BMT Azərbaycanla bağlı gözləntilərini açıqlayıb
15.01.2026 [12:25]
Birrəqəmli inflyasiya 2026-cı ildə davam edəcək
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə inflyasiya ilə bağlı yeni gözləntilərini açıqlayıb. Təşkilatın yenilənmiş hesabatında Azərbaycanda cari il üzrə istehlak qiymətləri indeksi 4 faiz, 2027-ci il üçün isə 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Qiymətləndirmələrinə görə, 2025-ci ilin yekununda ölkəmizdə inflyasiya gözlənilən hədəf diapozununda bir neçə bənd yükəsk olub və 5,6 faiz təşkil edib. Cari ildə isə ehtimal edilən qiymət indeksi bir qədər azalmaqla ümumdünya göstəricisinə uyğun olacaq. Ehtimallara görə, inflyasiyanın artmasında əsas rol oynayan amillərdən biri kimi mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq mallarının bahalaşması gözlənilmir. Bu da idxal inflyasiyasını neytrallaşdırır.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkəmizdə illik inflyasiya göstəricisi 5,6 faiz təşkil edib. İnflyasiyanın strukturunda qida məhsulları, içkilər və tütün məmulatları üzrə artım 6,8 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 faiz təşkil edib.
Valyuta Fondu və Dünya Bankının nikbin proqnozları
Dünyanın digər nüfuzlu institutlarının da hesabatlarında Azərbaycanla bağlı inflyasiya ehtimalı BMT-nin göstəricilərinə yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyata dair proqnoz baxışlarına əsasən, Azərbaycan üzrə inflyasiya 4,5 faiz nisbətində müşayiət olunacaq. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, 2025-ci ildə inflyasiya bütün region dövlətlərində, qlobal miqyasda sabit qalıb və ya cüzi artım nümayiş etdirib. Hətta enerji və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bir il əvvəlki səviyyəsindən aşağı düşməsi bəzi regionlarda istehlak indeksini zəiflədib. Fondun qlobal əmtəə bazarları haqqında son hesabatına əsasən 2026-cı ilin birinci yarısı ərzində enerji məhsullarının ucuzlaşması qiymət indeksini azalda bilər. Bu, Azərbaycanda qiymət indeksi ilə bağlı gözləntilərin də qənaətbəxş hesab edilməsini əsaslandır. Mövcud bazar göstəriciləri cari ildə qiymət indeksinin sabit çərçivədə qorunub saxlanılacağından xəbər verir.
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,3 faiz, 2027-ci ildə isə 5,8, faiz səviyyəsində proqnozlaşdırır. Dünya Bankının ötən ilin oktyabrında açıqlanmış nəşrində isə ölkəmizdə istehlak qiyməti inkdeksi üzrə proqnoz 2025-2026-cı illərdə 3-4 faiz səviyyəsində götürülüb. Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda cari ildə orta illik inflyasiyanın 3 faiz, “Fitch Ratings” 4,6 faiz, “Fitch Solutions” 5,5 faiz səviyyəsində olacağını gözləyir.
ING Group”: Qeyri-neft mənbələri iqtisadi artımı təmin edir
Yeri gəlmişkən, “ING Group” vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı ötən ildə mülayim artım templəri nümayiş etdirib və fiskal dayanıqlılığını saxlayıb. Ötən il əsas dəyər yaradan sahə - qeyri-neft mənbələrini üzərində inkişaf templəri ümumi iqtisadi artımın təmin edib . Hökumətin stimullaşdırıcı büdcə və kredit siyasətləri çərçivəsində qeyri-neft dinamikası əlavə dəyərin formalaşmasında üstünlük təşkil etməkdədir. Xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. Büdcə ÜDM-in 2,6 faiz səviyyəsində qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir.
Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirmklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyinin bir göstəricisi olaraq çıxış edir. Manat ABŞ dollarına nisbətdə 1,7 səviyyəsində sabit olaraq qalır və bu sabitliyin 2026-2027-ci ilərdə qüvvədə qalacağı gözlənilir.
Sülh sazişi regional əhval-ruhiyyəni dəyişəcək
“ING” analitiklərinin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yönündə ardıcıl və iradəli addımlar regional əhval-ruhiyyəni xeyli müsbət yöndə dəyişdirməklə mühüm siyasi amil kimi həm də iqtisadi situasiyalara pozitiv təsir edə bilər. Regionda sülh və sabitliyin dayanıqlı bərqərar olması böyük bir coğrafiyada rifah və inkişaf arxitekturasını möhkəmləndirmiş olacaq. Regionda investisiya, müştərək biznes proqramları, nəqliyyat, logistika, tranzit həmrəyliyinin formalaşması çoxtərəfli iqtisadi platformalar yaratmaqla bütün tərəflərin faydalanmasına səbəb ola bilər.
BMT-nin proqnozları Azərbaycan hökumətinin inflyasiya ilə bağlı ehtimalları ilə demək olar ki, eynidir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkəmizdə orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək. Mərkəzi Bankının sonuncu yenilənmiş proqnozında da bu rəqəm oxşardır: baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2026-cı ilin yekununda 4,6-5 faiz olacağı gözlənilir.
Anti-inflyasiya tədbirləri diqqətdə saxlanılacaq
Mərkəzi Bank hesab edir ki, inflyasiya təhdidləri üçün əsaslı fundamental rıçaqların ortaya çıxacağı nəzərə çarpmır. Ötən ilin dekabr ayı üzrə inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif - xərc amilləri hesabına formalaşmaqdadır.
2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır. Baza ssenariyə əsasən, 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Bütün bunlara rəğmən, Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb ediləcək. 2026-cı ildə inflyasiya ilə mübarizə strategiyası çərçivəsində əvvəlki kursa uyğun addımlar atılacaq, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə və real gəlirlərinə mənfi təsirlərinin azaldılması əsas vəzifələrdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDiaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58

