Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqı növbəti 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləməyi planlaşdırır

Avropa İttifaqı növbəti 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləməyi planlaşdırır

25.11.2025 [21:12]

Avropa İttifaqı ölkələri qarşıdakı 10 il ərzində hərbi ehtiyaclara 6,8 trilyon avro xərcləmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius bu barədə Avropa Parlamentində keçirilən dinləmələrdə deyib. “Əgər Avropa İttifaqı ölkələri NATO-nun tələbi ilə 2035-ci ilədək müdafiə xərclərini ümumdaxili məhsullarının 3,5 faizinədək artırsalar (NATO-nun hərbi xərclərin ümumdaxili məhsulun 5 faizinə çatdırmaq tələbi hərbi ehtiyaclar üçün 3,5 faizi, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faizi ehtiva edir), növbəti 10 il ərzində hərbi sahəyə 6,8 trilyon avro xərcləmiş olacaqlar”, - deyə Andrius Kubilius bildirib.

Müqayisə üçün deyək ki, Avropa İttifaqının növbəti yeddiillik büdcə planında (2026-2034) hərbi xərclər 60 milyard avro həcmində müəyyən edilib.

Ekspertlərin fikrincə, Avropa İttifaqı və NATO institutları milli hərbi xərclər üzərində öz təsir və nəzarətini sürətlə genişləndirir.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30