Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramov Qlobal İnkişaf Təşəbbüsü və Azərbaycan-Çin strateji tərəfdaşlığından danışıb

Ceyhun Bayramov Qlobal İnkişaf Təşəbbüsü və Azərbaycan-Çin strateji tərəfdaşlığından danışıb

26.09.2026 [07:24]

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5-ci ildönümü münasibətilə keçirilən yüksəksəviyyəli görüşdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir Çinin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olmaq üçün bu mühüm təşəbbüsü irəli sürməsini yüksək qiymətləndirib.

Ceyhun Bayramov Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında qurulan hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Çinin suveren bərabərlik, BMT Nizamnaməsinə hörmət və beynəlxalq hüququn aliliyi prinsiplərinə əsaslanan beynəlxalq sistemin islahatı ilə bağlı mövqeyini alqışlayıb.

O, Çin və Avropa arasında təhlükəsiz ticarət əlaqələrinin inkişafı baxımından Orta Dəhlizin davamlı şəkildə modernləşdirilməsində Azərbaycanın etibarlı regional tranzit mərkəzi kimi praktiki rolunu diqqətə çatdırıb. Bildirib ki, bu, ticarət xərclərinin birbaşa azalmasına və inkişaf etməkdə olan ölkələrin bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Ceyhun Bayramov Azərbaycanın "Cənub-Cənub" formatında həmrəyliyini gücləndirmək və heç bir inkişaf etməkdə olan ölkənin geridə qalmamasını təmin etmək üçün praktik alətlər, texnologiyalar və resursları bölüşmək üçün effektiv əməkdaşlıq mexanizmlərinin tətbiqi öhdəliyini bir daha təsdiqləyib.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30