Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rumıniya NATO-nun şərq cinahında ikinci böyük orduya çevrilməyi hədəfləyir

Rumıniya NATO-nun şərq cinahında ikinci böyük orduya çevrilməyi hədəfləyir

25.11.2025 [14:06]

Müdafiə naziri Yonut Moşteanu ölkənin 2025–2030-cu illəri əhatə edəcək yeni Milli Müdafiə Strategiyasının Rumıniyanı NATO-nun şərq cinahında Polşadan sonra ikinci ən güclü orduya çevirməyə imkan verəcəyini bildirib. Rumıniyanın müdafiə naziri bu fikirləri Digi24 telekanalına verdiyi müsahibədə səsləndirib.

Y.Moşteanu bildirib ki, yeni strategiya əvvəlki sənədlərlə müqayisədə kəskin dəyişikliyini ifadə edir və Rumıniyanın qarşıdakı illər üçün müdafiə istiqamətində ambisiyasını aydın göstərir. Qeyd edib ki, Rumıniya Polşadan sonra şərq cinahında ikinci hərbi gücə çevriləcək. Müdafiə naziri, həmçinin ordunun modernləşdirilməsi və hərbi imkanların genişləndirilməsi üçün investisiyaların davam etdirilməsinin zəruriliyini qeyd edib. Onun sözlərinə görə, Rumıniya əhalisi də müdafiə xərclərinin yaxın illərdə artırılmasının vacibliyini qəbul etməlidir.

Qeyd edək ki, Rumıniya Ali Müdafiə Şurasının (CSAT) iclasında yeni 2025–2030-cu illər üçün Milli Müdafiə Strategiyası müzakirəyə çıxarılıb. Prezident Nikuşor Dan sənədi parlamentə təqdim edəcək və təsdiq üçün qanunverici orqan tərəfindən baxılacaq. Yeni strategiyanın NATO çərçivəsində Rumıniyanın rolunu artıracağı, hərbi potensialın genişləndirilməsi, regional təhlükəsizlikdə daha aktiv iştirak və müdafiə xərclərinin mərhələli şəkildə yüksəldilməsini nəzərdə tutduğu bildirilib.

Paylaş:
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30