Dövlət Agentliyinin rəsmisi: Vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb
24.04.2026 [13:00]
Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində vahid çağrı mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Həmin tədbir əsasən çağrı mərkəzi mövcud olan qurumlarda çağrı xidmətinin təkmilləşdirilməsi, çağrı mərkəzi mövcud olmayan qurumlarda isə çağrı xidmətlərinin yaradılması ilə bağlıdır. Məsələ ilə bağlı beynəlxalq təcrübə araşdırılıb və qanunvericiliyə bir çox mütərəqqi müddəalar əlavə edilib. Belə ki, uzaqdan cavablandırma mexanizmi yaradılıb ki, bu da əlilliyi olan vətəndaşların sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq. Nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət qabiliyyəti məhdud olan vətəndaşlar müvafiq texniki avadanlıqlarla təmin ediləcək və onlar öz evlərindən də çağrı xidmətlərindən yararlana biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdir müavini Adil Əkbərov deyib.
O, həmçinin bildirib ki, sabit telefon vasitəsilə ölkənin istənilən yerində ödənişsiz əsaslarla çağrı mərkəzlərinə çıxış təmin ediləcək.
“Bildiyimiz kimi, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarı qəbul edilib. Qərarla Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilib, çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətlərinin təşkili nəzərdə tutulub. Qeyd olunan qərar çərçivəsində, həmçinin Nazirlər Kabinetinin 50 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət xidmətlərində çağrı xidmətlərinin təşkili qaydalarının tətbiq olunduğu subyektlərin dairəsi genişləndirilib, mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə yanaşı, bütün dövlət orqanlarına ümumi tələblər şamil edilib. Nəticədə ölkə üzrə bütün vətəndaşların dövlət xidmətlərinə daha rahat əlçatan çıxışı təmin ediləcək. Qeyd olunan qərar çərçivəsində 77 yerli icra, 7 mərkəzi icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 2500-dən çox dövlət xidmətinin "ASAN xidmət"in 108 Çağrı mərkəzi vasitəsilə göstərilməsi təmin ediləcək. Ümumilikdə dövlət xidmətlərinin elektron reyestrində 4 mindən çox xidmətin olduğunu nəzərə alaraq bunun 3 mindən çoxunun artıq "ASAN xidmət" mərkəzi vasitəsilə göstərilməsi təmin ediləcək. Digər dövlət qurumları da ya özləri həmin xidməti təşkil edəcək ya da "ASAN xidmət"in 108 Çağrı mərkəzinə müqavilə əsasında qoşula biləcək. Yaxın günlərdə digər dövlət orqanlarına da zəruri sənədlər, tələb olunan məlumatlarla bağlı müvafiq rəsmi məktublar göndəriləcək", - deyə A.Əkbərov qeyd edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

