BMT Baş Assambleyasının 78-ci sessiyasında...
07.09.2023 [11:19]
İslahatların zəruriliyi yenidən gündəmə gəlib
Nardar BAYRAMLI
Nyu-Yorkda BMT Baş Assambleyasının (GA) 78-ci sessiyası işə başlayıb. Sessiyanın gündəliyinə beynəlxalq problemlər və münaqişələr, iqlim dəyişikliyi, davamlı inkişaf, inkişaf etməkdə olan ölkələrin borc probleminin aradan qaldırılması məsələləri daxildir.
Sessiyanın açılışında Trinidad və Tobaqo Respublikasından olan diplomat Dennis Fransis and içərək, üzərinə düşən vəzifələri ədalətli və müstəqil şəkildə yerinə yetirəcəyinə söz verib. Onun sözlərinə görə, kəskin geosiyasi parçalanmalar təhlükəli və qeyri-müəyyən yeni nüvə dövrünə keçid alıb: “Biz Baş Assambleyanın 78-ci sessiyasına ardıcıl çağırışlarla əhatə olunmuş mürəkkəb qlobal gündəmlə daxil oluruq. Mən 78-ci sessiyanın bu çağırışlara effektiv cavab verə bilməsi üçün dörd prioritet müəyyən etdim. Bu, sülh, firavanlıq, tərəqqi və davamlılıqdır”.
Yüksək səviyyəli həftəyə qədər Baş Assambleyanın iclasları gündəliyin təsdiqi və komitələrin formalaşdırılması kimi texniki məsələlərlə bağlı davam edəcək. Baş Assambleyanın əsas tədbirləri sentyabrın 19-25-də keçiriləcək yüksək səviyyəli həftə olacaq. Burada beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün bütün dünya ölkələrinin liderləri və xarici işlər nazirləri bir araya gələcək.
Yüksək səviyyəli həftə Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaq. Ondan sonra ABŞ Prezidenti Co Bayden çıxış edəcək. Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə dövlət başçısı olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.
Qeyd edək ki, Baş Assambleyanın sessiyası ərəfəsində baş katib Antonio Quterreş Afrika İqlim Sammitində çıxışı zamanı deyib ki, BMT Təhlükəsizlik Şurasının islahatları nəticəsində Afrika ölkələrindən biri təşkilatda daimi üzv statusu almalıdır. “Bizim ümumilikdə inkişaf etməkdə olan ölkələri və xüsusilə Afrika ölkələrini dəstəkləyən arxitekturaya malik beynəlxalq maliyyə sisteminə ehtiyacımız var. Bununla yanaşı, Afrikanın nəhayət ən azı bir daimi yer alacağı BMT Təhlükəsizlik Şurasında islahatlara da ehtiyacımız var”, - deyə baş katib vurğulayıb. Onun fikrincə, İkinci Dünya müharibəsindən sonra, Afrikanın müstəmləkəçi dövlətlər tərəfindən idarə edildiyi zaman yaradılmış qlobal institutlar bu gün Afrika kontekstinə təsir edən ədalətsizliklər yaradır: “Qlobal qurumlar öz fəaliyyətlərini gücləndirməli, Afrika təmsilçiliyinə zəmanət verməli və Afrikanın ehtiyac və potensialına cavab verməlidirlər. Beynəlxalq maliyyə qurumlarından tutmuş, Afrikanın daimi yeri olmayan BMT Təhlükəsizlik Şurasına qədər”. Antonio Quterreşin sözlərinə görə, BMT-nin əksər ölkələri bu təşkilatda islahatların aparılmasının zəruriliyini qəbul edir.
Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edilərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib.
Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. Bu ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.
BMT Baş Assambleyasının 78-ci sessiyası ərəfəsində təşkilatın baş katibi tərəfindən də islahatların zəruriliyinin vurğulanması təqdirəlayiqdir. Bu, yaxın gələcəkdə islahatların reallığa çevriləcəyinə ümidləri artırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45

