Azərbaycan və Ermənistan xarici medianın aynasında
29.04.2023 [11:05]
“Azərbaycana qibtə edirik”
Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunu nəzarətə götürməsi ilə bağlı dost ölkələrdən dəstək mesajları, müsbət reaksiyalar gəlməkdədir. Bu dəfə Ukrayna Prezident Administrasiyası rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç özünün sosial şəbəkə hesabında Azərbaycanın bu addımını yüksək qiymətləndirib: “Bu gün Azərbaycan rəhbərliyi bir daha parlaq, səviyyəli, uzunmüddətli oyun nümayiş etdirir. Buna ancaq qibtə etmək olar”.
Ukraynalı siyasətçi 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra cəmiyyətin müəyyən kəsimində Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərlə bağlı narahatlığın olmasına da münasibət bildirib: “Hələ iki il yarım öncə azərbaycanlılarda kifayət qədər döyüşmədikləri, torpaqların hamısının alınmadığı ilə bağlı narahatlıqları görəndə mən deyirdim: hər şey sizin olacaq, sizin qarşıda hələ 5 iliniz var. Azərbaycan artıq bu proqnozları doğruldur. Və bu, həsəd aparılası bir məqamdır”.
Paşinyan iki od arasında: lobbi və müxalifət
Ukraynadan fərqli olaraq erməni lobbisinin və müxtəlif siyasi maraqların təsiri altında olan bir sıra xarici media orqanlarında Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət məntəqəsi yaratması Qarabağın erməni əhalisinə və ümumilikdə Ermənistana təzyiq, “işğal” mesajı kimi təqdim edilir. Halbuki aprelin 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin bağlanmasını və sonrakı danışıqlar üçün 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini təklif etmişdi. Yeri gəlmişkən, bu sənəddə sazişin bütün iştirakçılarının razılığı ilə SSRİ xəritəsindəki sərhədlər əsas götürülür. Ermənistanın baş naziri məhz bu kontekstdə ölkəmizin keçmiş Azərbaycan SSR-in hüdudları daxilində ərazi bütövlüyünün tanınmasını və bir daha ona qarşı ərazi iddiaları irəli sürülməməsini təklif edir. Sözsüz ki, Paşinyanın bu təklifi erməni cəmiyyətində birmənalı qarşılanmır. Müxalifət onu “Arsax”ı Azərbaycana güzəştə getməkdə ittiham edərək, baş naziri “vətən xaini” adlandırır. Revanşizmə meyilli Ermənistan cəmiyyəti də, görünür, eyni fikirdədir. Bunu ən azı ermənilərin sosial şəbəkələrdə yazdıqları fikirlərdən görmək mümkündür. Amma, necə deyərlər, ox artıq yayından çıxıb, hazırda heç bir qüvvə Azərbaycanı dayandırmaq iqtidarında deyil.
Aqressiv köklənmiş cəmiyyəti sakitləşməyə və reallıqları qəbul etməyə çağıran Paşinyan onu da bildirib ki, Ermənistan Azərbaycanın keçmiş SSRİ zamanındakı ərazi bütövlüyünü tanıyacağı təqdirdə Azərbaycan da Ermənistanın SSR sərhədləri daxilində təsdiqlənmiş ərazi bütövlüyünü tanıyacaq.
Rusiya mediası Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyini onların həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışması ilə əlaqələndirir. Ekspertlərin fikrincə, Paşinyan Türkiyə ilə əlaqələrin bərpasını Ermənistanı iqtisadi blokadadan çıxaracaq əsas çıxış yolu sayır. Lakin təəssüf ki, Ermənistanda mövcud reallığı dərk və qəbul edəcək bir cəmiyyət hələ də formalaşmayıb. Əsrlərlə türk düşmənçiliyi ruhunda tərbiyə edilən, “Böyük Ermənistan” kimi xülyalarla bəslənən, qonşularına nifrət və kin təlqin olunan bir toplumdan, əlbəttə, barışığa hazırlığı gözləmək də olmaz. Vəziyyəti az-çox anlayan, amma bunu öz xalqına başa sala bilməyən Ermənistan rəhbərliyi də dalana dirənib.
Fransanın müəmmalı dəstəyinə baxmayaraq onlar artıq Qərbin də özlərinə arxa durmadığının fərqindədirlər. İstər Qərb olsun, istər Rusiya, hər kəs stabil və dinamik inkişafda olan güclü ölkənin yanında olmaq istəyər. Son müharibədə daha da zəifləyib əldən düşən, yardımlardan asılı olan, müstəqilliyi belə mübahisə doğuran nüfuzsuz bir ölkə ilə partnyorluq cəlbedici deyil və göründüyü kimi, əbədi müttəfiqi olan Rusiya belə Ermənistanın arxasından qaçır. Ölkə ictimaiyyəti arasında Rusiyadan narazılıq pik həddədir. Hətta çıxışlarında ehtiyatlı danışmağa çalışan, Rusiyanı qıcıqlandırmamağa səy göstərən Nikol Paşinyan belə əzəli-əbədi ağalarını açıq-aşkar tənqid etməkdən çəkinmir. Bəllidir ki, o, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) “kifayət qədər mənasız təşkilat” adlandırıb.
Düşmən də etiraf edir...
Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti İlham Əliyev xarici mediada sərt və qətiyyətli lider, eyni zamanda intellektual və ağıllı siyasətçi kimi təqdim olunur. Azərbaycan Prezidentinin şəxsi iradəsi və düzgün strategiyası hətta bizə dost olmayan qüvvələr tərəfindən də etiraf edilir. Məsələn, Azərbaycanda ordu quruculuğunun yüksək inkişafını, Azərbaycanın Cənubi Qafqazın ən güclü ordusuna malik olmasınə ermənilərə rəğbəti ilə seçilən “RİA Novosti” saytı tərəfindən etiraf olunub. “Ermənistan daha döyüşə bilməz. Artıq onun enerjisi qalmayıb. Azərbaycan ordusu isə Ermənistan silahlı qüvvələrindən qat-qat güclüdür və texnika ilə daha yaxşı təchiz olunub. Son müharibə də bunu göstərdi. Azərbaycan Türkiyədən də dəstək alır. Ermənistan isə Putin Rusiyasına boş yerə ümid etməklə məğlubiyyətə uğradı”.
Sayt bunu da yazır ki: “İrəvandakı müxalifət davamlı olaraq Paşinyana hücum çəkir. Deyəsən, onlar bundan başqa həll yolu təklif edə bilmirlər. Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi bağlanıb, Azərbaycan ordusu istənilən an Ermənistan sərhədlərini aşıb keçə bilər. Bu da o deməkdir ki, hazırkı vəziyyətdə İrəvanın sülh müqaviləsi imzalamaqdan başqa seçimi yoxdur”.
Beləliklə, Azərbaycanla bağlayacağı sülh müqaviləsi dalana dirənmiş Ermənistan üçün tarixi şansdır. Bu şansı da əldən qaçırsalar, günü-gündən dərinləşən böhran onları uçuruma yuvarladacaq.
Murad
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42

