Tarixi təzyiqdən müasir repressiyalara...
20.01.2026 [09:54]
Hindistanda siqhlərə qarşı ayrı-seçkilik siyasəti
Müasir dünyada ayrı-seçkilik və dini-etnik təzyiqlər hələ də qlobal problemlər sırasında qalmaqdadır. Xüsusilə kolonializm siyasətinin mirası olan dövlətlərdə bu yanaşmalar yeni formalarda davam edir. Bir zamanlar “sivilizasiya missiyası” adı altında xalqların hüquqlarını tapdalayan kolonial güclər bu gün də insan haqları mövzusunda selektiv mövqe nümayiş etdirirlər. Azərbaycan isə beynəlxalq platformalarda kolonializmin bütün formalarına qarşı açıq və prinsipial mövqe ortaya qoyaraq, dini və etnik azlıqların hüquqlarının müdafiəsini ardıcıl şəkildə gündəmə gətirir. Bu mövqenin tərkib hissəsi kimi Azərbaycan müxtəlif xalqların üzləşdiyi ayrı-seçkilik hallarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Rəsmi Bakı kolonial siyasətin qurbanı olmuş xalqların səsini dünyaya çatdırmaqla yanaşı, bu məsələnin beynəlxalq gündəlikdə saxlanılmasına da mühüm töhfələr verir.
BTQ qısa müddətdə mühüm işlər görüb
Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu kolonializmə qarşı mübarizənin institusional və sistemli mərhələyə keçdiyini göstərən mühüm platforma kimi çıxış edir. Qrupun qısa müddət ərzində apardığı ardıcıl fəaliyyət, beynəlxalq tədbirlər, çağırışlar və prinsipial mövqeyi Azərbaycanın bu sahədə ön sıralarda təmsil olunduğunu təsdiqləyir və ölkəmizin qlobal ədalət, bərabərlik və azadlıq uğrunda mübarizədə artan rolunu bir daha nümayiş etdirir. Son iki il ərzində təşkilat dünyanın müxtəlif ölkələrində 30-dan çox yüksəksəviyyəli beynəlxalq konfrans keçirib, indiyədək dörd kitab nəşr etdirib, həmçinin BMT qurumlarına bir neçə alternativ hesabat təqdim edib. BTQ bununla yanaşı, Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş əsas çağırışları və bu qrupların hüquqlarının qorunmasının, onların tanınmasının və inkişafının təşviqi üzrə tövsiyələri əks etdirən əhatəli hesabatı BMT-yə təqdim edib. BTQ həm də 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq təşkilat və beynəlxalq institutla tərəfdaşlıqlar formalaşdırıb.
Məhz bu kontekstdə, Bakıda siqhlərin hüquqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təsadüfi deyil. Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda Hindistanda siqh icmasının sistemli təzyiqlərə məruz qalması, dini azadlıqların məhdudlaşdırılması və siyasi təqiblər müzakirə mövzusu olub.
Siqhlik: dini və bərabərlik fəlsəfəsi
Siqhizm XV əsrdə Quru Nanak tərəfindən təsis edilmiş və insanın dini, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq bərabərliyini əsas prinsip kimi qəbul edən bir inanc sistemidir. Siqhlik zorakılığa, kasta ayrı-seçkiliyinə və dini fanatizmə qarşı çıxış edərək sosial ədaləti təşviq edib. Bu ideoloji xətt siqhlərin tarix boyu haqsızlığa qarşı müqavimət göstərməsinə səbəb olub. Siqhlərə qarşı ilk sistemli təzyiqlərin tarixi XVI əsrə dayanır. Həmin dövrlərdə siqh dini liderləri edam edilib, məbədlər dağıdılıb, icma zorla islamlaşdırma siyasəti ilə üzləşib. Bu təzyiqlər siqhlərin hərbiləşməsinə və özünümüdafiə mexanizmlərinin formalaşmasına gətirib çıxarıb. Sonradan siqhlər regionda marağı olan bir sıra Qərb dövlətlərinin hərbi dayaqlarından biri kimi istifadə edilsə də, kolonial siyasətin əsas məqsədi dini icmalar arasında dərin parçalanma yaratmaq olub. Kolonializm formal olaraq başa çatsa da, onun yaratdığı idarəçilik modeli müstəqil Hindistanda da davam etdirilib. 1947-ci ildən sonra Hindistan dünyəvi dövlət modeli elan edilsə də, praktikada siqh icmasının siyasi və mədəni hüquqları sistemli şəkildə məhdudlaşdırılıb. Pəncab əyalətində dil, muxtariyyət və iqtisadi bərabərlik tələbləri “separatçılıq” kimi təqdim edilərək təhlükəsizlik problemi səviyyəsinə qaldırılıb. Bu yanaşma siqhlərin kollektiv şəkildə hədəfə alınmasına yol açıb.
1984-cü il faciəsi: Qızıl Məbəd və antisiqh siyasəti
1984-cü ildə Hindistan ordusunun Amritsardakı Qızıl Məbədə hücumu siqh icmasının yaddaşında silinməz iz buraxdı. “Mavi Ulduz” əməliyyatı zamanı minlərlə mülki şəxs həyatını itirdi. Ardınca ölkə üzrə təşkil olunan anti-siqh iğtişaşları faktiki olaraq dini pogrom xarakteri daşıdı. Minlərlə siqh qətlə yetirildi, evlər yandırıldı, lakin günahkarların əksəriyyəti məsuliyyətə cəlb edilmədi.
Hindistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi silahlı basqınlar və repressiv siyasət nəticəsində yalnız 1984-cü ildə 8 min -17 min siqh qətlə yetirilib, 50 mindən çox siqh üzvü isə Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət edib. 1980-1990-cı illərdə Pəncabda siqh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi olmadan qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən siqh fəallar “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktları təşkil olunub və Kanada ilə ABŞ rəsmi qurumları bu aktların törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.
Müasir dövrdə siqhlərə qarşı institusional təzyiqlər
Bu gün də Hindistanda siqh fəalları, jurnalistlər və hüquq müdafiəçiləri təzyiqlərlə üzləşir. “Xalistan” mövzusu bəhanə edilərək söz azadlığı, toplaşma hüququ və siyasi fəaliyyət məhdudlaşdırılır. Beynəlxalq insan haqları hesabatlarında Hindistanın siqh icmasına qarşı sərt təhlükəsizlik yanaşması açıq şəkildə tənqid olunur. Qeyd edək ki, qaçan siqh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər. Siqh icması Hindistan hökumətindən 1984-cü il antisiqh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımı təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılmasını tələb edir.
Azərbaycanın mövqeyi və beynəlxalq həmrəylik çağırışı
Azərbaycan kolonializmə, dini və etnik ayrı-seçkiliyə qarşı çıxış edərək beynəlxalq hüququn universal tətbiqini tələb edir. Bu yanaşma həm siqhlərin, həm də dünyanın müxtəlif bölgələrində hüquqları pozulan xalqların səsinin beynəlxalq platformalarda eşidilməsinə töhfə verir.
Bu konteksdə Bakıda keçirilən konfransda da Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılıb
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52

