Müharibə yeni mərhələdə
15.04.2023 [10:20]
MÜBARİZ
Dünyada bir sıra kataklizmlərə yol açan Rusiya-Ukrayna müharibəsində başlanğıcda bəyan olunan “sürətli, operativ əməliyyatlar planı” iflasa uğrayıb. Artıq bir ildən çoxdur ki, davam edən qarşıdurmanın nə vaxt bitəcəyini və hansı nəticələrlə sonuclanacağını proqnozlaşdırmaq çətindir. Müharibə ötən hər gündə yüzlərlə can alır, hər iki tərəfin itkiləri artır. Mövqelərin yaxınlaşmasından isə söhbət belə gedə bilməz. Hər iki tərəf müəyyənləşdirdikləri qırmızı xətlərdən geri çəkilməyəcəklərini bildirirlər. Müşahidə edilən proseslər və alınan isti xəbərlərə istinad etməklə artıq müharibənin yeni mərhələyə keçdiyi fikrini qətiyyətlə ifadə edə bilərik.
Ukraynanın əks-hücum planları
Ötən bir il ərzində kollektiv Qərb koalisiyası Ukraynaya hərtərəfli dəstək verməklə bu ölkəni müharibənin Rusiyanın hücumlarına müqavimət göstərən tərəfi olmaq çərçivəsindən çıxardıb. İlk mərhələdə ərazi itkilərinə məruz qalan Ukrayna tədricən toparlandı, daha qətiyyətlə müdafiə olundu və qazandığı müəyyən uğurların fonunda artıq əks-hücuma köklənib. İndiki mərhələdə bu ölkənin özünəgüvən hissini artıran və əks-hücuma ruhlandıran amillər çoxdur.
Həmin amillərdən biri, bəlkə də, birincisi Qərbin müharibənin digər tərəfi olan Rusiyaya münasibətdə həyata keçirdiyi uzunmüddətli taqətdənsalma planının nəticə verməsidir. Ukrayna ətrafında formalaşan koalisiyanın bu müharibədə strateji maraqları var və buna görə də hadisələrə çox həssas yanaşma sərgilənir. Qərb indiyədək Rusiyaya qarşı iki istiqamətdə təzyiq göstərib. Bunlardan biri sanksiyaların əhatə dairəsini genişləndirməklə şimal qonşumuzun nəfəsliyinin daraldılmasıdır. Bu sanksiyalar Rusiyanın ixracında mühüm yer tutan məhsulları və mahiyyətinə görə böyük önəm daşıyan fəaliyyətləri əhatə edir. Bunun nəticəsində gəlirləri azalan Rusiyanın manevr imkanları məhdudlaşır. Son vaxtlarda Rusiya ordusunun hücumlarının kəsərinin nəzərəçarpacaq dərəcədə azalması bunun təsdiqidir.
Ukraynanı əks-hücuma sövq edən digər bir mühüm amil isə koalisiyanın bu ölkəyə ağır, uzaqmənzilli silahlar tədarükünə başlamasıdır. Əvvəllər Avropanın ayrı-ayrı ölkələri belə silahların Ukraynaya tədarük edilməsi ilə bağlı tərəddüdlər ifadə edirdilər. Koalisiyanın başında dayanan ABŞ öz nümunəsi ilə müttəfiqlərini qətiyyətli olmağa ruhlandırmağı bacardı. Artıq ABŞ-ın və Avropa ölkələrinin ağır hərbi texnikası Ukraynada cəmləşdirilir. Bura manevr imkanları geniş olan tanklar, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli hücum silahları, qırıcılar, müasir rabitə vasitələri və s. daxildir. Eyni zamanda, Ukrayna ordusunun strukturu və döyüş planları NATO standartlarına yaxınlaşdırılır. Ukraynalı hərbçilər xüsusi poliqonlarda Şimali Atlantika Alyansının mütəxəssislərindən yeni texnikadan istifadə qaydalarını öyrənirlər.
Artıq Ukrayna tərəfində əks-hücumla bağlı planların hazırlandığı barədə xəbərlər gəlməkdədir. Ölkənin müdafiə naziri Oleksiy Reznik Ukrayna silahlı qüvvələrinin bir neçə istiqamətdə hücuma keçəcəyini açıqlayıb. O, ölkəsinin aldığı yeni silahların məhz əks-hücum əməliyyatlarında istifadə ediləcəyini bildirib. Əks-hücum planı ilə bağlı, həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb. Onun sözlərinə görə, Ukraynanın əks-hücum planının nə zaman və haradan başlayacağı haqqında məlumatı olan yüksək vəzifəli şəxslərin sayı 5-dən çox deyil: “Hərbi əməliyyatların, yaxud da hərbi xarakterli başqa fəaliyyətlərin başlanğıc tarixini məhdud sayda şəxslər bilir. Əks-hücum əməliyyatları başlayanda ukraynalılar bunu biləcəklər. Ancaq əməliyyatların yeri, vaxtı və müddəti tamamilə məxfi məsələdir”.
Ən təhlükəli ssenari
İndiki mərhələdə taktiki nüvə silahlarının tətbiqi ilə bağlı müzakirələrin intensivləşməsi Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli ssenari əsasında irəlilədiyini deməyə əsas verir. NATO-nun genişlənməsi fonunda Rusiya da öz ətrafında təhlükəsizlik çəpərini genişləndirməyə qərar verib. Söhbət ilk növbədə Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmə bağlı planından gedir. Prezident V.Putin yerli KİV-ə müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb. Təşəbbüsün Belarusdan gəldiyinə xüsusi olaraq vurğulanıb. Aprelin əvvəlindən heyətlərin formalaşdırılmasına başlanıldığını deyən Rusiyanın dövlət başçısı bildirib: “İyulun 1-də biz taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq”.
Belarus Xarici İşlər Nazirliyinin yaydığı məlumatda vurğulanır ki, nüvə başlıqlarının nəzarəti rəsmi Minskə vermədən respublika ərazisində yerləşdirilməsi Nüvə Silahının Yayılmaması Müqaviləsinə zidd deyil: “Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görür”.
Rusiya və Belarus NATO-nun qonşuluqda genişlənməsini özləri üçün təhdid hesab edirlər. Belə görünür ki, onlar bu təhdidə kritik nüvə təhdidi ilə cavab vermək planı hazırlayıblar. O cümlədən, Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatlarının tədarükü ilə bağlı son açıqlaması Rusiya-Belarus layihəsinin həyata keçirilməsini sürətləndirib. Rusiya və Belarus rəsmiləri Pentaqonun Almaniya, İtaliya, Belçika, Hollandiya və digər üzv ölkələrdəki hava bazalarında yüzlərlə B61 termonüvə bombası saxladığını bildirirlər. Onlar bu bombaların ilk növbədə Rusiyaya və onun müttəfiqlərinə tuşlandığı qənaətini ifadə edirlər. NATO-nun hava hücumundan müdafiə sistemləri üçün əlçatmaz olan “İsgəndər” hipersəs raketləri Polşa, Slovakiya, Litva, Latviya, Estoniyanın bütün ərazisini silah altında saxlamağa imkan verir. Onların uçuş məsafəsi 500 km-ə qədərdir. Beləliklə, görünən odur ki, müharibənin yeni mərhələsində dünyanı nüvə təhdidləri gözləyir.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55

