki, bununla 10 aydan çox davam edən işi geridə qoyduq: “17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”.
Xatırladaq ki, ötən ilin fevralında Rusiya-Ukraynaya müharibəsi başlayandan sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gəlib. Hər iki ölkə bu məqsədlə rəsmən
NATO-ya müraciət ünvanlayıb. Ötən ilin may ayında isə İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısında bu məsələ müzakirəyə çıxarılmışdı və onların üzv olmaq müraciəti müsbət qarşılanmışdı. Lakin NATO-ya üzv olmaq üçün hər iki ölkə qarşısında şərt irəli sürmüşdü. Belə ki, Türkiyə İsveç və Finlandiyadan İŞİD terror qruplaşması ilə mübarizə adı altında PKK-ya maliyyə dəstəyini dayandırmağı tələb edib. Eyni zamanda, rəsmi Ankara NATO üzvlüyünə namizədlərdən PKK rəhbərliyi ilə təmasdan qaçmağı, ölkələrində Türkiyədə qadağan olunmuş Fətullah Gülənin təşkilatının üzvlərinin fəaliyyətini dayandırmağı tələb edib. Həmin ölkələrdə qadağan edilmiş təşkilatların axtarışda olan üzvlərinin ekstradisiyası prosedurunun sürətləndirilməsi də Türkiyənin tələbləri sırasındadır. Bununla yanaşı, rəsmi Ankara İsveç və Finlandiyanı terrorizmlə mübarizədə Türkiyə ilə müntəzəm məsləhətləşmələri və sıx əməkdaşlığı dəstəkləyəcək mexanizm yaratmaq üçün birgə təşəbbüslə çıxış etməyə də dəvət edib. Eləcə də, Türkiyə Skandinaviya ölkələrində terror təşkilatlarının pul axınının kəsilməsini, onların bank hesablarının bağlanmasını tələb edib.
Alyansın sayca 31-ci üzvü
NATO-nun Litvada iyul ayında keçiriləcək sammitində Finlandiyanın üzvlüyü məsələsi rəsmən təsdiqlənəcək. Bununla da, bu ölkə Şimali Atlantika Alyansının sayca 31-ci üzvü olacaq. Ankaranın Finlandiyaya yaşıl işıq yandırmasından sonra rəsmi Helsinki alyansa qoşulmaqla ölkəsinin təhlükəsizliyinin güclənəcəyini bildirib. Finlandiya hökuməti NATO çərçivəsində Baltik regionu və Şimali Avropada sabitliyin daha da artacağı qənaətindədir. “Müttəfiq olaraq öz təhlükəsizliyimizi yüksək səviyyəyə qaldırdığımız kimi digər üzv ölkələrin də təhlükəsizliklərinə tövhə verəcəyik. Bir-birimizi müdafiə edəcəyik”, - deyə Finlandiyanın Baş naziri Sanna Marin tviter hesabında yazıb.
İsveç üçün vacib mesaj
Qeyd edək ki, Finlandiya Rusiya ilə 1340 kilometr quru sərhədə malikdir və Qərbi Avropanın ən güclü artilleriya arsenalına malik ölkələrdən biri hesab edilir. Rəsmi Helsinki Rusiyanın Ukraynaya qarşı müharibə başlatdıqdan sonra, bu məsələdə neytrallığını pozaraq alyansa qoşulmağa qərar verdi. Bu ölkə hesab edir ki, NATO-ya üzv olmaqla Rusiyanın mümkün hücumundan özünü qoruyacaq. Finlandiya
NATO-da Baltik dənizi sahilində yerləşən 7-ci ölkə olacaq. Bu isə o deməkdir ki, Rusiyanın Sankt-Peterburqdakı sahil ərazisinə, eləcə də Kalininqrad anklavı girişi daha da daralır.
Finladiyadan fərqli olaraq İsveç üçün yaşıl işıq yandırılmayıb. Rəsmi Ankara İsveçdən şərtlərin yerinə yetirilməsini gözləyir və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. Rəsmi Helsinkinin NATO-ya üzvlüyünə razılıq verilməsi İsveç üçün də bir mesajdır. Əgər Türkiyənin haqlı tələbləri yerinə yetirilməsə, İsveçin terrorçulara dəstəyi davam etsə, bu ölkə NATO-ya qəbul olunmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

