Almaniya ilə Rusiya arasındakı gərginlik...
05.03.2024 [10:58]
Səfir XİN-ə çağırılıb
Son günlərin əsas müzakirə predmeti olan Almaniya ilə Rusiya arasında yaranan gərginlik səngimir. Belə ki, “Russia Today” Almaniya hərbi rəsmiləri ilə Ukrayna arasında “Taurus” qanadlı raketlərinin çatdırılması ilə bağlı danışıqların 38 dəqiqəlik səs yazısını yayımlayıb. Səs yazılarında raketlərin çatdırılması, eləcə də hərbi hədəflərin və Ukrayna əsgərlərinin təlimi ilə bağlı məsələlər müzakirə edilib. Səs yazılarında hədəflərdən birinin Rusiyanın ilhaq etdiyi Krımla Rusiya torpaqlarını birləşdirən Kerç körpüsü olduğu bildirilir. Simonyanın sözlərinə görə, alman zabitləri Krım körpüsünü necə vurmağı müzakirə edirlər. Bildirilib ki, müzakirə fevralın 19-da Bundesver Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyatlar və təlimlər şöbəsinin rəisi Qrefe, Hərbi Hava Qüvvələrinin inspektoru Gerhartz və Bundesver Kosmik Komandanlığının Hava Əməliyyatları Mərkəzinin əməkdaşları Fenske və Froştedt arasında baş tutub. Sənədə əsasən, alman zabitləri Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin tədarükü imkanlarını da müzakirə ediblər. Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya rəhbərliyindən səs yazısının ortaya çıxması ilə bağlı açıqlama tələb ediblər. “Suallara cavab verməkdən yayınma cəhdləri təqsirinin etirafı kimi qiymətləndiriləcək”, - deyə Zaxarova vurğulayıb. Rusiya KİV-nin yaydığı məlumata görə, Almaniya Müdafiə Nazirliyi Federal Hərbi Əks-Kəşfiyyat İdarəsinin hadisənin dəqiq səbəbini öyrənmək üçün “bütün lazımi tədbirlərə başladığı” bildirilir. Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Baş Prokurorluğunun sızma ilə bağlı cinayət işi aça biləcəyini də istisna etməyib.
Bununla yanaşı, alman mediası səs analizinə görə səs yazısının real olduğunu yazır və sızmanın arxasında isə Rusiya kəşfiyyatının olduğu iddia edilir. Almaniya kansleri Olaf Şolts da susqunluğunu pozub. Şolts Romaya səfəri zamanı verdiyi açıqlamada səs yazılarının sızmasının çox ciddi məsələ olduğunu bildirib, məsələnin çox diqqətlə, intensiv və sürətlə aydınlaşdırıldığını qeyd edib.
Məsələ ilə bağlı Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya KİV-ində yayılan məlumata görə, diplomat çağırılma səbəbi ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Bununla belə, səfirin Krım körpüsünə hücumlarla bağlı alman zabitləri arasında aparılan danışıqların yayılan səsyazısına görə çağırıldığı bəyan edilib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev alman ordusunun danışıqlarından məlumatların sızması ilə bağlı məlumatı şərh edərkən bildirib ki, Almaniya Rusiya ilə müharibəyə hazırlaşır. Medvedevin sözlərinə görə, Bundesver zabitlərinin söhbətini “raket və tank” oyunu kimi təqdim etmək cəhdləri bəd niyyətli yalanlardır. “Düşünürəm ki, Luftwaffe zabitlərinin söz-söhbətindən yaranan ictimai qəzəbi azaltmaq üçün Almaniyada hakim siyasi blokun öz nüfuzunun bərpası prosesi indi başlayacaq. Guya bütün bunlar hərbçilərin maxinasiyasıdır, belə söhbətləri xoşlayırlar, çörək verməsinlər, müharibədən sonra müharibə oynasınlar. Mülki siyasi rəhbərliyin isə bununla heç bir əlaqəsi yoxdur. Üstəlik, bu rəhbərliyin başında Banderalara uzaqmənzilli raketlər verməkdən imtina edən sülhsevər Şolts dayanır. Onun heç nədən xəbəri yoxdur və bununla məşğul olacaq”, - Medvedev “Telegram” kanalında yazıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

