Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib

“Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib

21.11.2025 [14:56]

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində, partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə 20 noyabr 2025-ci il tarixində “Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Qarayev, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, YAP-ın veteran üzvləri, gənclər və partiya fəalları iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının rəsmi formalaşması müasir dövlət quruculuğumuzun yeni mərhələsinə start verdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə partiyanın tarixi missiyasının reallaşması demək olub. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması, inkişafı və bu günkü mövqeyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və ideoloji xətti ilə sıx bağlıdır. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə həm regionda, həm də beynəlxalq müstəvidə öz gücünü nümayiş etdirmişdir. Müzəffər Ali Baş Komandan, Prezident  cənab İlham Əliyevin rəhbərliyilə qazanılan böyük Qələbə, YAP-ın dövlətçilik fəlsəfəsinə, milli həmrəyliyə və Lider–xalq birliyinə əsaslanan ideoloji dayaqlarının parlaq təzahürüdür. Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və uzaqgörənliyi əsasında formalaşan Yeni Azərbaycan Partiyası bu gün 740 mindən çox üzvü ilə ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır. O qeyd edib ki, partiyanın əsas məqsədləri dövlət müstəqilliyinin qorunması,nərazi bütövlüyünün bərpası və demokratik, hüquqi dövlət quruculuğu son 33 ildə ardıcıllıqla həyata keçirilmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Qarayev, partiya veteranları İkram Salmanov, Şaban Qurbanov, Tofiq Əhmədov, eləcə də gənclərdən Kəlbəcər Təhsil Sektorunun əməkdaşı Aytac Məmişova, təhsil işçisı Ocaqverdi Bağırov, Kəlbəcər rayon  4 nömrəli Körpələr evi–uşaq bağçasının müdiri Aytən İmanova, bağçanın tərbiyəçi-müəlliməsi  Nərmin Səfərova,  Kəlbəcər SMSİ idarəsinin kadırı Səminə Şükürova, Kəlbəcər RMX PHŞ tibb bacıları şöbəsi baş tibb bacısı Leyla Əliyeva və digər çıxışçılar bildiriblər ki, YAP yaranan gündən xalqın partiyası olaraq dövlətə və xalqa xidmət prinsipini əsas tutub. Son 33 ildə partiyanın fəaliyyəti dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin inkişafı və xalqın rifahına xidmətlə səciyyələnib. Bu gün Azərbaycan dünya miqyasında hörmətli və güclü dövlət kimi tanınır. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın əldə etdiyi bütün zəfərlərin, modernləşmə və inkişaf proseslərinin arxasında Yeni Azərbaycan Partiyasının siyasi xətti dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək ölkəmizin regional və qlobal nüfuzunun artmasına, xalqımızın Zəfər tarixinə qovuşmasına səbəb olub. Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin yubiley yaşı tamam olan partiya veteranları və fəalları fəxri fərmanlarla təltif olunublar.Həmçinin YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında  ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində eldar şamları əkilib, ərazidə mövcud ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30