Şuşa Qalib Liderin siyasətində qürur və güc zirvəsinə çevrildi
05.11.2025 [22:34]
8 Noyabr – Zəfər Gününün tacı olan Şuşa, artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də suverenliyin və dövlət müdrikliyinin rəmzi kimi dünya siyasi xəritəsində öz yerini tutub. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu. Bu hadisə, dövlətin siyasi iradəsinin, hərbi qüdrətinin və xalq-lider birliyinin parlaq təntənəsi idi. Şuşanın azadlığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “dəmir yumruq” siyasətinin zirvə nöqtəsini təşkil etdi. Şuşa bu gün artıq yalnız bir şəhər deyil – Azərbaycan diplomatiyasının, region siyasətinin və milli kimliyimizin ideoloji dayağıdır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya etdiyi hər səfəri sadəcə rəsmi hadisə kimi deyil, siyasi manifest kimi reallaşdırır. 2021-ci ilin yanvarında dövlət başçısının Şuşaya ilk səfəri – orada üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın yeni dövrünün başlanğıcı idi. Cənab Prezidentin həmin səfərdə dediyi “Bu bayraq burada əbədi dalğalanacaq” sözləri, həm siyasi, həm də mənəvi baxımdan strateji mesaj idi. Bu bəyanat təkcə erməni separatizminə yox, həm də regiondakı bütün qüvvələrə ünvanlanmış yeni geosiyasi gerçəklik elanıdır. Son illərdə Şuşa beynəlxalq tədbirlərin, yüksək səviyyəli zirvə görüşlərinin keçirildiyi mühüm diplomatik məkana çevrilib. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Qlobal Media Forumu, Türk Mədəniyyəti və İrsi Fondunun toplantıları, uŞuşa Bəyannaməsinin imzalanması kimi hadisələr bir daha göstərdi ki, bu qədim şəhər Azərbaycanın yeni diplomatik strategiyasının mərkəzinə çevrilib. 2021-ci il iyunun 15-də cənab Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi yalnız iki qardaş ölkə arasında deyil, həm də bütün türk dünyasında yeni siyasi dövrün başlanğıcı oldu. Bu sənəd müttəfiqlik münasibətlərinin institusional əsasını qoydu, regionda güc balansını Azərbaycanın xeyrinə dəyişdi. Şuşada keçirilən III Qlobal Media Forumu isə Azərbaycanın informasiya müstəvisində oynadığı aparıcı rolu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev forumda çıxışı zamanı müasir media, süni intellekt, dezinformasiya və qlobal təhlükəsizlik məsələlərinə dair verdiyi strateji mesajlarla göstərdi ki, Azərbaycan təkcə regional deyil, qlobal diskussiyaların fəal iştirakçısıdır. Şuşa bu mənada həm dövlət ağlının, həm də müasir düşüncənin mərkəzinə çevrildi.
Dövlət başçısının Şuşaya hər səfəri bir siyasət dərsidir. İlk səfər – Qələbə rəmzi, ikinci səfər – bərpa siyasətinin başlanğıcı, sonrakılar isə dayanıqlı inkişaf və yeni strateji mərhələnin təntənəsi oldu. Cənab Prezidentin hər səfərində açılış etdiyi infrastruktur layihələri – “Zəfər Yolu”, yeni yaşayış kompleksləri, sosial və mədəni obyektlər – Azərbaycan dövlətçiliyinin dirçəliş fəlsəfəsini ifadə edir. Bu səfərlər həm də dünyaya ünvanlanan siyasi mesajdır: “Azərbaycan qalib dövlətdir və bu qələbə geri dönməzdir.”
Prezident İlham Əliyev Şuşanı təkcə azad etməklə kifayətlənmədi, onu Azərbaycanın gələcəyinə yönələn siyasi brendə çevirdi. Şuşa indi hər bir beynəlxalq tədbirdə Azərbaycan diplomatiyasının parlayan simvolu kimi çıxış edir. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqların mərkəzində də məhz Şuşa dayanır. Azərbaycanın bərpa etdiyi suverenlik və regionda formalaşan postmüharibə siyasi düzəni Şuşadan idarə olunur. Buradan yayılan hər bir mesaj – istər iqtisadi layihələr, istərsə də təhlükəsizlik təşəbbüsləri olsun – regionda sülh və inkişaf modelinin təməlini təşkil edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi ideyası, türk dünyasını birləşdirən nəqliyyat və enerji xətləri, eləcə də mədəni diplomatiya platformaları Şuşadan qlobal miqyasda rezonans doğurur. Şuşa artıq Azərbaycanın geosiyasi tribunasına çevrilib – buradan səslənən hər fikir beynəlxalq müstəvidə əks-səda doğurur. Şuşanın yenidənqurulması yalnız tikinti və bərpa prosesi deyil, həm də milli kimliyin bərpası, dövlət siyasətinin ideoloji dərinləşməsi deməkdir.
Şəhərdə keçirilən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq mədəni tədbirlər həm diplomatik, həm də siyasi müstəvidə Azərbaycanın yumşaq güc siyasətinin təzahürüdür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət, Şuşanı mədəniyyətlə siyasətin, tarixlə gələcəyin qovşağında dayanan bir strateji mərkəzə çevirib. Bu gün Şuşa həm Zəfərin zirvəsi, həm də dövlət ağlının simvoludur.
Şuşa şəhər günü təkcə bir tarixi hadisənin xatırlanması deyil – müstəqil Azərbaycanın siyasi gücünün, qalib kimliyinin və ideoloji bütövlüyünün təntənəsidir.
Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi nəticəsində Şuşa bu gün siyasi qərarların qəbul olunduğu, milli ideyanın formalaşdığı və dünyaya təqdim edildiyi strateji platformadır.Bu gün hər bir azərbaycanlı üçün Şuşa-azadlığın simvolu,
dövlətin qüruru, millətin ruh zirvəsidir. Şuşa qalib Azərbaycanın qəlbidir, bu qəlbin döyüntüsü isə cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin sədasıdır.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52

