Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İkiqat sevinc...

İkiqat sevinc...

27.11.2025 [08:30]

Kəlbəcərə daha 27 ailə yola salınıb

Kəlbəcər təkcə Azərbaycanın coğrafi sərhədləri daxilində yerləşən bir rayon deyil, eyni zamanda ölkəmizin tarixində mühüm yer tutan, mədəniyyətin simvolu olan bir ərazi olaraq yaddaşlarda qalır. 1993-cü ilin aprel ayında erməni işğalçıları tərəfindən zəbt edilən bu rayon xalqımızın qəlbində dərin izlər buraxıb. 2020-ci ilin noyabrında isə 27 illik həsrətə son qoyuldu, Kəlbəcər yenidən Azərbaycana qaytarıldı.

Kəlbəcər həm də təbii gözəllikləri ilə tanınır. Rayon zəngin flora və faunaya malikdir, eyni zamanda Azərbaycanın mədəni irsini əks etdirən çoxsaylı tarixi abidələri var. Bölgənin bərpası, yalnız yerli əhalinin qayğıları ilə deyil, həm də Azərbaycanın mədəni və ekoloji irsinin qorunması ilə bağlı geniş miqyaslı layihələri ehtiva edir.

Mənəvi və milli dirçəlişin simvolu!

Xatırladaq ki, Kəlbəcərə ilk köç bu il avqustun 21-də reallaşıb. Bu köçün baş tutması Azərbaycanın “Böyük Qayıdış” prosesində növbəti strateji mərhələyə qədəm qoyduğunu göstərdi. Kəlbəcərin məhz şəhər mərkəzinə ilk sakinlərin qayıdışı təkcə fiziki qayıdış deyil, həm də mənəvi və milli dirçəlişin simvoludur. Bu addım bir tərəfdən həmin bölgələrin dayanıqlı inkişaf modelinə keçidini nümayiş etdirir, digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dövlət siyasətinin səmərəli və planlı şəkildə icra olunduğunu sübut edir.

Dünən növbəti köç karvanı Kəlbəcərə yola salınıb. Şəhərə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.

İlk dəfə...

İki gün öncə - noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilib. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Kəlbəcər Gününün qeyd olunması həm də gələcəyə bir baxışdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və daha güclü bir dövlətin inşası yolunda atılan mühüm addımlardan biridir. Kəlbəcər sakinlərinin geri dönməsi bir çox mənada ərazi bütövlüyümüz uğrunda mübarizənin və qalibiyyətin rəmzi olaraq yaddaşlarda qalacaq.

Bu əlamətdar günün qeyd olunmasının sabahısı növbəti köç karvanının yola salınması isə ikiqat sevincə səbəb oldu. Kəlbəcər sakinləri hərtərəfli dəstək üçün ölkə başçısına dərin minnətdarlıqlarını ifadə edərək, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər. Onların sevincinin həddi-hüdudu yoxdur.

Bundan sonra Kəlbəcər üçün ən böyük vəzifə işğaldan əvvəlki həyatın bərpasıdır. İqtisadiyyatın inkişafı, təhsil və səhiyyə sahələrinin gücləndirilməsi, ekologiyanın qorunması və mədəniyyətin yaşadılması bu prosesin əsas istiqamətləri olacaq. Həmçinin Kəlbəcərin təbii gözəlliklərini və tarixi abidələrini qoruyub saxlamaq, gələcək nəsillərə ən yaxşı şəkildə təqdim etmək böyük əhəmiyyət kəsb edir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Regionda ilk Mərkəz

26 Noyabr 10:36  

Analitik

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Bakıda ilk dəfə

26 Noyabr 09:11

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30