Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Berlində terror aktı hazırlığında şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb

Berlində terror aktı hazırlığında şübhəli bilinən Suriya vətəndaşı saxlanılıb

02.11.2025 [21:45]

Berlində terror aktı hazırlığında şübhəli bilinən şəxs polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ildən Almaniyada yaşayan Suriya vətəndaşı Abdalla R. adlı şəxsin kamikadze hücumu törətməyi planlaşdırdığı ehtimal edilir. Onun yaşadığı üç fərqli ünvanda aparılan axtarışlar zamanı partlayıcı qurğuların hazırlanması üçün lazımi materiallar aşkar edilərək götürülüb. Təqsirləndirilən şəxsin həmin materialları internet vasitəsilə sifariş verdiyi ehtimal olunur.

Saxlanılan şəxsin “İslam Dövləti” (İŞİD) terror təşkilatının tərəfdarı olduğu, sosial şəbəkələrdə həmin təşkilatın təbliğat xarakterli materiallarını paylaşdığı müəyyən edilib. O, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətə hazırlaşmaqda ittiham olunur.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30