Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / HƏMAS ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı çıxıb

HƏMAS ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı çıxıb

17.11.2025 [08:45]

HƏMAS ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sənəddəki düzəlişlər və əsas müddəalar Qəzzada vəziyyəti sabitləşdirməyə xidmət etmir.

O deyib ki, ABŞ layihəsinə alternativ olaraq atəşkəsi gücləndirəcək və bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcək yeni sənəd hazırlanmalıdır.

Qasem qeyd edib ki, HƏMAS Təhlükəsizlik Şurasının İsrailin Qəzza, İordan çayının qərb sahili və Qüdsə qarşı “təcavüzünün qarşısını alacaq”, eləcə də fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təmin edəcək qətnamə qəbul etməsində israrlıdır.

Bu gün Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı qətnamə layihəsini səsverməyə çıxaracaq.

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30