Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayıl sakini: Elə bil ki, yenidən dünyaya gəlmişəm

Cəbrayıl sakini: Elə bil ki, yenidən dünyaya gəlmişəm

18.11.2025 [08:37]

“Mən uzun illərdir didərgin düşdüyüm torpağıma geri qayıdıram. Doğma yurda dönüş hissi insana tamam başqa bir duyğu verir. Mən 32 yaşımda yurdumdan çıxarılmışdım. İndi isə 65 yaşımda geri qayıdıram. Elə bil ki, yenidən dünyaya gəlmişəm. Bu günə şükür edirəm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakin Rəhman Kəlbəliyev deyib.

Doğma torpağa qayıdışı ən böyük səadət adlandıran R.Kəlbəliyev bu prosesdə əməyi olan hər kəsə təşəkkür edib.

“Ən böyük minnətdarlığımız isə şəhidlərimizədir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qanı bahasına biz bu torpaqlara qayıdırıq. Qazilərimizə Allah cansağlığı versin. Prezidentimizə də uzun ömür və güc-qüvvət arzulayıram – bütün bu qayıdış onun rəhbərliyi və ordumuzun şücaəti ilə mümkün olub”, - deyə vurğulayıb.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30