Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir
17.11.2025 [19:29]
2025-ci ilin noyabrında Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) ilə geniş müsahibə verərək, Azərbaycan–Özbəkistan münasibətlərinin cari vəziyyəti, regional əməkdaşlıq və gələcək perspektivlər haqqında dərin fikirlərini bölüşüb. Bu müsahibə, ölkələr arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə dair bir sıra mühüm mesajlar daşıyır.Prezident Əliyev bildirib ki, tezliklə Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bu, onun üçüncü belə zirvə görüşü olacaq — əvvəlkiləri Düşənbə (2023) və Astana (2024) şəhərlərində keçirilmişdir. Xüsusilə diqqət çəkən məqamlardan biri, Xəzər dənizinin region xalqları üçün yalnız fiziki məsafə amili kimi deyil, eyni zamanda strateji körpü funksiyasını yerinə yetirməsidir. Əliyev vurğulayıb ki, Xəzər dənizi xalqlarımızın birliyi, iqtisadi potensialı və mədəni əlaqələri üçün mühüm simvoldur. Prezident Əliyevin sözlərinə görə, Azərbaycanla Özbəkistan arasındakı münasibətlər “ən yüksək – müttəfiqlik” səviyyəsindədir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi əlaqələrin dərinləşməsi qarşılıqlı iqtisadi fəaliyyətin artması ilə müşayiət olunur. Bu uğurun təməli şaxələndirilmiş ticarət yollarının inkişafındakı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqdır. Son illərin məlumatları iqtisadi əlaqələrdə yeni bir dövrün başlanğıcından xəbər verir. Belə ki, ötən il Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb. Cari ilin birinci yarısında ticarət dövriyyəsi 501 milyon dollara çatmaqla artmağa davam edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Cari ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon ABŞ dolları təşkil edib. Azərbaycanla Özbəkistan arasındakı əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,5 dəfə artıb. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artıb.
Şaxələndirilmiş nəqliyyat-logistika infrastrukturunun inkişafı əməkdaşlığın ən vacib amillərindən biridir. Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə kimi çıxış edir. Ölkəmizin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda və Orta Dəhlizdə fəal iştirakı strateji əhəmiyyətə malikdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və geniş ticarət donanması da daxil olmaqla, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu marşrutun əsas halqasıdır. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu artıq nəzərəçarpacaq nəticələr verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tranzit daşımaların həcmi 2024-cü ildə 1,3 milyon tonu ötüb və 2023-cü illə müqayisədə 18 faizdən çox artım olub. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm nəqliyyat mübadiləsində davamlı dinamik artım nümayiş etdirərək bir milyon tona yaxınlaşıb.
Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiyanın bütün ölkələrinə yüksək dividendlər gətirəcək, onların Türkiyəyə, daha sonra isə Avropaya çıxış imkanlarını genişləndirəcək amil kimi qiymətləndirilir.
Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində Zəngəzur dəhlizinin açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini deyib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq enerji sektorunda da genişlənir. Dayanıqlı inkişafa qlobal keçid şəraitində Azərbaycan enerji təhlükəsizliyi və bərpaolunan mənbələrin inkişafı məsələlərində əsas tərəfdaş kimi çıxış edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar. Bu, regionun davamlı inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır.
Azərbaycan güclü daxili potensiala, böyük enerji təchizatçısı statusuna və fəal çoxvektorlu diplomatiyaya arxalanaraq, beynəlxalq nüfuzunu yüksək səviyyəyə çatdırıb. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə nəqliyyat və yaşıl enerji sahəsində intensiv siyasi təmaslar, strateji iqtisadi layihələr ölkəmizin Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu artırır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16
İdman
26 Noyabr 01:56
Dünya
25 Noyabr 23:41
YAP xəbərləri
25 Noyabr 23:18
İqtisadiyyat
25 Noyabr 22:51
Dünya
25 Noyabr 22:34
YAP xəbərləri
25 Noyabr 22:17
Dünya
25 Noyabr 21:49
Siyasət
25 Noyabr 21:47
Siyasət
25 Noyabr 21:37
YAP xəbərləri
25 Noyabr 21:25
Dünya
25 Noyabr 21:12
Dünya
25 Noyabr 20:55
Siyasət
25 Noyabr 20:40
İdman
25 Noyabr 20:38
YAP xəbərləri
25 Noyabr 20:17
Dünya
25 Noyabr 19:52

